Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8795/2021 19.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********96610 olan Xiaomi Redmi 8 markalı mobil telefon üçün 122 manat, 16.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********79617 olan Samsung Galaxy A10 markalı mobil telefon üçün 17 manat, 26.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********07897 olan Samsung Galaxy A10 markalı mobil telefon üçün 197 manat ödənilməmiş hissə, ümumilikdə 336,6 manat borc və 30 manat dövlət rüsumu, cəmi 366,6 manat pulun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28.12.2019, 16.08.2019 və 26.11.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodları **********79617 və **********07897 olan 2 ədəd Samsung Galaxy A10 və İMEİ kodu **********96610 olan Xiaomi Redmi 8 markalı mobil telefonlar almış və nəticədə 336,6 manat borc yaranmıışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə 28.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 432,6 manat təşkil edən, İMEİ kodu **********96610 olan Xiaomi Redmi 8 markalı mobil telefona görə 122 manat, 16.08.2019-cu il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 408 manat təşkil edən İMEİ kodu **********79617 olan Samsung Galaxy A10 markalı mobil telefona görə 17 manat və 26.11.2019-cu il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 432 manat təşkil edən İMEİ kodu **********07897 olan Samsung Galaxy A10 markalı mobil telefona görə isə 197 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 936 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi 11.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28.12.2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödəniş 165 manat olmaqla 12 ay müddətində hər ay 22,3 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 432,6 manat təşkil edən, İMEİ kodu **********96610 olan Xiaomi Redmi 8 markalı mobil telefona görə 310 manat ödəniş etmiş və 122,6 manat ödənilməmiş borcu qalmış, 16.08.2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 34 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 408 manat təşkil edən, İMEİ kodu **********79617 olan Samsung Galaxy A10 markalı mobil telefona görə 391 manat ödəniş etmiş və 17 manat ödənilməmiş borcu qalmış, 26.11.2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 36 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 432 manat təşkil edən, İMEİ kodu **********07897 olan Samsung Galaxy A10 markalı mobil telefona görə 235 manat ödəniş etmiş və 197 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28.12.2019cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********96610 olan Xiaomi Redmi 8 markalı mobil telefon almışdır. İş materiallarında olan 28.12.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 28.12.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********96610 olan Xiaomi Redmi 8 markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 28.12.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28.12.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətində hər ay 22,3 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 16.08.2019cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********79617 olan Samsung Galaxy A10 markalı mobil telefon almışdır. İş materiallarında olan 16.08.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 28.12.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********79617 olan Samsung Galaxy A10 markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 16.08.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16.08.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətində hər ay 34 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 26.11.2019cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********07897 olan Samsung Galaxy A10 markalı mobil telefon almışdır. İş materiallarında olan 26.11.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 28.12.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********07897 olan Samsung Galaxy A10 markalı mobil telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 26.11.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26.11.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətində hər ay 36 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC 14.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 28.12.2019-cu il, 16.08.2019-cu il və 26.11.2019-cu il tarixlərdə bağlanmış müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh 28.12.2019-cu il, 16.08.2019-cu il və 26.11.2019-cu il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh 336,6 (üç yüz otuz altı manat altmış qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 366,6 (üç yüz altmış altı manat altmış qəpik) manat məbləğində pul tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 – 284- 6, 216-220-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 336,6 (üç yüz otuz altı manat altmış qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 366,6 (üç yüz altmış altı manat altmış qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-8795/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8795/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver