Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-909/2021 19.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh Abubək oğlunun iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Abubək oğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abubək oğlundan İddiaçı ASC-nin xeyrinə 4305 (dörd min üç yüz beş) manat 51 (əlli bir) qəpik əsas borc, 633 (altı yüz otuz üç) manat 04 (dörd) qəpik faiz və 983 (doqquz yüz səksən üç) manat 75 (yetmiş beş) qəpik gecikdirilməyə görə cərimə olmaqla, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 47 (qırx yeddi) manat 40 (qırx) qəpik faiz borcu olmaqla, cəmi 5969 (beş min altı yüz altmış doqquz) manat 70 (yetmiş) qəpik məbləğində kredit borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə edərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29.06.2016cı il tarixli, 104.LN.1010.290616.00010 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 48 (qırx səkkiz) ay müddətinə, illik 17% (on yeddi faiz) ödənilmək şərtilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. 28.01.2019-cu il tarixli 1 saylı razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış 29.06.2016-cı il tarixli, 104.LN.1010.290616.00010 saylı kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş 29 yanvar 2019-cu il, sonuncu ödəniş isə 29 iyun 2020-ci il tarixdən gec olmayaraq həyata keçirilir. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin 18.09.2020-ci il tarixinə Bank ödənilməmiş 4305 (dörd min üç yüz beş) manat 51 (əlli bir) qəpik əsas borc, 633 (altı yüz otuz üç) manat 04 (dörd) qəpik faiz və 983 (doqquz yüz səksən üç) manat 75 (yetmiş beş) qəpik gecikdirilməyə görə cərimə olmaqla, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 47 (qırx yeddi) manat 40 (qırx) qəpik faiz borcu olmaqla, cəmi 5969 (beş min altı yüz altmış doqquz) manat 70 (yetmiş) qəpik borcu mövcuddur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Abubək oğlundan İddiaçı ASC-nin xeyrinə 4305 (dörd min üç yüz beş) manat 51 (əlli bir) qəpik əsas borc, 633 (altı yüz otuz üç) manat 04 (dörd) qəpik faiz və 983 (doqquz yüz səksən üç) manat 75 (yetmiş beş) qəpik gecikdirilməyə görə cərimə olmaqla, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 47 (qırx yeddi) manat 40 (qırx) qəpik faiz borcu olmaqla, cəmi 5969 (beş min altı yüz altmış doqquz) manat 70 (yetmiş) qəpik məbləğində kredit borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, həqiqətən 09 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faiz olmaqla 48 ay müddətinə 10000 (on min) manat məbləğində kredit almışdır. Hazırda o, heç yerdə işləmir. Maddi vəziyyəti çox aşağıdır. Əlavə olaraq iddia tələbinin faiz və cərimə borcu istisna olmaqla qəbul edir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında 29 iyun 2016-cı il tarixli 104.LN.1010.290616.00010 №li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Qaradağ” filialı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 17 faiz olmaqla 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borc alan verilmiş krediti, onun bir hissəsini və ya hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş vaxtda yaxud 1 №li Əlavədə göstərilən cədvəl üzrə 3 (üç) ay müddətində ödəməzsə, bank kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququna malikdir. İş materiallarında olan 29 iyun 2016-cı il tarixli 104.LN.1010.290616.00010 saylı kredit müqaviləsinə əlavə-borcalan Cavabdeh ödəniş cədvəlindən görünür ki, Cavabdeh verilmiş kreditin 29.07.2016-cı il tarixdən 29.06.2020-ci il tarixədək faiz ödənişi cəmi 3849,82 manat, kreditin əsas məbləğinin ödənişi 10000 manat, cəmi məbləğ 13849,82 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 24.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29.06.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 4305 (dörd min üç yüz beş) manat 51 (əlli bir) qəpik əsas borc, 633 (altı yüz otuz üç) manat 04 (dörd) qəpik faiz və 983 (doqquz yüz səksən üç) manat 75 (yetmiş beş) qəpik gecikdirilməyə görə cərimə olmaqla, gecikdirilmiş vaxt üçün hesablanan 47 (qırx yeddi) manat 40 (qırx) qəpik faiz borcu olmaqla, cəmi 5969 (beş min altı yüz altmış doqquz) manat 70 (yetmiş) qəpik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 07.10.2020-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 9/46, mənzil 8-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh Abubək oğlundan 4305 (dörd min üç yüz beş) manat 51 (əlli bir) qəpik əsas borc, 633 (altı yüz otuz üç) manat 04 (dörd) qəpik faiz və 98 (doxsan səkkiz) manat 37 (otuz yeddi) qəpik gecikdirilməyə görə cərimə olmaqla, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 47 (qırx yeddi) manat 40 (qırx) qəpik faiz borcu olmaqla, cəmi 5084 (beş min səksən dörd) manat 32 (otuz iki) qəpik məbləğində kredit borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 470,472, 739-cu və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Abubək oğlundan 4305 (dörd min üç yüz beş) manat 51 (əlli bir) qəpik əsas borc, 633 (altı yüz otuz üç) manat 04 (dörd) qəpik faiz və 98 (doxsan səkkiz) manat 37 (otuz yeddi) qəpik gecikdirilməyə görə cərimə olmaqla, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 47 (qırx yeddi) manat 40 (qırx) qəpik faiz borcu olmaqla, cəmi 5084 (beş min səksən dörd) manat 32 (otuz iki) qəpik məbləğində kredit borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-909/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-909/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver