Məhkəmə qərarları › İş №2(060)-9179/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9179/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9179/2021 20.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 20 dekabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********01963 olan Samsung Galaxy A70 markalı telefon üçün 718.8 (yeddi yüz on səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 222.2 (iki yüz iyirmi iki manat iyirmi qəpik) manat dəbbə, 09.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********90486 olan Samsung Galaxy A50 markalı telefon üçün 424 (dörd yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 127 (yüz iyirmi yeddi) manat dəbbə, 30.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********53549 və **********05431 olan 2 ədəd X4 10 markalı telefon üçün 2610 (iki min altı yüz on) manat ödənilməmiş hissə, 780 (yeddi yüz səksən) manat dəbbə, 21.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********84704 olan Samsung Galaxy A50 markalı telefon 578 (beş yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 171 (yüz yetmiş bir) manat dəbbə, 18.02.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********81417 olan iPhone X markalı telefon üçün 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə, ümumilikdə 6086 manat borc, 80.86 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 29.12.2019-cu il, 09.10.2019-cu il, 30.12.2019-cu il, 21.12.2019-cu il və 18.02.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********01963 olan Samsung Galaxy A70 markalı telefon, İMEİ kodu **********90486 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ kodu **********53549 və **********05431 olan 2 ədəd X4 10 markalı telefon, İMEİ kodu **********84704 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ kodu **********81417 olan iPhone X markalı telefon almış və nəticədə mağazaya 6086 (altı min səksən altı) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 892.8 (səkkiz yüz doxsan iki manat səksən qəpik) manat (12 ay x 74.4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********01963 olan Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə, 941 (doqquz yüz qırx bir) manat olmaqla ondan, 718.8 (yeddi yüz on səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 222.2 (iki yüz iyirmi iki manat iyirmi qəpik) manat dəbbə; 09.10.2019cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 636 (altı yüz otuz altı) manat (12 ay x 53 manat + 6 manat ilkin ödəniş) olan İMEİ kodu **********90486 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 551 (beş yüz əlli bir) manat olmaqla ondan, 424 (dörd yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 127 (yüz iyirmi yeddi) manat dəbbə, 30.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2763 (iki min yeddi yüz altmış üç) manat (18 ay x 153.5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********53549 və **********05431 olan 2 ədəd X4 10 markalı telefon üçün ümumilikdə, 3390 (üç min üç yüz doxsan) manat olmaqla ondan, 2610 (iki min altı yüz on) manat ödənilməmiş hissə, 780 (yeddi yüz səksən) manat dəbbə, 21.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat (12 ayx 52.5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********84704 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 749 (yeddi yüz qırx doqquz) manat olmaqla ondan, 578 (beş yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 171 (yüz yetmiş bir) manat dəbbə, 18.02.2019cu il tarixli alqı-satqı qiyməti 2520 (iki min beş yüz iyirmi) manat (12 ay x 420 manat ilkin ödəniş) olan İMEİ kodu **********81417 markalı telefon üçün ümumilikdə, 455 (dörd yüz əlli beş) manat olmaqla ondan, 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2761 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Ona görə də iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə bağlı bildirdi ki, iddia tələbini qəbul edir. Həqiqətən də, onunla "xxxx" MMC arasında beş müqavilə bağlanmış və o, müəyyən avadanlıqlar almışdır. İşsizliyi ilə əlaqədar ödəniş edə bilməmişdir. Hazırda müəyyən problemlərə görə işə düzələ bilmir. Ondan tələb olunan pulu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Hazırda hər ay 50 manat ödəyə bilər. İşə düzələcəyi təqdirdə hər ay 100-150 manat ödəniş edəcək. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli, 01172350 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********01963 olan Samsung Galaxy A70 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.10.2019-cu il tarixli, 00969799 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********90486 olan Samsung Galaxy A50 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il tarixli, 01177035 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********53549 və **********05431 olan X4 10 və Samsung Galaxy A10 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.12.2019-cu il tarixli, 01145524 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********84704 olan Samsung Galaxy A50 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.02.2019-cu il tarixli, 00522332 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********81417 olan iPhone X markalı telefon almışdır. İş materiallarında olan 08.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh"xxxx" MMC-yə müqavilələr üzrə 4680,8 manat ödənilməmiş hissə və 1405,2 manat dəbbə pulu olmaqla, cəmi 6086 manat məbləğində borcu vardır. İşdə olan 21.10.2020-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 29.12.2019-cu il tarixli, 01172350 nömrəli , 09.10.2019-cu il tarixli, 00969799 nömrəli, 30.12.2019-cu il tarixli, 01177035 nömrəli, 21.12.2019-cu il tarixli, 01145524 nömrəli, 18.02.2019-cu il tarixli, 00522332 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 4680,8 (718,8+424+2610+578+350) manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 1405,2 (222,2+127+780+171+105) manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 200 (50+20+100+20+10) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 80,86 manat dövlət rusumunun 65 manatı cavabdehdən tutulmalı, 15,86 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 29.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********01963 olan Samsung Galaxy A70 markalı telefon üçün 718.80 (yeddi yüz on səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə, 09.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********90486 olan Samsung Galaxy A50 markalı telefon üçün 424 (dörd yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, 30.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********53549 və **********05431 olan 2 ədəd Samsung Galaxy markalı telefon üçün 2610 (iki min altı yüz on) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə, 21.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********84704 olan Samsung Galaxy A50 markalı telefon 578 (beş yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, 18.02.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********81417 olan iPhone X markalı telefon üçün 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə olmaqla, ümumilikdə 4880,80 (dörd min səkkiz yüz səksən manat səksən qəpik) manat borc, 65 (altmış beş) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar