Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8875/2021 02.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə “Samsung LED” markalı televizor, “DECT PANASONİC” markalı ev telefonu, «Alyans-Tebriz» masa, “VENETSİYA” markalı mebel əşyası, İMEİ kodu **********04994 “Xiaomi Mi A2 Lite” markalı telefon üçün ümumilikdə 923 manat ödənilməmiş hissə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 984,8 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 19.09.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı satqı qiyməti 1627 manat olan «Samsung LED» markalı televizor, «DECT PANASONİC» markalı ev telefonu üçün 18 ay müddətinə, ilkin ödəniş 133 manat olmaqla və aylıq 83 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 224 manat borcu yaranmışdır. Cavabdehə 124 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 03.11.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı satqı qiyməti 687 manat olan Alyans-Tebriz masanı 12 ay müddətinə, ilkin ödənişsiz və aylıq 57 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 224 manat borcu yaranmışdır. Cavabdehə 66 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 06.11.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 504 manat olan «Venetsiya» markalı mebel əşyasını 12 ay müddətinə, ilkin ödənişsiz və aylıq 21 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 272 manat borcu yaranmışdır. Cavabdehə 82 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 14.12.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 687 manat olan İMEİ kod **********04994 «Xiaomi Mi A2 Lite» markalı telefonu 12 ay müddətinə, ilkin ödəniş 3 manat olmaqla və aylıq 57 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 62 manat borcu yaranmışdır. Cavabdehə 17 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2303 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o, həmin borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 14 oktyabr 2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1984-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 19.09.2018-ci il tarixli, 00302004 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə «Samsung LED» markalı televizor, «DECT PANASONİC» markalı ev telefonunu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 03.11.2018-ci il tarixli, 00357712 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə «Alyans-Tebriz» masanı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 06.11.2018-ci il tarixli, 00361731 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə “VENETSİYA” markalı mebel əşyasını satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 14.12.2018-ci il tarixli 00417337 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə İMEİ kodu **********04994 “Xiaomi Mi A2 Lite” markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 19.09.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 83 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 03.11.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 17 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 06.11.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 21 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 14.12.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 57 manat iddiaçıya ödəməlidir. İş materiallarına əlavə edilmiş 21 sentyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1627 manat olan «Samsung LED» markalı televizor, «DECT PANASONİC» markalı ev telefonu üçün hazırda ümumilikdə 365 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 1262 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 408 manat olan Alyans- Tebriz masa üçün hazırda ümumilikdə 224 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 184 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 504 manat olan «Venetsiya» markalı mebel əşyası üçün hazırda ümumilikdə 272 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 232 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 687 manat olan İMEİ kod **********04994 «Xiaomi Mi A2 Lite» markalı telefon üçün hazırda ümumilikdə 62 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 625 manat təşkil edir. İş materiallarında olan 19.09.2018-ci il, 03.11.2018-ci il, 06.11.2018-ci il və 14.12.2018-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən «Samsung LED» markalı televizor, «DECT PANASONİC» markalı ev telefonu , Alyans-Tebriz masa, «Venetsiya» markalı mebel əşyası, İMEİ kod **********04994 «Xiaomi Mi A2 Lite» markalı telefon iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan 19.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 923 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 923 manatı tələb etməkdə haqlı olmuşdur. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 923 (doqquz yüz iyirmi üç) manat ödənilməmiş hissə və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-8875/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8875/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver