Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9172/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.12.2019-cu il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı Termopot üçün 49 (qırx doqquz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********00548 olan Samsung Galaxy A30s markalı telefon üçün 370 (üç yüz yetmiş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 12.06.2020-ci il tarixli müqaviləyə əsasən, SONY markalı PlayStation üçün 744.6 (yeddi yüz qırx dörd manat, altmış qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 17.12.2019-cu il tarixli müqaviləyə əsasən, SAMSUNG markalı tozsoran üçün 116.4 (yüz on altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 08.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********83903 olan Samsung Galaxy A30s markalı telefon və Samsung markalı qoruyucu üzlük üçün 541.6 (beş yüz qırx bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 29.12.2019-cu il tarixli müqaviləyə əsasən, Panasonic markalı trimmer və Philips markalı üz qırxan üçün 137.5 (yüz otuz yedi manat, əlli qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu olmaqla, 6 müqavilə üzrə ümumilikdə 1959 manat pul və 39.59 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 25.12.2019, 19.11.2019, 12.06.2020, 17.12.2019, 08.06.2020 və 29.12.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodları **********00548 və **********83903 olan 2 ədəd Samsung Galaxy АЗО markalı telefonlar, HOFFMANN markalı Termopot, SONY markalı PlayStation, SAMSUNG markalı tozsoran və qoruyucu üzlük, Panasonic markalı trimmer və Philips markalı üz qırxan almış, nəticədə 1959 (min doqquz yüz əlli doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 180 (yüz səksən) manat (12 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN markalı Termopot üçün ümumilikdə, 49 (qırx doqquz) manat olmaqla ondan, 49 (qırx doqquz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. 19.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 720 (yeddi yüz iyirmi) manat (18 ay x 40 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********00548 olan Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə 370 (üç yüz yetmiş) manat olmaqla ondan, 370 (üç yüz yetmiş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. 12.06.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1107.6 (min yüz yeddi manat, altmış qəpik) manat (18 ay x 53.2 manat + 150 manat ilkin ödəniş) SONY markalı PlayStation üçün ümumilikdə, 744.6 (yeddi yüz qırx dörd manat, altmış qəpik) manat olmaqla ondan, 744.6 (yeddi yüz qırx dörd manat, altmış qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. 17.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 320.4 (üç yüz iyirmi manat, qırx qəpik) (12 ay x 26.7 manat + 0 manat ilkin ödəniş) SAMSUNG markalı tozsoran üçün ümumilikdə, 116.4 (yüz on altı manat, qırx qəpik) manat olmaqla ondan, 116.4 (yüz on altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. 08.06.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 696.6 (altı yüz doxsan altı manat, altmış qəpik) manat (18 ay x 38.7 manat +0 manat ilkin ödəniş) İMEİ Kodu **********83903 olan Samsung Galaxy A30s markalı telefon və Samsung markalı qoruyucu üzlük üçün ümumilikdə, 541.5 (beş yüz qırx bir manat, əlli qəpik) manat olmaqla ondan, 541.6 (beş yüz qırx bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. 29.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 220.8 (iki yüz iyirmi manat, səksən qəpik) manat (12 ay x 18.4 manat+0 manat ilkin ödəniş) Panasonic markalı trimmer və Philips markalı üz qırxan üçün ümumilikdə, 137.5 (yüz otıız yedi manat, əlli qəpik) manat olmaqla ondan, 137.5 (yüz otuz yeddi manat, əlli qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1286.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan alqı-satqı müqavilələrindən görünür ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 25.12.2019, 19.11.2019, 12.06.2020, 17.12.2019, 08.06.2020 və 29.12.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodları **********00548 və **********83903 olan 2 ədəd Samsung Galaxy АЗО markalı telefonlar, HOFFMANN markalı Termopot, SONY markalı PlayStation, SAMSUNG markalı tozsoran və qoruyucu üzlük, Panasonic markalı trimmer və Philips markalı üz qırxan almış, nəticədə 1959 manat borc yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə, İMEİ Kodları **********00548 və **********83903 olan 2 ədəd Samsung Galaxy АЗО markalı telefonlar, HOFFMANN markalı Termopot, SONY markalı PlayStation, SAMSUNG markalı tozsoran və qoruyucu üzlük, Panasonic markalı trimmer və Philips markalı üz qırxan üçün 1959 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq pul ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 39.59 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İMEİ Kodları **********00548 və **********83903 olan 2 ədəd Samsung Galaxy АЗО markalı telefonlar, HOFFMANN markalı Termopot, SONY markalı PlayStation, SAMSUNG markalı tozsoran və qoruyucu üzlük, Panasonic markalı trimmer və Philips markalı üzqırxan üçün 1959 manat məbləğində pul və 39.59 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1998.59 manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İMEİ Kodları **********00548 və **********83903 olan 2 ədəd Samsung Galaxy АЗО markalı telefonlar, HOFFMANN markalı Termopot, SONY markalı PlayStation, SAMSUNG markalı tozsoran və qoruyucu üzlük, Panasonic markalı trimmer və Philips markalı üzqırxan üçün 1959 manat məbləğində pul və 39.59 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1998.59 manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-9172/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9172/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver