Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-902/2023 02.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Cavabdeh Məmmədli oğluna qarşı reqress qaydasında pul tələbinə dair kiçik iddiasına 02 fevral 2023-cü il tarixdə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Məmmədli oğluna qarşı reqress qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4387/2019 saylı 21 iyun 2019-cu il tarixli qətnaməsinin icrası nəticəsində tərəfindən ödənilmiş 1316.07 manat məbləğin reqres qaydada, qərarın məcburi icrasına dair tərəfindən ödənilmiş 92.12 məcburi icra xərcinin, habelə tərəfindən ödənilmiş 34.10 manat dövlət rüsumunun, ümumilikdə 1442.29 AZN məbləğin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi iddiaçı tərəfindən imzalanmadığından baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Məmmədli oğluna qarşı reqress qaydasında pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-902/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-902/2023
02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver