Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-886/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi və borc tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3800 manat borcun və 58 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan üç ay müddətinə qaytarmaq şərti ilə 3000 manat və beş ay müddətinə qaytarmaq şərti ilə 800 manat, olmaqla cəmi 3800 borc pul almışdır. Cavabdeh bu barədə iddiaçıya yazılı qəbzlər vermişdir. Lakin borcu qaytarmır. Hazırda pulunu tələb etsə də qaytarmaqdan imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, borca dair yazılı iltizamlarda olan imza ona məxsusdur, borcunun müəyyən hissəsini qaytarmışdır. Lakin bu barədə qəbzləri yoxdur. Sadəcə 50 manat ödəniş etməsi ilə bağlı qəbz vardır ki, onu da məhkəməyə təqdim etmişdir. Qətnamə çıxarılarkən bu xüsusatların nəzərə alınmasını xahiş etdi.. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş, teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak etməməsinin üzrlü sayılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 3000 manat borc alaraq 3 ay müddətinə qaytarmalı olması ilə bağlı öhdəlik götürmüşdür. xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 800 manat borc alaraq 5 ay müddətinə qaytarmalı olması ilə bağlı öhdəlik götürmüşdür. Qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixində +**********24 telefon nömrəsi vasitəsilə cavabdehin qeyd etdiyinə görə iddiaçıya məxsus 412720******3923 saylı bank kartına 50 manat mədaxil edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı tanışı Cavabdeh xx.xx.2022-ci il tarixində 3 ay müddətinə qaytarmaq şərti ilə 3000 manat, xx.xx.2022-ci il tarixində 5 ay müddətinə qaytarmaq şərtilə 800 manat borc vermişdir. Cavabdeh bununla bağlı əlyazma mətninə imza edərək qeyd edilən müddətlərdə iddiaçıya olan borcunu ödəməsi ilə bağlı öhdəlik götürmüşdür. Lakin həmin öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh iddiaçıya olan borcunun bir qismini ödədiyini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim edə bilmir. Yalnız xx.xx.2023-cü il tarixində iddiaçının bank kartına cavabdeh tərəfindən 50 manat köçürüldüyü sübuta yetirilir. Odur ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin iddiaçıya ödədiyi 50 manat nəzərə alınmaqla qalan 3750 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 3750 manat borc alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına dair hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 3750 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumunun 37,5 manat əvəzi Cavabdeh alınaraq İddiaçı verilməli, dövlət rüsumu kimi ödənilmiş 0,5 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3750 manat borc və 37,5 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 0,5 manatı İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-886/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-886/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver