Məhkəmə qərarları › İş №2(060)-8870/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8870/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8870/2021 02.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə «Samsung Galaxy A20s» markalı telefon, «X1 8» markalı telefon, «Sonorous Surefix» asılqan, və «Xiaomi Mi A3» markalı telefon üçün ümumilikdə 866 manat ödənilməmiş hissə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 896 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08.03.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 503 manat olan «Samsung Galaxy A20s» markalı telefonu 12 ay müddətinə, ilkin ödəniş 71 manat olmaqla, aylıq 36 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 193 manat borcu yaranmışdır. Cavabdehə 64,8 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 19.02.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 729 manat olan İMEİ kod **********71411 «X1 8» markalı telefon və «Sonorous Surefix» asılqan» markalı asılqanı 6 ay müddətinə, ilkin ödənişsiz, aylıq 121,5 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 506 manat borcu yaranmışdır. Cavabdehə 145,2 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 22.10.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 686 manat olan İMEİ kod **********10510 «Xiaomi Mi A3» markalı telefonu 9 ay müddətinə, ilkin ödəniş 2 manat olmaqla və aylıq 76 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 167 manat borcu yaranmışdır. Cavabdehə 45,6 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. Cavabdehin hər üç müqavilə üzrə cəmi ödədiyi məbləğ 1052 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o, həmin borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 14 oktyabr 2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehlərin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1964-cü ildə, Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, hazırda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 10, 2-ci paralel küçə, məhəllə 9 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 08.03.2020-ci il tarixli, 20157092 saylı müqaviləyə əsasən iddiaçı “Samsung Galaxy A20 s” markalı telefonu cavabdehə satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 19.02.2020-ci il tarixli, 20114581 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə «X1 8» markalı telefon və «Sonorous Surefix» markalı asılqanı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 22.10.2019-cu il tarixli, 00998067 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə «Xiaomi Mi A3»”markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 08.03.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 36 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 19.02.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 6 ay müddətində hər ay 121,5 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 22.10.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 9 ay müddətində hər ay 76 manat iddiaçıya ödəməlidir. İş materiallarına əlavə edilmiş 15.09.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 503 manat olan «Samsung Galaxy A20s» markalı telefon üçün hazırda ümumilikdə 193 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 310 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 729 manat olan İMEİ kod **********71411 «X1 8» markalı telefon və «Sonorous Surefix» asılqan» markalı asılqan üçün hazırda ümumilikdə 506 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 223 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 686 manat olan İMEİ kod **********10510 «Xiaomi Mi A3» markalı telefon üçün hazırda ümumilikdə 167 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 519 manat təşkil edir. İş materiallarında olan 08.03.2020-ci il, 19.02.2020-ci il və 22.10.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən «Samsung Galaxy A20s» markalı telefon, «X1 8» markalı telefon və «Sonorous Surefix» markalı asılqan, «Xiaomi Mi A3» markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan 22.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 866 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 866 manatı tələb etməkdə haqlı olmuşdur. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Samsung Galaxy A20s» markalı telefon, «X1 8» markalı telefon, «Sonorous Surefix» markalı asılqan və «Xiaomi Mi A3» markalı telefon üçün 866 (səkkiz yüz altmış altı) manat ödənilməmiş hissə və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar