Məhkəmə qərarları › İş №2(060)-8922/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8922/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8922/2021 22.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 10.01.2020, 14.12.2019, 23.11.2019 və 13.08.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan, GORENJE markalı tozsoran, DECT PANASONİC markalı ev telefonu, Alyans markalı dolab, çarpayı, termo, tumba, matras, HOFFMANN markalı televizor, Yupiter markalı ev telefonu və İMEİ Kodu **********76036 olan X8 7 markalı telefon almış, nəticədə 6301.3 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1026 manat olan Samsung markalı paltaryuyan, GORENJE markalı tozsoran, DECT PANASONİC markalı ev telefonu üçün ümumilikdə 888.8 manat olmaqla ondan, 683.6 manat ödənilməmiş hissə, 205.2 manat dəbbə, 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2840 manat olan Alyans markalı dolab, çarpayı, termo, tumba, matras üçün ümumilikdə 3606.8 manat olmaqla ondan 2840 manat ödənilməmiş hissə, 766.8 manat dəbbə, 23.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 846 manat olan HOFFMANN markalı televizor, Yupiter markalı ev telefonu üçün ümumilikdə, 977.6 manat olmaqla ondan, 752 manat ödənilməmiş hissə, 225.6 manat dəbbə, 13.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 882 manat olan X8 7 markalı telefon üçün ümumilikdə 828.1 manat olmaqla ondan, 637 manat ödənilməmiş hissə, 191.1 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 681.4 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan, GORENJE markalı tozsoran, DECT PANASONİC markalı ev telefonu üçün 683.6 manat ödənilməmiş hissə, 205.2 manat dəbbə, 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən Alyans markalı dolab, çarpayı, termo, tumba, matras üçün 2840 manat ödənilməmiş hissə, 766.8 manat dəbbə, 23.11.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı televizor, Yupiter markalı ev telefonu üçün 752 manat ödənilməmiş hissə, 225.6 manat dəbbə, 13.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********76036 olan X8 7 markalı telefon 637 manat ödənilməmiş hissə, 191.1 manat dəbbə, ümumilikdə 6301.3 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh sonuncu dəfə 10.01.2020-ci il tarixdə 47 manat ödəniş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 09 sentyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10.01.2020-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətində, hər ay 57 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 1026 manat təşkil edən Samsung markalı paltaryuyan, GORENJE markalı tozsoran, DECT PANASONİC markalı ev telefonuna görə 342.4 manat məbləğində ödəniş etmiş, 683.6 manat əsas, 205.2 manat dəbbə pulu, 14.12.2019-cu il tarixli müqaviləyə əsasən 20 ay müddətində, hər ay 142 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 2840 manat təşkil edən Alyans markalı dolab, çarpayı, termo, tumba, matrasa görə 0 manat məbləğində ödəniş etmiş, 2840 manat əsas, 766.8 manat dəbbə pulu, 23.11.2019-cu il tarixli müqaviləyə əsasən 18 ay müddətində, hər ay 47 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 846 manat təşkil edən HOFFMANN markalı televizor, Yupiter markalı ev telefonuna görə 94 manat məbləğində ödəniş etmiş, 752 manat əsas, 225.6 manat dəbbə pulu, 13.08.2019-cu il tarixli müqaviləyə əsasən 18 ay müddətində, hər ay 49 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 882 manat təşkil edən İMEİ Kodu **********76036 olan X8 7 markalı telefona görə 245 manat məbləğində ödəniş etmiş, 637 manat əsas, 191.1 manat dəbbə pulu, cəmi 6301.3 manat borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 10.01.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Samsung markalı paltaryuyan, GORENJE markalı tozsoran, DECT PANASONİC markalı ev telefonu almışdır. İş materiallarında olan 10.01.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh Nəsirov X3 markalı paltaryuyan, GORENJE markalı tozsoran, DECT PANASONİC markalı ev telefonunu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 10.01.2020-ci il tarixli əlavədən görünür ki, Cavabdeh 18 ay müddətində hər ay 57 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 14.12.2019cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Alyans markalı dolab, çarpayı, termo, tumba, matras almışdır. İş materiallarında olan 14.12.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh Alyans markalı dolab, çarpayı, termo, tumba, matrası tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 14.12.2019-cu il tarixli əlavədən görünür ki, Cavabdeh 20 ay müddətində hər ay 142 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 23.11.2019cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən HOFFMANN markalı televizor, Yupiter markalı ev telefonu almışdır. İş materiallarında olan 23.11.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh HOFFMANN markalı televizor, Yupiter markalı ev telefonunu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 23.11.2019-cu il tarixli əlavədən görünür ki, Cavabdeh 18 ay müddətində hər ay 47 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 13.08.2019cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********76036 olan X8 7 markalı telefon almışdır. İş materiallarında olan 13.08.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********76036 olan X8 7 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 13.08.2019-cu il tarixli əlavədən görünür ki, Cavabdeh 18 ay müddətində hər ay 49 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 30.07.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilə 23.11.2019-cu il, 13.08.2019-cu il, 10.01.2020-ci il, 14.12.2019-cu il tarixdə bağlanmış müqavilələrə əsasən ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında 23.11.2019cu il, 13.08.2019-cu il, 10.01.2020-ci il, 14.12.2019-cu il tarixlərində bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya 4912.6 manat ödənilməmiş hissə, 1388.7 manat dəbbə pulu, ümumilikdə 6301.3 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 100 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 4912.6 manat əsas borc, 100 manat dəbbə, cəmi 5012.6 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4912.6 manat pul, 100 manat dəbbə pulu, cəmi 5012.6 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar