Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9049/2021 14.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1970 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü valyuta məzənnəsinə uyğun olaraq və ödənilmiş 54 manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, X4 və Cavabdeh qardaş olmaqla yanaşı qohumlarıdır. 2018-ci ilin iyun ayında cavabdehlər onun yaşadığı evə gələrək müalicə ilə əlaqədar olaraq İran İslam Respublikasına gedəcəklərini bildirib, ondan borc pul istəmişlər. Həmin tarixdə X3 2000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdehlərə pulu verən zaman oğlu X1, həyat yoldaşı X2 və gəlini Məmləkət Mahmudova da yanında olmuş, qeyd edilən pul məbləğinin cavabdehlərə verilməsinin şahidi olmuşlar. Cavabdeh müalicədən qayıtdıqdan sonra pulu tam şəkildə ödəyəcəyinə söz versədə, bu günə kimi pulu ödəməmişdir. Dəfələrlə Cavabdeh mobil nömrəsinə zəng vursa da hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. Sonuncu dəfə 2020-ci ilin sonlarında Cavabdeh ona olan borcundan adına olan plastik karta 50 manat pul köçürmüçdür. Bununla bağlı Abşeron RPİ-nə 2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Abşeron RPİdə 8 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cavabdehin barəsində əməlində cinayət tərkibinin əlamətlərinin olmaması əsası ilə material rədd edilsədə, cavabdeh araşdırma zamanı izahat vermiş və X5 ona olan borcunu etiraf etmişdir. Yəni qeyd olunan tarixdə 2000 ABŞ dolları məbləğində pulu ondan aldığını bildirmişdir. Həmçinin qeyd edir ki, 8 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qanuni qüvvəsini almış qərarda Cavabdeh 2000 ABŞ dolları məbləğində borcunun olduğu aparılmış araşdırma zamanı sübuta yetirildiyi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, 2000 ABŞ dollarını Cavabdeh vermişdir, iddia ərizəsinin məzmununda texniki səhvə yol verilərək Zamiqə 2000 ABŞ dolları verildiyi göstərilib. Həmin borc məbləğindən Elnur ona cəmi 50 manat ödəyib, həmin pulu borc məbləğindən çıxmaqla, hazırda Elnurun ona 1970 ABŞ dolları borcu qalıb. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Abşeron rayon Pİ-nin 4-cü PB-nin 08 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasnın rədd edilməsi haqqında qərarının məzmunundan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında araşdırma aparılmış və araşdırma zamanı dindirilən Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı onun qohumudur. 2018-ci ilin iyul ayında arvadı X8 Respublikasına müalicəyə aparması üşün qohumu Bəstidən borc qismində 2000 ABŞ dolları məbləğində pul almışdır. Sonra o, İran İslam Respublikasından geri qayıtdıqdan sonra Bəstiyə borclu olduğu pulun çox hissəsini qaytarmış, iş yerlərinin bağlanması səbəbindən borclu olduğu 250 manat pulu qaytara bilməmişdir. O, İddiaçı pulu borc qismində aldığını və həmin pulun maddi vəziyyətinin pis olması səbəbindən geri qaytara bilmədiyini, həmçinin qardaşı Zamiqin qohumu Bəstidən borc qismində pul almaşı barədə məlumatının olmadığını da qeyd etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edildi ki, tərəflər arasında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı cavabdehə 2000 ABŞ dolları borc pul verdiyini, həmin borcdan 50 manatın qaytarıldığını, 1970 ABŞ dolları borcun cavabdeh tərəfindən qaytarılmadığını iddia edir və həmin məbləğin qaytarılmasını tələb edir. İddiaçı iddia tələbinin əsası olaraq iddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmiş cavabdehin izahatına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448, 882-ci maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Təqdim edilmiş sübutlardan göründüyü kimi cavabdeh iddiaçıdan 2000 ABŞ dolları borc aldığını etiraf etmişdir. Cavabdeh istinad olunan izahatında borcun xeyli hissəsinin qaytarıldığını göstərsə də, iddiaçı bu halın doğru olmadığını iddia edir. Bu halda məhkəmə hesab edir ki, sübutetmə yükü cavabdehin üzərinə düşməklə ödənişlər barədə sübut təqdim etmək cavabdehin vəzifəsidir. Lakin cavabdeh qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaya etirazını bildirməmiş, borc üzrə ödənişlərin olubolmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə ədalət mühakiməsini təqdim edilmiş sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, 1970 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1970 (bir min doqquz yüz yetmiş) ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54 (əlli dörd) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-9049/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9049/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver