Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9161/2021 06.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.02.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı televizor üçün 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə pulu, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd Becha markalı seksiya üçün 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə pulu,11.09.2019-cu il tarixli müqaviləyə əsasən, ARİSTON markalı kombi, Eurogas markalı qaz requlyatoru, kombi stabilizator, Braun markalı blender və Becha markalı seksiya üçün 2242 (iki min iki yüz qırx iki) manat ödənilməmiş hissə, 224 (iki yüz iyirmi dörd) manat cərimə pulu, 10.07.2019-cu il tarixli müqaviləyə əsasən, SOFRAM markalı çaynik və Hascevher markalı tava üçün 110 (yüz on) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə pulu, 15.03.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd Hascevher markalı qazan üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə pulu, 06.06.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********87197 olan Huawei P Smart markalı telefon üçün 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə pulu, 24.09.2019-cu il tarixli müqaviləyə əsasən, THOMAS markalı tozsoran üçün 608 (altı yüz səkkiz) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə pulu, 11.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********67922 olan Samsung Galaxy markalı planşet üçün 390 (üç yüz doxsan) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə pulu, ümumilikdə 4679 manat borcun və 66.79 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 01.02.2019, 13.09.2019, 11.09.2019, 10.07.2019, 15.03.2019, 06.06.2019, 24.09.2019, 11.12.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ Kodları **********87197 olan Huawei P Smart və **********67922 olan Samsung Galaxy markalı planşet, Samsung markalı televizor, 3 ədəd Becha markalı seksiya, ARİSTON markalı kombi, Eurogas markalı qaz requlyatoru, kombi stabilizator, Braun markalı blender, SOFRAM markalı çaynik, Hascevher markalı 2 ədəd qazan, 1 ədəd tava və THOMAS markalı tozsoran almış və nəticədə mağazaya 4679 (dörd min altı yüz yetmiş doqquz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1299 (min iki yüz doxsan doqquz) manat (18 ay x 72 manat + 3 manat ilkin ödəniş) olan Samsung markalı televizor üçün ümumilikdə, 316 (üç yüz on altı) manat olmaqla ondan 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə pulu; 13.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 288 (iki yüz səksən səkkiz) manat (24 ay x 12 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Becha markalı seksiya üçün ümumilikdə, 250 (iki yüz əlli) manat olmaqla ondan 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə pulu; 11.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2832 (iki min səkkiz yüz otuz iki) manat (24 ay x 118 manat +0 manat ilkin ödəniş) olan ARİSTON markalı kombi, Eurogas markalı qaz requlyatoru, kombi stabilizator, Braun markalı blender və Becha markalı seksiya üçün ümumilikdə 2466 (iki min dördyüz altmış altı) manat olmaqla ondan 2242 (iki min iki yüz qırx iki) manat ödənilməmiş hissə, 224 (iki yüz iyirmi dörd) manat cərimə pulu; 10.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 180 (yüz səksən) manat (18 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan SOFRAM markalı çaynik və Hascevher markalı tava üçün ümumilikdə, 121 (yüz iyirmi bir) manat olmaqla ondan 110 (yüz on) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə pulu hesablanmışdır. 15.03.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 180 (yüz səksən) manat (18 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Hascevher markalı qazan üçün ümumilikdə 77 (yetmiş yeddi) manat olmaqla ondan 70 (yetmiş) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə pulu hesablanmışdır. 06.06.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (18 ay x 32 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********87197 olan Huawei P Smart markalı telefon üçün ümumilikdə 352 (üç yüz əlli iki) manat olmaqla ondan 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə pulu hesablanmışdır. 24.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 768 (yeddi yüz altmış səkkiz) manat (24 ay x 32 manat + 0 manat ilkin ödəniş) olan THOMAS markalı tozsoran üçün ümumilikdə 668 (altı yüz altmış səkkiz) manat olmaqla ondan 608 (altı yüz səkkiz) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə pulu hesablanmışdır. 11.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 416 (dörd yüz on altı) manat (16 ay x 26 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********67922 olan Samsung Galaxy markalı planşet üçün ümumilikdə 429 (dörd yüz iyirmi doqquz) manat olmaqla ondan 390 (üç yüz doxsan) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2283 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqviıu gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.02.2019-cu il tarixli, 00495076 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Samsung markalı televizor almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.09.2019-cu il tarixli, 00908909 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 2 ədəd Becha markalı seksiya almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.09.2019-cu il tarixli, 00904266 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ARİSTON markalı kombi, Eurogas markalı qaz requlyatoru, kombi stabilizator, Braun markalı blender və Becha markalı seksiya almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.07.2019-cu il tarixli, 00773070 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən SOFRAM markalı çaynik və Hascevher markalı tava almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.03.2019-cu il tarixli, 00563389 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 2 ədəd Hascevher markalı qazan almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06.06.2019-cu il tarixli, 00706134 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********87197 olan Huawei P Smart markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.09.2019-cu il tarixli, 00935176 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən THOMAS markalı tozsoran almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.12.2019-cu il tarixli, 01116850 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********67922 olan Samsung Galaxy markalı planşet almışdır. İş materiallarında olan 08.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə səkkiz müqavilə üzrə cəmi 4256 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan 17.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeha yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 01.02.2019, 13.09.2019, 11.09.2019, 10.07.2019, 15.03.2019, 06.06.2019, 24.09.2019, 11.12.2019-cu il tarixli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf hər bir müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mA 11arda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hA 11arı sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 4256 (288+228+2242+110+70+320+608+390) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 423 (28+22+224+11+7+32+60+39) manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 70 (5+5+20+3+1+6+20+10) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia qismən (təxminən 90% həcmində) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 66,79 (altmış altı manat yetmiş doqquz qəpik) manatın 60 manatı cavabdehdən alının iddiaçıya verilməli, 6,79 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 01.02.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı televizor üçün 288 (iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə pulu, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd Becha markalı seksiya üçün 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə pulu, 11.09.2019-cu il tarixli müqaviləyə əsasən, ARİSTON markalı kombi, Eurogas markalı qaz requlyatoru, kombi stabilizator, Braun markalı blender və Becha markalı seksiya üçün 2242 (iki min iki yüz qırx iki) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu, 10.07.2019-cu il tarixli müqaviləyə əsasən, SOFRAM markalı çaynik və Hascevher markalı tava üçün 110 (yüz on) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə pulu, 15.03.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd Hascevher markalı qazan üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə pulu, 06.06.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********87197 olan Huawei P Smart markalı telefon üçün 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə pulu, 24.09.2019-cu il tarixli müqaviləyə əsasən, THOMAS markalı tozsoran üçün 608 (altı yüz səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu ,11.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********67922 olan Samsung Galaxy markalı planşet üçün 390 (üç yüz doxsan) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə pulu, ümumilikdə 4326 (dörd min üç yüz iyirmi altı) manat borc və 60 (altmış) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-9161/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9161/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver