Məhkəmə qərarları › İş №2(060)-885/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-885/2021

01.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-885/2021 01.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə” dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə” dair ilkin iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-7197/2018 saylı qətnaməsi ilə qət edilmiş alimenti artırmaqla xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-7197/2018 saylı qətnaməsinə əsasən İddiaçı xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay ondan tutulan alimentin miqdarının azaldılması və bununla bağlı ondan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün 125 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə etdi və qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-7197/2018 saylı qətnaməsinə əsasən onun cavabdehə qarşı nikahın pozulması və aliment tələbinə dair iddia tələbi qismən təmin edilməklə, xx.xx.2016-cı il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Oğlu 4 yaşındadır, cavabdehin hazırda ödədiyi aliment uşağın maddi tələbatlarını ödəmir. Belə ki, Respublika üzrə 1 uşağın saxlanılması minimumu 170 manat təşkil edir. Oğlunun maddi məsrəfləri durmadan artır, lakin o, bu məsrəfləri qarşılamaq imkanında deyil, bu da uşağın mənafeyinə təsir göstərir. Yuxarıda qeyd edilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə aralarında bağlanmış nikah pozulmuş və birgə nikahlarından doğulmuş oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ondan 154 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Hazırda isə İddiaçı ödədiyi alimentin uşağın ehtiyaclarını ödəmədiyini bildirir və alimentin miqdarının artırılaraq hər ay ondan 200 manat aliment tutulmasını istəyir. O və İddiaçı hər ikisi ixtisasca psixoloqdur. Birgə nikahda olarkən hər ikisi Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tibb Mərkəzində psixoloq vəzifəsinə qəbul olaraq işləmişlər. Hələ o vaxtı onlar yüksək əmək haqqı alırdılar. Lakin İddiaçı ilə aralarındakı nikah pozulduqdan sonra o, sonuncu ilə eyni iş yerində işləmək mümkün olmadığını anlamış, ikisindən biri çıxmalı idilər. Oğlu iddiaçının yanında qaldığı üçün, o, könüllü ərizə yazaraq işdən azad olunmuşdur. Başqa sözlə, ona məhkəmə tərəfindən aliment təyin olunarkən o, əgər sabit aylıq gəlirli, dövlət təminatı olan bir işdə işləyirdisə, sonradan işdən çıxmışdır. O, psixoloq kimi fərdi fəaliyyətə başlamışdır. Təbii ki, fərdi fəaliyyətə başladığı üçün, bütün məsuliyyət və bütün risklər onun üzərində olmuşdur. İcarəyə götürdüyü kiçik bir ofisin saxlanma xərclərindən tutmuş, həm özünün dolanmağı, həm də aliment öhdəliyini güclə yerinə yetirir. Ölkədə baş verən pandemiya ilə əlaqədar karantin rejiminin tətbiqi, əhalinin yalnız ən zəruri ehtiyaclar üçün sms icazə ilə evdən çıxması uzun müddət ofisinin bağlı qalmasına və nəticədə onun fəaliyyətsizliyinə gətirib çıxarmışdır. Dolayısıyla, getdikcə onun maliyyə vəziyyətində pisliyə doğru dəyişikliklər olmuşdur. O, bir ata kimi öz öhdəliklərindən yayınmır. Lakin Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən ona təyin olunmuş hər ay 154 manat alimentin ödənilməsi iqtidarında deyil. Ailə Məcəlləsinin 75.1-ci maddəsində deyilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi qanunverici uşağın saxlanılmasını öhdəlik kimi ancaq atanın üzərinə qoymur, hər iki valideynin üzərinə qoyur. Uşağın anası isə yuxarıda qeyd elədiyim kimi yüksək məvacibli dövlət təminatlı işdə işləyir. O vaxtlar onların əmək haqları 500-600 manat təşkil edirdi. İndi isə artaraq 800-900 manat aralığındadır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi məhkəmə alimentin miqdarını o zaman dəyişməyə haqlıdır ki, tərəflərdən birinin həyatında - ailə və maddi vəziyyətində dəyişiklik olmuş olsun. İddiaçı ona qarşı alimentin artırılması ilə bağlı məhkəməyə iddia verir, lakin sübut edə bilmir ki, onun vəziyyətində yaxşılığa doğru nə dəyişibdir. Əksinə, onun vəziyyəti pisliyə doğru dəyişmişdir. Bu səbəbdən də o, əvvəlki miqdarda təyin olunmuş alimenti ödəyə bilmir. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi məhkəmədən xahiş edilir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7197/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 1274 saylı nikah qeydinin pozulması, Nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X2 anası İddiaçı yanında qalması və Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il »əliddlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin yetkinlik yaşına çatmayan uşağın mənafeyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7197/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2016-cı il »əliddlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat məbləğində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7197/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulsun. İlkin iddia tələbi qalan hissədə və Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması tələbinə” dair qarşılıqlı iddia tələbi rədd edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar