Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9149/2021 23.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 05.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********82606 olan “Samsung Galaxy A50” markalı telefon, Power Bank və X3 markalı qulaqlıq üçün 262 manat ödənilməmiş hissə, 75,6 manat dəbbə pulu, 30.12.2019-cu il tarixli müqavilə üzrə «Philips» markalı ütü fen və maşa üçün 129,4 manat ödənilməmiş hissə, 43,2 manat dəbbə pulu, 16.06.2019-cu il tarixli müqavilə üzrə «Violetta» markalı yumşaq künc mebel əşyası üçün 920 manat ödənilməmiş hissə, 277,2 manat dəbbə pulu, 28.09.2019-cu il tarixli müqavilə üzrə «Samsung Galaxy» markalı telefon üçün 1253 manat ödənilməmiş hissə, 375,9 manat dəbbə pulu, 23.01.2020-ci il tarixli müqavilə üzrə «Acer» markalı notebook üçün 1554,8 manat ödənilməmiş hissə, 466 manat dəbbə pulu,15.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********00264 olan “Samsung Galaxy” markalı telefon üçün 1583 manat ödənilməmiş hissə, 504,9 manat dəbə, ümumilikdə 7445 manat borc və 94,45 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7539,45 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 05.12.2019-cu il, 30.12.2019-cu il 16.06.2019-cu il, 28.09.2019-cu il, 23.01.2020-ci il və 15.07.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodları **********82606 olan “Samsung Galaxy A50” , **********19799 olan “Samsung Galaxy”, **********00264 olan “Samsung Galaxy” markalı telefonlar, «Philips» markalı ütü fen və maşa, «Philips» markalı ütü fen və maşa, «Violetta» markalı yumşaq künc mebel əşyası, «Acer» markalı notebook almış və nəticədə 7445 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 756 manat İMEİ kodu **********82606 olan “Samsung Galaxy A50” markalı telefon, Power Bank və X3 markalı qulaqlıq üçün ümumilikdə 337,6 manat olmaqla ondan 262 manat ödənilməmiş hissə, 75,6 manat dəbbə pulu, 30.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 291,6 manat olan «Philips» markalı ütü fen və maşa üçün ümumilikdə 172,6 manat olmaqla ondan 129,4 manat ödənilməmiş hissə, 43,2 manat dəbbə pulu, 16.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1584 manat olan «Violetta» markalı yumşaq künc mebel əşyası üçün ümumilikdə 1197,2 manat olmaqla ondan 920 manat ödənilməmiş hissə, 277,2 manat dəbbə pulu, 28.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2347 manat olan İMEİ kodu **********19799 olan “Samsung Galaxy” markalı telefon üçün ümumilikdə 1628,9 manat olmaqla ondan 1253 manat ödənilməmiş hissə, 375,9 manat dəbbə pulu, 23.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1764,8 manat olan «Acer» markalı notebook üçün ümumilikdə 2020,1 manat olmaqla ondan 1554,8 manat ödənilməmiş hissə, 466 manat dəbbə pulu, 15.07.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2923 manat olan İMEİ kodu **********00264 olan “Samsung Galaxy” markalı telefon üçün ümumilikdə 2087,9 manat olmaqla, ondan 1583 manat ödəniləmiş hissə, 504,9 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3964,2 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı ilə bağlı müvafiq qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1984-cü ildə, anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 28.09.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd «Samsung Galaxy» markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 28.09.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 179 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 28.09.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh 1 ədəd «Samsung Galaxy» markalı telefonı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 23.01.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd “Acer” markalı notebook satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 23.01.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 141,4 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 23.01.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh 1 ədəd «“Acer” markalı notebooku iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 16.06.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə «Violetta» markalı yumşaq künc mebel əşyası satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 16.06.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 66 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 16.06.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh Violetta» markalı yumşaq künc mebel əşyasını iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 30.12.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə «Philips» markalı ütü fen və maşa satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 30.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 24,3 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 30.12.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh «Philips» markalı ütü fen və maşanı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 15.07.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********00264 olan “Samsung Galaxy” markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 15.07.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 153 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 15.07.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh 1 ədəd İMEİ kodu **********00264 olan “Samsung Galaxy” markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 05.12.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********82606 olan “Samsung Galaxy A50” markalı telefon, Power Bank və “X3” markalı qulaqlığı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 05.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 63 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 05.12.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh İMEİ kodu **********82606 olan “Samsung Galaxy A50” markalı telefon, Power Bank və “X3” markalı qulaqlığı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 08.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 756 manat olan İMEİ kodu **********82606 olan “Samsung Galaxy A50” markalı telefon, Power Bank və “X3” markalı qulaqlıq üçün ilkin ödənişsiz 494 manat ödəniş etmişdir. Cavabdehin 262 manat ödənilməmiş hissə və 75,6 manat cərimə olmaqla, cəmi 337,6 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 291,6 manat olan «Philips» markalı ütü fen və maşa üçün ilkin ödənişsiz 162,2 manat ödəniş etmişdir. Cavabdehin 129,4 manat ödənilməmiş hissə və 43,2 manat cərimə olmaqla, cəmi 172,6 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 1584 manat olan «Violetta» markalı yumşaq künc mebel əşyası üçün ilkin ödənişsiz 664 manat ödəniş etmişdir. Cavabdehin 920 manat ödənilməmiş hissə və 277,2 manat cərimə olmaqla, cəmi 1197,2 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 2347 manat olan «Samsung Galaxy» markalı telefon üçün ilkin ödəniş 199 manat olmaqla, 1094 manat ödəniş etmişdir. Cavabdehin 1253 manat ödənilməmiş hissə və 375,9 manat cərimə olmaqla, cəmi 1628,9 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 1764,8 manat olan «Acer» markalı notebook üçün ilkin ödəniş 68 manat olmaqla, 210 manat ödəniş etmişdir. Cavabdehin 1554,8 manat ödənilməmiş hissə və 466 manat cərimə olmaqla, cəmi 2020,8 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 2923 manat olan İMEİ kodu **********00264 olan “Samsung Galaxy” markalı telefon üçün ilkin ödəniş 68 manat olmaqla, 1340 manat ödəniş etmişdir. Cavabdehin 1583 manat ödənilməmiş hissə və 504,9 manat cərimə olmaqla, cəmi 2087,9 manat borcu qalmışdır. Ümumilikdə cavabdehin 5702,2 manat ödənilməmiş hissə və 1743 manat cərimə olmaqla, cəmi 7445 manat borcu qalmışdır. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 94,45 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 7445 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 5702,2 manatı tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 5702,2 manat əsas borc məbləğinə 1743 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 400 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 94,45 manat dövlət rüsumunun 50 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5702,2 manat ödənilməmiş hissə, 400 manat dəbbə pulu olmaqla, cəmi 6102 (altı min yüz iki) manat 20 (iyirmi) qəpik borc və 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-9149/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9149/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver