Məhkəmə qərarları › İş №2(060)-8965/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8965/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8965/2021 03.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 12.09.2019-cu il tarixli müqaviləsinə əsasən, soyuducu LG, kombi Ariston üçün 1530 (bir min beş yüz otuz) manat ödənilməmiş hissə, 435 (dörd yüz otuz beş) manat dəbbə; 02.10.2019-cu il tarixli müqaviləsinə əsasən, kombi Ariston üçün 1100 (bir min yüz) manat ödənilməmiş hissə, 330 (üç yüz otuz) manat dəbbə; 05.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1422 (bir min dörd yüz iyirmi iki) manat ödənilməmiş hissə, 426 (dörd yüz iyirmi altı) manat dəbbə, 07.10.2019-cu il tarixli müqaviləsinə əsasən kombi Ariston üçün 1212 (bir min iki yüz on iki) manat ödənilməmiş hissə, 363 (üç yüz altmış üç) manat dəbbə miqdarında borc yaranmışdır. Ümumilikdə 6818 (altı min səkkiz yüz on səkkiz) manat borc və 88 (səksən səkkiz) manat 18 (on səkkiz) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh, "xxxx" MMC ilə 12.09.2019, 02.10.2019, 05.10.2019 və 07.10.2019cu il tarixli müqavilələrinə əsasən soyuducu LG, kombi Aristonlar, və Samsung Led markalı televizor almış və nəticədə 6818 (altı min səkkiz yüz on səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3190 (üç min yüz doxsan) manat (11 ay x 290 manat+0 manat ilkin ödəniş) soyuducu LG, kombi Ariston üçün ümumilikdə 1965 (bir min doqquz yüz altmış beş) manat olmaqla, ondan 1530 (bir min beş yüz otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 435 (dörd yüz otuz beş) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1320 (bir min üç yüz iyirmi) manat (12 ay x 110 manat + 0 manat ilkin ödəniş) kombi Ariston üçün ümumilikdə, 1430 (bir min dörd yüz otuz) manat olmaqla ondan, 1100 (bir min yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 330 (üç yüz otuz) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.10.2019cu il tarixli müqaviləsinə əsasən, alqı- satqı qiyməti 1575 (bir min beş yüz yetmiş beş) manat (18 ay x 79 manat + 153 manat ilkin ödəniş) Samsung LED markalı televizor üçün ümumilikdə, 1848 (bir min səkkiz yüz qırx səkkiz) manat olmaqla ondan, 1422 (bir min dörd yüz iyirmi iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 426 (dörd yüz iyirmi altı) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1313 ( bir min üç yüz on üç) manat (12 ay x 101 manat+101 manat ilkin ödəniş) kombi Ariston üçün ümumilikdə 1575 (bir min beş yüz yetmiş beş) manat olmaqla ondan 1212 (bir min iki yüz on iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 363 (üç yüz altmış üç) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin 12.09. 2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 340 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 1320 manat, ümumilikdə 1660 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ isə 484 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, 12.09.2019-cu il tarixli müqaviləsinə əsasən, soyuducu LG, kombi Ariston üçün 1530 (bir min beş yüz otuz) manat ödənilməmiş hissə, 435 (dörd yüz otuz beş) manat dəbbə; 02.10.2019-cu il tarixli müqaviləsinə əsasən, kombi Ariston üçün 1100 (bir min yüz) manat ödənilməmiş hissə, 330 (üç yüz otuz) manat dəbbə; 05.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1422 (bir min dörd yüz iyirmi iki) manat ödənilməmiş hissə, 426 (dörd yüz iyirmi altı) manat dəbbə, 07.10.2019-cu il tarixli müqaviləsinə əsasən kombi Ariston üçün 1212 (bir min iki yüz on iki) manat ödənilməmiş hissə, 363 (üç yüz altmış üç) manat dəbbə miqdarında borc yaranmışdır. Ümumilikdə 6818 (altı min səkkiz yüz on səkkiz) manat borc və 88 (səksən səkkiz) manat 18 (on səkkiz) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, sözügedən müqavilələr iddiaçı təşkilatdan götürdüyü məhsulları qonşusu üçün götürmüşdür. Qonşusu iddiaçı təşkilata ümumilikdə 820 manat ödəniş etmişdir. Hazırda həmin şəxsi axtarır və harada olması barədə onda məlumat yoxdur. Bir dəfə qonşusu tapmış və qonşusu 250 manat ödəniş edəcəyinə söz verərək yenə qaçıb itmişdir. Hazırda dəbbə pulunu çox hesab edir və dəbbə pulunun silinməsini məhkəmədən xahiş edərək qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İşə əlavə edilmiş 12.09.2019-ci il tarixli № 00906718 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 12.09.2019-cu il tarixdə 00906718 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 3190 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 02.10.2019-cu il tarixli № 00952712 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 02.10.2019-cu il tarixdə 00952712 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 1320 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 05.10.2019-cu il tarixli № 00958845 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 05.10.2019-cu il tarixdə 00958845 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 1575 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 07.10.2019-cu il tarixli № 00963981 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 07.10.2019-cu il tarixdə 00963981 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 1313 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 11.10.2021-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 12.09.2019, 02.10.2019, 05.10.2019 və 07.10.2019-cu il tarixli müqavilələr cəmiyyətə olan borcu əsas borcu üzrə 5264 manat, dəbbə borcu üzrə 1554 manat, ümumilikdə 6818 manat ödənilməmiş hissə təşkil edir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Qayıbov küçəsi, ev 18, mənzil 3-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 12.09.2019, 02.10.2019, 05.10.2019 və 07.10.2019-cu il tarixindəki müqavilələr üzrə icra edilməmiş borc olaraq əsas borc üzrə 5264 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmə Cavabdeh 5264 (beş min iki yüz altmış dörd) manat əsas borc, 40 (qırx) manat dəbbə pulu olmaqla, ümumilikdə 5304 (beş min üç yüz dörd) manat məbləğində borc və 88 (səksən səkkiz) manat 18 (on səkkiz) qəpik ödənilməmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5264 (beş min iki yüz altmış dörd) manat əsas borc, 40 (qırx) manat dəbbə pulu olmaqla, ümumilikdə 5304 (beş min üç yüz dörd) manat məbləğində borc və 88 (səksən səkkiz) manat 18 (on səkkiz) qəpik ödənilməmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar