Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-905/2024 28.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi İddiaçı böyük icra məmuru X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-647/2022 saylı, 01 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 06 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə üzərinə saat 23:00-dan növbəti gün 07:00-dək yaşadığı ünvanını tərk etməmək Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. xx.xx.2023-cü il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ və enerji bankı təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədəlikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum Cavabdeh, xx.xx.2023-cü il tarixdə probasiya şöbəsinə gələrək izahatında ona təhvil verilmiş elektron nəzarət vasitəsinin mobil qurğusunu itirdiyini bildirmişdir. Məhkumdan, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-81/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 il 01 ay 25 gün müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş və Qaradağ rayonu, Qobustan qəsəbəsi, Penitensiar Xidmətin həbsxanasında cəza çəkir. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından elektron qolbağ sındırılmış, yararsız hala salınmış və maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 2277.40 manat təşkil edir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri, yəni 2277.40 manat məbləğində pulun nəzarət subyektindən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi İddiaçı böyük icra məmuru X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh barəsində məhkəmə hökmü İddiaçınə daxil olduqda müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bu barədə məhkuma qolbaq tətbiq etməmişdən öncə protokol tərtib olunaraq, protokolun daşıma qaydaları barədə məlumat verilmiş və əlavə olaraq da mobil qurğuya hər hansı bir zədənin dəyməsi, itməsi hallarında məhkəməyə iddia qaldırılacağı barədə məhkuma məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə məhkum Probasiya şöbəsinə gələrək, izahat verərək, qolbağın itirildiyini bildirmişdir. Oğurluq ilə məhkum olunmuş, daha sonra cəza qaydalarını pozduğuna görə onun tərəfindən təqdimat verilmiş və həmin təqdimat əsasında isə həbs olunmuşdur. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmiş və iddia ərizəsinin surəti 3 saylı İstintaq Təcridxanasında cəza çəkən Cavabdeh təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz və mülahizələri daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 647/2022 saylı, 01 dekabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə X3 təyin edilmiş 01 il 01 ay 28 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanmış, ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçınə Cavabdeh tərəfindən ünvanlanmış izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə günorta vaxtları taksiyə minmiş Qubadlı Rayon İcra Hakimiyyətinin yanına təmir üçün iş yerinə baxmaq üçün getmiş və düşəndə baxmış görmüşdür ki, mobil qurğu üstündə yoxdur. Kabronu remenə keçirmiş, sadəcə tam keçirməmiş, ona görə də üstündən çıxmışdır. Həmin gün mobil qurğunu axtarmış lakin maşının nömrəsini bilmədiyi üçün tapa bilməmişdir. İzahatı oxumuş, sözləri doğru yazılmış, doğruluğunu da imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-81/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-647/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 02 il 03 ay 20 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 il 01 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbsə alınmışdır. İş materiallarında olan Probasiya Xidmətinin rəisinə ünvanlanmış məktubun surətindən görünür ki, mobil nəzarət qurğularının (elektrik adapteri və proqram lisenziyası ilə) qiyməti 2277.40 manat göstərilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokoldan görünür ki, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 647/2022 saylı, 01 dekabr 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməklə üzərinə bir sıra vəzifələr qoyulmuşdur. Cavabdeh elektron nəzarət qurğusunu itirdiyini bildirir. Avadanlığın dəyəri 2277.40 manat təşkil edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 2277.40 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 2277.40 manat pul tutularaq İddiaçı hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Bu Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddia təmin olunduğundan, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 42.78 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2277.40 manat pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına (Dövlət Xəzinədarlıq agentliyi, M/H: AZ41NABZ********************, VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22, Bakı Şəhər Maliyyə İdarəsi, H/H: AZ66CTRE********************, VÖEN: **********, Büdcə səviyyəsinin kodu: 1, Büdcə təsnifatının kodu: 142330) köçürülsün. İddianın verilməsinə görə 42.78 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cümaddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-905/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-905/2024
28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver