Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-885/2024 13.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 5000 (beş min) manat pulun Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin artırılması ilə bağlı ərizə ilə müraciət edərək, məhkəmədən iddia tələbinə əlavə olaraq 100 manat məhkəmə xərclərinin tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh şəxs Cavabdeh uzun müddətdir ki, tanımışdır. Cavabdeh onun etibarından sui-istifadə edərək, Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialına nəzarətçi müfəttiş vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərəcəyini vəd edərək, ona məxsus 5000 (beş min) manat məbləğində vəsaitini mənimsəmişdir. Bildirmək istəyir ki, 2020-ci ilin oktyabr ayından Cavabdeh Kapitalbank kartına 5000 (beş min) manat məbləğində pul onun tərəfindən göndərilmişdir. Xüsusi olaraq qeyd etmək istəyir ki, Cavabdeh hal-hazırda 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Dəfələrlə dələduzluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və cəza almışdır. Qazax Rayon Polis Şöbəsinin müstəntiqi polis mayoru X5 bu işlə bağlı araşdırma aparmış və cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmuşdur. Cavabdeh cəzaçəkmə müəssisəsində olduğundan və cinayətin törədilməsindən 2 il müddətin keçməsinə görə cinayət işinə xitam verilmişdir. Bu səbəbdən mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehin ona ödəməli olduğu pul məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdeh ilə qohumunun vasitəsi ilə tanış olmuşdur. Onu işə düzəltməli idi. Həmin məbləği birbaşa Fuadın kartına yükləmişdir. Məsələdən bir il sonra müraciət etmişdir. Cavabdeh isə tutulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı CÇMD-də cəza çəkdiyi üçün məhkəmə iclasında iştirakı mümkün olmamış, cavabdeh tərəfindən iddia ərizəsinə etiraz və mülahizələri məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 13 may 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, qərarında təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh İddiaçı Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X4 filialına nəzarətçi-müfəttiş vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 28 oktyabr 2020-ci il tarixdə Qazax şəhəri, H.Əliyev prospekti, 65 ünvanında yerləşən "xxxx" ASC-nin Qazax Rayon filialından 5000 manat pulu adına olan kart hesabına köçürməsinə nail olmaqla sonuncunun ümumillikdə pulunu ələ keçirərək dələduzluq etsə də, həmin cinayət əməlinin törədildiyi gündən iki il keçdiyindən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilməsi, Cavabdeh təqsirləndirilən şəxs kimi statusuna xitam verilməsi, İddiaçı zərərçəkmiş şəxs kimi statusuna xitam verilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. 13 may 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini qeyd etmiş və göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Əvvəllər “Xalq Tv” internet televiziyasında baş redaktor vəzifəsində işləmişdir, evlidir və 4 övladı vardır. Əvvəllər 3 dəfə məhkum olunmuş, sonuncu dəfə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 4 il 5 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı tanınmamış, bu səbəbdən də əvvəllər Xəyalla heç bir münasibəti olmamışdır. İddiaçıla onu əslən Ağdam rayonundan olan, Bakı şəhərində yaşayan Füzuli kimi tanınmış X3 vasitəsi ilə tanış olmuşdur. Təxminən 2020-ci ilin ortalarında Qumbat Soltanov ona qohumu İddiaçı hazırda "xxxx" ASC-nin Qazax Elektrik şəbəkəsində nəzarətçi mühəndis vəzifəsində işlədiyini və Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Agentliyinin Tovuz filialında nəzarətçi müfəttiş vəzifəsinə işə düzəlmək istədiyini bildirmişdir. O, İddiaçı işə düzəlmək məsələsini həll edə biləcəyini bildirmiş və İddiaçı özü ilə görüşmək lazım olduğunu demişdir. Xəyal Qazax rayonunda yaşadığı üçün və işi ilə əlaqədar Bakı şəhərinə gələ bilmədiyindən Qumbat Mobil telefonu ilə Xəyala zəng etmiş, telefonu ona vermiş və o, telefonda Xəyaldan konkret olaraq hansı işdə, vəzifədə işlədiyi, iş stajı, yaşı, təhsili və işlə bağlı digər məsələlər barədə soruşmuşdur. Xəyal da onun suallarına cavab vermiş və o, Xəyala iş yerini dəyişməkdə köməklik edə biləcəyini bildirmişdir. İddiaçı danışıb qurtardıqdan sonra Qumbata bildirmiş ki, qeyd olunan məsələni, yəni İddiaçı işə düzəlmək məsələsinin həll edilməsi üçün 5000 manat pul lazımdır. Qubad Sultanov təkrar Xəyala zəng edib işə düzəlməsi ilə bağlı 5000 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı həmin məbləğlə razılaşıb pulu 2-3 günə kimi düzəldib əlaqə saxlayacağını bildirmişdir. Qumbat onun mobil nömrəsini Xəyala verib pulu hazırladıqdan sonra əlaqə saxlamağı tapşırmışdır. Təxminən 2-3 gün sonra İddiaçı zəng edib 5000 manat pulu hazırladığını və özünün gələ bilmədiyini bildirmişdir. O da bank hesab kartının nömrəsini Xəyala verib pulu həmin hesaba göndərməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə onun hesab kartına Qazax rayonundan "xxxx" vasitəsi ilə 5000 manat pul köçürmüşdür. O, İddiaçı tərəfindən göndərilən 5000 manat pulu həmin gün "xxxx" – ın Sumqayıt şəhərində yerləşən filialından nağdlaşdırmışdır. Sonra isə zəng edib bu barədə həm Xəyala, özünə, həm də Qumbata məlumat vermişdir. Sonra həmin gün Qumbat Sultanovla Bakı şəhərində görüşmüş, öz şəxsiyyət vəsiqəsinin kserosürətinin üzərində “Mən Cavabdeh X2 iş üçün 5000 (beş min manat) pul aldım” sözlərini yazıb imzalamış, tarixi qeyd edərək qəbz yazıb Qumbata vermişdir. Həmçinin Qumbata söz vermişdir ki, bir həftə ərzində İddiaçı işə düzəlmək məsələsi ilə bağlı heç bir iş görə bilməmiş, həmin dövrdə pula ehtiyacı olduğu üçün İddiaçı vermiş olduğu 5000 manat pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Dediyi müddət başa çatdıqdan sonra həm İddiaçı özü, həm də Qumbat ona zənglər edərək işlə maraqlanmağa başlamışlar. O isə əvvəllər hər dəfə bir bəhanə ilə işin yubandığını və tez bir zamanda məsələnin həll olunacağını bildirməyə başlamışdır. 2021-ci ilin fevral ayında İddiaçı Bakı şəhərinə gəlib Qumbat Soltanovla birlikdə onunla görüşmüş, o hər ikisinə məsələni həll edə biləcəyini bildirsə də, İddiaçı verdiyi 5000 manat pulun qaytarılmasını tələb etmişdir. O, məsələnin ciddiliyini başa düşüb pulu tez bir zamanda qaytaracağına söz vermişdir. Lakin imkanı olmadığı üçün pulu qaytara bilməmişdir. Buna görə aralarında ciddi narazılıq yaranmışdır. O, İddiaçı Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialına nəzarətçi müfəttiş işinə düzəltmək üçün 5000 manat pul aldığını, qeyd olunan məsələnin həll olunması üçün heç bir iş görmədiyini və aldığı pulu isə şəxsi ehtiyaclarını qarşılamaq üçün xərclədiyini səmimi olaraq etiraf etmişdir. Hazırda həbsdə olduğu üçün Xəyala vurmuş olduğu ziyanı ödəyə bilmir. Həmçinin İddiaçı aldığı puldan heç kimə verməmiş, Xəyaldan aldığı pul barədə başqa heç kimə heç nə deməmişdir. xx.xx.2023-cü il tarixli 00702 №-li ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ünvanına bildiriş məktubu, telefon nömrəsinə bildiriş sms-i göndərilmiş, lakin tərəf İMS-də iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş sübutların iddia tələbinin əsaslı olmasını şübhə altına alan dəlillər məhkəmə tərəfindən müəyyən edilməyərək, iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Bundan əlavə cavabdeh polis orqanlarında izahatında özünü təqsirli bilərək, 5000 manat pul aldığını, qeyd olunan məsələnin həll olunması üçün heç bir iş görmədiyini və aldığı pulu isə şəxsi ehtiyaclarını qarşılamaq üçün xərclədiyini səmimi olaraq etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Qazax RPŞ-nin İB-nə verdiyi izahatında 5000 AZN manat pul vəsaitini iddiaçıdan aldığını qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu, 50 manat mediasiya xərci ödəmiş və iddiaçı həmin məbləğləri tələb etməkdə haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik resjudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 5000 manat məbləğində pul və 50 manat dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir, cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul, 50 (əlli) manat məbləğində dövlət rüsumu, 50 (əlli) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-885/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-885/2024
13.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver