Məhkəmə qərarları › İş №2(060)-8799/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8799/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8799/2021 15.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.01.2020-ci il tarixli müqaviləyə əsasən, Amur yataq dolab və Samsung markalı paltaryuyan üçün 1084.8 (min səksən dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 231 (iki yüz otuz bir) manat dəbbə pulu, 09.09.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu üçün 112.8 (yüz on iki manat, səksən qəpik) manat ödənilməmiş hissə, 33.9 (otuz üç manat, doxsan qəpik) manat dəbbə pulu, 30.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********06137 olan Samsung Galaxy A40 markalı telefon üçün 359 (üç yüz əlli doqquz) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat dəbbə pulu, 01.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********96238 olan X1 9S markalı telefon üçün 539.8 (beş yüz otuz doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 171 (yüz yetmiş bir) manat dəbbə pulu, 14.02.2020-ci ii tarixli müqaviləyə əsasən İMEİ Kodu **********34244 olan Samsung Galaxy A51 markalı telefon üçün 746.2 (yeddi yüz qırx altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 204.6 (iki yüz dörd manat, altmış qəpik) manat dəbbə pulu, 06.12.2019-cu il tarixli müqaviləyə əsasən, Zeta yumşaq mebel əşyası üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 183.6 (yüz səksən üç manat, altmış qəpik) manat dəbbə pulu, 27.12.2019-cu il tarixli müqaviləyə əsasən, Amur dolab, çarpayı, tumba, termo və Uretan döşək mebel əşyaları üçün 1240 (min iki yüz qırx) manat ödənilməmiş hissə, 297.6 (ikiyiiz doxsan yeddi manat, altmış qəpik) manat dəbbə pulu, 05.05.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********32030 olan X1 9S markalı telefon üçün 658.8 (altı yüz əlli səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 194.7 (yüz doxsan dörd manat, yetmiş qəpik) manat dəbbə pulu, ümumilikdə 6885.8 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Əİiş qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinin tələblərinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan 21.09.2021-ci il tarixli ********* nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət büdcəsinə ümumilikdə 30,40 manat ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə (01.10.2021-ci il tarixdən qüvvədə olan redaksiyada) görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırki halda iddia tələbi 6885,8 manat məbləğində pulun tutulması barədə olduğundan iddia ərizəsinə görə 30 manat (1000 manat hissəsinə görə) + 58,85 manat (5885,8 manat hissəsinə görə), cəmi 88,85 manat dövlət rüsumu ödənilməlidir. Lakin iddiaçı tərəfindən dövlət büdcəsinə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə iddiaçı qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəmədiyindən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar