Məhkəmə qərarları › İş №2(060)-890/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-890/2025

26.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-890/2025 26.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 14000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan hazırki iş üzrə iddia tələbinin həcmini azaldaraq 8000 manat həddində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, tərəflər arasında barışıq sazişi bağlanmışdır. Məhkəməyə təqdim etdiyi barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı ilə aralarında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, barışıq sazişini nəzərdən keçirib qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən İddiaçı ilə Cavabdeh aşağıdakı məzmunda olan barışıq sazişini imzalamışlar:

1. İddiaçı iddia tələbinin həcmini 14000 (on dörd min) manat məbləğindən azladaraq 8000 (səkkiz min) manat həddində müəyyən edir.

2. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində iddiam qəbul edir.

3. Tərəflər razılığa gəlirlər ki, 2025-ci ilin aprel ayından başlayaraq hər ayın birinci günü cavabdeh iddiaçıya 150 (yüz əlli) manat ödəməklə 8000 (səkkiz min) manat məbləğində borcu tam ödəyəcəkdir.

4. Hər iki tərəf öz öhdəsinə götürür ki, gələcəkdə barışıq sazişinin şərtlərini vicdanla yerinə yetirəcəklər və bununla bağlı bir-birlərinə qarşı heç bir iddiaları olmayacaq.

5. Gələcəkdə hər hansı bir tərəf barışıq sazişinin şərtlərini icra etməzsə tərəflər barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilərlər.

6. Bu saziş 3 (üç) nüsxədə tərtib olunur, bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələri isə, tərəflərin özlərində saxlanılır.

7. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi imzalaması qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı :

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış 28 yanvar 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər əsasında təsdiq edilsin:

1. İddiaçı iddia tələbinin həcmini 14000 (on dörd min) manat məbləğindən azladaraq 8000 (səkkiz min) manat həddində müəyyən edir.

2. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində iddianı qəbul edir.

3. Tərəflər razılığa gəlirlər ki, 2025-ci ilin aprel ayından başlayaraq hər ayın birinci günü cavabdeh iddiaçıya 150 (yüz əlli) manat ödəməklə 8000 (səkkiz min) manat məbləğində borcu tam ödəyəcəkdir.

4. Hər iki tərəf öz öhdəsinə götürür ki, gələcəkdə barışıq sazişinin şərtlərini vicdanla yerinə yetirəcəklər və bununla bağlı bir-birlərinə qarşı heç bir iddiaları olmayacaq.

5. Gələcəkdə hər hansı bir tərəf barışıq sazişinin şərtlərini icra etməzsə tərəflər barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilərlər.

6. Bu saziş 3 (üç) nüsxədə tərtib olunur, bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələri isə, tərəflərin özlərində saxlanılır.

7. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar