Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-89/2021 08.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, X4 və X7 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair» iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh, X4 və X7 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X2 və X5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 11.504,44 ABŞ dolları əsas kredit borcu, 244,57 ABŞ dolları faiz borcu və 2.497,82 ABŞ dolları cərimə olmaqla, cəmi 14.246,83 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdehlərdən 11.504,44 ABŞ dolları əsas, 942,73 ABŞ dolları faiz borcu və 4425 ABŞ dolları cərimə olmaqla, cəmi 16.872,17 ABŞ dolları borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli 03L000000595 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli 595 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 100.000 ABŞ dolları müəyyən edilmişdir. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 03L000000595SA saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 204 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh Kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 10.924,27 ABŞ dolları ödəmiş, onun 19.075,73 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X8 və X9 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1.-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyinə görə Bank tərəfindən Cavabdeh və X8, X7 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bank tərəfindən iddia ərizəsində xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 19075.73 ABŞ dolları kredit borcu, 1701.73 ABŞ dolları faiz borcu və 2828.45 ABŞ dolları cərimə borcunun tutulması tələb edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-3373/2016 saylı qətnaməsinə əsasən İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, X7 və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı QSC tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(105)-155/2017 saylı qətnaməsi ilə İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-3373/2016 saylı qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmişdir. xx.xx.2016-cı il tarixə kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh, X5 və X2 müştərək qaydada 7571.29 ABŞ dolları əsas borcu, 1839.93 ABŞ dolları faiz borcu, 350 ABŞ dolları cərimə borcu olmaqla cəmi 9761.22 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(105)-155/2017 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsinin səbəbi həmin dövrdə kredit müqaviləsinin müddətinin başa çatmamış olması idi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci və 185.5-ci maddələrinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh ilə İddiaçı QSC arasında bağlanılmış xx xxxxx 2008-ci il tarixli, 03L000000595 saylı Kredit xətti müqaviləsinə əsasən kreditverən kreditalana 120 ay müddətinə, 20.000 ABŞ dolları məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kredit tərəflər arasında «kredit razılaşması» formasında bağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış “kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 595 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 100.000 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış “kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” xx.xx.2015-ci il tarixli 03L000000595SA saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 204 ay müəyyən edilmişdir. xx xxxxxxx 2014-cü il tarixli, 03L000000595 saylı Kredit xətti müqaviləsi üzrə Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 003R********** saylı Kredit razılaşmasına əsasən Bank Cavabdeh 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixə Cavabdeh qalıq borcu - 11.504,44 ABŞ dolları əsas borc, 942,73 ABŞ dolları faiz borcu və 4425 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16.872,17 ABŞ dolları məbləğində təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edlimişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/3994 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan sənədlərə əsasən, xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə müqavilə şərtləri (kredit müqaviləsinə əlavələr nəzərə alınmaqla) və borclu tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla borclunun xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə olan borcu 12.447,17 (11.504,44 ABŞ dolları əsas borc, 942,73 ABŞ dolları faiz borcu olmaqla) ABŞ dolları məbləğində təşkil edir. İş materiallarında olan sənədlərə əsasən xx.xx.2014-cü il tarixdən sonra borclu Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənişlər aparılmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən kredit razılaşmasının bitdiyi xx.xx.2016-cı il tarixə qədər olan borc - 11.504,44 ABŞ dolları əsas borc, 942,73 ABŞ dolları faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən həmçinin hesab edir ki, 4425 ABŞ dolları cərimə azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarında olan X1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 003S**********01 saylı zaminlik və xx.xx.2015-ci il tarixli 003S**********01S saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavə edilməsi haqqında müqavilədən, X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 003S**********01 saylı Zaminlik müqaviləsindən görünür ki, zaminlər xx xxxxxxx 2014-cü il tarixli Kredit Xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərlərinə birgə məsuliyyət götürmüşlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İşin hallarından göründüyü kimi İddiaçı QSC ilə zaminlər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı zaminlər Bank qarşısında üzərlərinə tam məsuliyyət götürmüşlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx xxxxx 2008-ci il tarixli Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmiş, həmin kredit müqaviləsi çərçivəsində xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşması bağlanılarkən zaminlərin razılığının alınmasına dair saziş bağlanılmamışdır. Şərh olunan işin hallarına hüquq normalarının göstərişlərinə əsasən qiymət verərək məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də X9 və X4 qarşı yönəldilmiş tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 08 manatı iddiaçıya aid edilməli, 22 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması üzrə 11.504,44 ABŞ dolları əsas borc, 942,73 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, cəmi 12547,17 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 manat tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması üzrə 11.504,44 ABŞ dolları əsas borc, 942,73 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, cəmi 12.547,17 (on iki min beş yüz qırx yeddi ABŞ dolları on yeddi sent) ABŞ dolları(ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 (iyirmi iki) manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-89/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-89/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver