Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9146/2021 06.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.12.2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********72454 olan Samsung J2 Core markalı telefon üçün 30 manat ödənilməmiş hissə, 07.05.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********79197 olan Samsung Galaxy J8 markalı telefon üçün 406 manat ödənilməmiş hissə, 18.11.2019cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********97388 olan Hoffmann T110 markalı telefon üçün 72 manat ödənilməmiş hissə, 04.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********61069 olan Samsung Galaxy A50 markalı telefon üçün 656 manat ödənilməmiş hissə, 26.04.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********99403 olan Samsung Galaxy A30 markalı telefon üçün 191 manat ödənilməmiş hissə ümumilikdə 1529 manat borc və 35,29 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16.12.2018, 07.05.2019, 18.11.2019, 04.09.2019 və 26.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodları **********72454 olan Samsung J2 Core, İMEİ Kodu **********79197 olan Samsung Galaxy J8, İMEİ Kodu **********97388 olan Hoffmann T110, İMEİ Kodu **********61069 olan Samsung Galaxy A50 və İMEİ Kodu **********99403 olan Samsung Galaxy A30 markalı telefonlar almış, nəticədə 1529 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.12.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 324 manat olan İMEİ kodu 3**********72454 olan Samsung J2 Core markalı telefon üçün ümumilikdə 30 manat, 07.05.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 324 manat olan İMEİ kodu **********79197 olan Samsung Galaxy J8 markalı telefon üçün ümumilikdə 406 manat, 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 76 manat olan İMEİ Kodu **********97388 olan Hoffmann T110 markalı telefon üçün ümumilikdə 72 manat, 04.09.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 803 manat olan İMEİ Kodu **********61069 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 656 manat, 26.04.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 531 manat olan İMEİ İMEİ Kodu **********99403 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə 191 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1053 manat təşkil edir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edib iddia ərizəsində texniki səhv nəticəsində 1355 manat əvəzinə 1529 manat yazıldığını bildirərək Cavabdeh ümumilikdə 1355 manat borc və 35,29 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi 21.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 08 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16.12.2018-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 27 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 324 manat, İMEİ kodu **********72454 olan Samsung J2 Core markalı telefona görə 294 manat ödəniş etmiş, 30 manat borcu qalmış, 07.05.2019-cu il tarixli müqaviləyə əsasən 80 manat ilkin ödəniş edilməklə qalan məbləği18 ay müddətində hər ay 33 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 674 manat olan İMEİ kodu İMEİ kodu **********79197 olan Samsung Galaxy J8 markalı telefona görə 268 manat ödəniş etmiş, 406 manat borcu qalmış, 18.11.2019-cu il tarixli müqaviləyə əsasən 4 manat ilkin ödəniş edilməklə qalan məbləği 6 ay müddətində hər ay 12 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 76 manat olan İMEİ kodu **********97388 olan Hoffmann T110 markalı telefona görə 4 manat ödəniş etmiş, 72 manat borcu qalmış, 04.09.2019-cu il tarixli müqaviləyə əsasən 65 manat ilkin ödəniş edilməklə qalan məbləği 18 ay müddətində hər ay 41 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 803 manat olan İMEİ Kodu **********61069 olan Samsung Galaxy A50 markalı telefona görə 147 manat ödəniş etmiş, 656 manat borcu qalmış, 26.04.2019-cu il tarixli müqaviləyə əsasən 09 ay müddətində hər ay 59 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 531 manat olan İMEİ İMEİ Kodu **********99403 olan Samsung Galaxy A30 markalı telefona görə 340 manat ödəniş etmiş, 191 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 16.12.2018-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********72454 olan Samsung J2 Core markalı telefon almışdır. İş materiallarında olan 16.12.2018-ci il tarixli bildiriş-əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 16.12.2018-ci il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********72454 olan Samsung J2 Core markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 16.12.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16.12.2018-ci il tarixli müqavilə üzrə 12 ay müddətində hər ay 27 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 07.05.2019cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********79197 olan Samsung Galaxy J8 markalı telefon almışdır. İş materiallarında olan 07.05.2019-cu il tarixli bildiriş-əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 07.05.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********79197 olan Samsung Galaxy J8 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 07.05.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07.05.2019-cu il tarixli müqavilə üzrə 80 manat ilkin ödəniş edilməklə 18 ay müddətində hər ay 33 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 18.11.2019cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********97388 olan Hoffmann T110 markalı telefon almışdır. İş materiallarında olan 18.11.2019-cu il tarixli bildiriş-əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 18.11.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********97388 olan Hoffmann T110 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 18.11.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18.11.2019-cu il tarixli müqavilə üzrə 04 manat ilkin ödəniş edilməklə 06 ay müddətində hər ay 12 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 04.09.2019cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********61069 olan Samsung Galaxy A50 markalı telefon almışdır. İş materiallarında olan 04.09.2019-cu il tarixli bildiriş-əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 04.09.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********61069 olan Samsung Galaxy A50 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 04.09.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 04.09.2019-cu il tarixli müqavilə üzrə 65 manat ilkin ödəniş edilməklə 18 ay müddətində hər ay 41 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 26.04.2019cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********99403 olan Samsung Galaxy A30 markalı telefon almışdır. İş materiallarında olan 26.04.2019-cu il tarixli bildiriş-əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 26.04.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********99403 olan Samsung Galaxy A30 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 26.04.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26.04.2019-cu il tarixli müqavilə üzrə 09 ay müddətində hər ay 59 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından müəyyən edilir ki, Cavabdeh 16.12.2018-ci il, 07.05.2019-cu il, 18.11.2019-cu il, 04.09.2019-cu il və 26.04.2019-cu il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh 1355 manat borc və ödənilmiş 35,29 manat dövlət rüsumu məbləğində pul tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 1355 (min üç yüz əlli beş) manat məbləğində borc və 35,29 (otuz beş manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-9146/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9146/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver