Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8968/2021 06.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" MMC ilə 17.06.2019-cu il və 16.09.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********07903 olan Samsung Galaxy A50 markalı telefon və İMEİ kodu **********81835 olan Samsung Galaxy S10 markalı telefon almış və nəticədə 2737 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.06.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 675 manat (09 ay x 75 manat) İMEİ kod **********07903 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 302 manat olmaqla ondan, 235 manat ödənilməmiş hissə, 67 manat dəbbə, 16.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2107 manat (12 ay x 159 manat + 199 manat ilkin ödəniş) İMEİ kodu **********81835 olan Samsung Galaxy S10 markalı telefon üçün ümumilikdə, 2435 manat olmaqla ondan, 1863 manat ödənilməmiş hissə, 572 manat dəbbə yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 684 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən 17.06.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********07903 Samsung Galaxy A50 markalı telefon üçün 235 manat ödənilməmiş hissə, 67 manat dəbbə, cəmi 302 manat borcun Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada tutulması, 16.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********81835 olan Samsung Galaxy S10 markalı telefon üçün 1863 manat ödənilməmiş hissə, 572 manat dəbbənin Cavabdeh1 tutulması, ümumilikdə 2737 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbini qəbul etdiyini bildirərək, işi toylarla bağlı olduğundan pandemiya ilə əlaqədar olaraq işləyə bilmədiyini, hal-hazırda qazancı olduğunu və ödənişləri həyata keçirəcəyini göstərdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 17.06.2019-cu il tarixli müqaviləyə əsasən 09 ay müddətində, hər ay 75 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 675 manat təşkil edən İMEİ kod **********07903 Samsung Galaxy A50 markalı telefona görə 440 manat məbləğində ödəniş etmiş, 235 manat əsas, 67 manat dəbbə pulu, cəmi 302 manat borcu; 16.09.2019-cu il tarixli müqaviləyə əsasən 199 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində, hər ay 159 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 2107 manat təşkil edən İMEİ kodu **********81835 olan Samsung Galaxy S10 markalı telefona görə 244 manat məbləğində ödəniş etmiş, 1863 manat əsas, 572 manat dəbbə pulu, cəmi 2435 manat borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 17.06.2019cu il tarixli müqavilədən görünür ki, Cavabdeh1 "xxxx" MMC-dən İMEİ kod **********07903 Samsung Galaxy A50 markalı telefon almışdır. İş materiallarında olan 17.06.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 17.06.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin tamamilə və ya hissə-hissə icra edilməsi məqsədilə zamin qismində Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 17.06.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh1 İMEİ kod **********07903 Samsung Galaxy A50 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 17.06.2019-cu il tarixli əlavədən görünür ki, Cavabdeh1 09 ay müddətində hər ay 75 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 16.09.2019cu il tarixli müqavilədən görünür ki, Cavabdeh1 "xxxx" MMC-dən İMEİ kodu **********81835 olan Samsung Galaxy S10 markalı telefon almışdır. İş materiallarında olan 16.09.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh1 İMEİ kodu **********81835 olan Samsung Galaxy S10 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 16.09.2019-cu il tarixli əlavədən görünür ki, Cavabdeh1 ilkin ödəniş 199 manat olmaqla, 12 ay müddətində hər ay 159 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 30.07.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 17.06.2019-cu il və 16.09.2019-cu il tarixlərində bağlanmış müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehlərə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmələri tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı "xxxx" MMC arasında 17.06.2019-cu il və 16.09.2019-cu il tarixlərində bağlanmış müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə 17.06.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh1 və Cavabdeh2 235 manat ödənilməmiş hissə, 67 manat dəbbə, cəmi 302 manat borcu, 16.09.2019-cu il tarixli müqavilə üzrə isə Cavabdeh1 iddiaçıya 1863 manat ödənilməmiş hissə, 572 manat dəbbə pulu, ümumilikdə 2737 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 17.06.2019-cu il tarixli müqavilə üzrə 67 manat məbləğində hesablanmış dəbbə pulu azaldılaraq 47 manat, 16.09.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 572 manat dəbbə pulu isə 300 manat məbləğində müəyyən edilməsi tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək 17.06.2019-cu il tarixli müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 235 manat əsas borc, 47 manat dəbbə pulu, cəmi 282 manat məbləğində pul, 16.09.2019-cu il tarixli müqavilə üzrə isə Cavabdeh1 1863 manat əsas borc, 300 manat dəbbə pulu və 30 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 17.06.2019-cu il tarixli müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 235 manat əsas borc, 47 manat dəbbə pulu, cəmi 282 manat məbləğində pul, 16.09.2019-cu il tarixli müqavilə üzrə isə Cavabdeh1 1863 manat əsas borc, 300 manat dəbbə pulu və 30 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-8968/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8968/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver