Məhkəmə qərarları › İş №2(060)-9184/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9184/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9184/2021 20.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 07.08.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı televizor üçün 166.2 (yüz altmış altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat dəbbə pulu; 27.07.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd SONY markalı PLAYSTATİON üçün 1415.2 (min dörd yüz on beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 424.8 (dörd yüz iyirmi dörd manat, səksən qəpik) manat dəbbə pulu; 31.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********32590 olan Samsung galaxy A10 markalı telefon üçün 174.3 (yüz yetmiş dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 52.5 (əlli iki manat, əlli qəpik) manat dəbbə pulu; 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Power Bank üçün 10.8 (on manat, səksən qəpik) manat ödənilməmiş hissə, 3.3 (üçmanat, otuz qəpik) manat dəbbə pulu hesablanmışdır. 29.03.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********33853 olan Xiaomi Mi A2 markalı telefon üçün 287.9 (iki yüz səksən yeddi manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 86.4 (səksən altı manat, qırx qəpik) manat dəbbə pulu hesablanmışdır. 12.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********87981 olan Samsung Galaxy A20 markalı telefon üçün 167.4 (yüz altmış yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 50.4 (əlli manat, qırx qəpik) manat dəbbə pulu hesablanmışdır. 20.09.2018-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı seksiya üçün 60 (altmış) manat ödənilməmiş hissə, 144 (yüz qırx dörd) manat dəbbə pulu hesablanmışdır. 10.05.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd HOFFMANN markalı televizor üçün 543.6 (beş yüz qırx üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 163,2 (yüz altmış üç manat, iyirmi qəpik) manat dəbbə pulu hesablanmışdır. 05.09.2019cu il tarixli müqaviləsinə əsasən, SONY markalı PLAYSTATİON və PANASONİC DECT markalı ev telefonu üçün 879.3 (səkkiz yüz yetmiş doqquz manat, otuz qəpik) manat ödənilməmiş hissə, 264 (iki yüz altmış dörd) manat dəbbə pulu hesablanmışdır. 06.07.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd SONY markalı PLAYSTATİON üçün 1013.5 (min on üç manat, əlli qəpik) manat ödənilməmiş hissə, 304,2 (üç yüz dörd manat, iyirmi qəpik) manat dəbbə pulu hesablanmışdır. ümumilikdə, 6282 manat borc və 82.82 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, 25.08.2019, 29.03.2019, 12.09.2019, 20.09.2018, 10.05.2019, 05.09.2019 və 06.07.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən İMEİ Kodları **********32590 olan Samsung galaxy A10, **********33853 olan Xiaomi Mi A2 və **********87981 olan Samsung Galaxy A20 markalı telefonlar, 3 ədəd HOFFMANN markalı televizor və seksiya, 5 ədəd SONY markalı PLAYSTATİON, Power Bank və PANASONİC DECT markalı ev telefonu müqavilələrinə əsasən almış və nəticədə 6282 (altı min iki yüz səksən iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1287 (min iki yüz səksən yeddi) manat (11 ay x 117 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN markalı televizor üçün ümumilikdə, 236.4 (iki yüz otuz altı manat, qırx qəpik) manat olmaqla ondan 166.2 (yüz altmış altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat dəbbə pulu; 27.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2124 (iki min yüz iyirmi dörd) manat (18 ay x 118 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd SONY markalı PLAYSTATİON üçün ümumilikdə, 1840 (min səkkiz yüz qırx) manat olmaqla ondan 1415.2 (min dörd yüz on beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 424.8 (dördyüz iyirmi dörd manat, səksən qəpik) manat dəbbə pulu; 31.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 300 (üç yüz) manat (12 ay x 25 manat +0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********32590 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 226.8 (iki yüz iyirmi altı manat, səksən qəpik) manat olmaqla ondan 174.3 (yüz yetmiş dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 52.5 (əlli iki manat, əlli qəpik) manat dəbbə pulu; 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 66 (altmış altı) manat (6 ay x 11 manat + 0 manat ilkin ödəniş) olan Power Bank üçün ümumilikdə, 14.1 (on dörd manat, on qəpik) manat olmaqla ondan 10.8 (on manat, səksən qəpik) manat ödənilməmiş hissə, 3.3 (üç manat, otuz qəpik) manat dəbbə pulu hesablanmışdır. 29.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 660 (altı yüz altmış) manat (18ay x 36 manat + 12 manat ilkin ödəniş) olan İMEİ Kodu **********33853 olan Xiaomi Mi A2 markalı telefon üçün ümumilikdə, 374.3 (üç yüz yetmiş dörd manat, otuz qəpik) manat olmaqla ondan 287.9 (iki yüz səksən yeddi manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 86.4 (səksən altı manat, qırx qəpik) manat dəbbə pulu hesablanmışdır. 12.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 421 (dördyüz iyirmi bir) manat (12 ay x 21 manat + 169 manat ilkin ödəniş) olan İMEİ Kodu **********87981 olan Samsung Galaxy A20 markalı telefon üçün ümumilikdə, 217.8 (iki yüz on yeddi manat, səksən qəpik) manat olmaqla ondan 167.4 (yüz altmış yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 50.4 (əlli manat, qırx qəpik) manat dəbbə pulu hesablanmışdır. 20.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 540 (beş yüz qırx) manat (18 ay x 30 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN markalı seksiya üçün ümumilikdə, 204 (ikiyüz dörd) manat olmaqla ondan 60 (altmış) manat ödənilməmiş hissə, 144 (yüz qırx dörd) manat dəbbə pulu hesablanmışdır. 10.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 816 (səkkiz yüz on altı) manat (24 ay x 34 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd HOFFMANN markalı televizor üçün ümumilikdə, 706.8 (yeddi yüz altı manat, səksən qəpik) manat olmaqla ondan 543.6 (beş yüz qırx üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 163.2 (yüz altmış üç manat, iyirmi qəpik) manat dəbbə pulu hesablanmışdır. 05.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1320 (min üç yüz iyirmi) manat (12 ay x 110 manat + 0 manat ilkin ödəniş) olan SONY markalı PLAYSTATİON və PANASONİC DECT markalı ev telefonu üçün ümumilikdə, 1143.3 (min yüz qırx üç manat, otuz qəpik) manat olmaqla ondan 879.3 (səkkiz yüz yetmiş doqquz manat, otuz qəpik) manat ödənilməmiş hissə, 264 (iki yüz altmış dörd) manat dəbbə pulu hesablanmışdır. 06.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1582 (min beş yüz səksən iki) manat (19 ay x 78 manat + 100 manat ilkin ödəniş) olan 2 ədəd SONY markalı PLAYSTATİON üçün ümumilikdə, 1317.7 (min üç yüz on yeddi manat, yetmiş qəpik) manat olmaqla ondan 1013.5 (min on üç manat, əlli qəpik) manat ödənilməmiş hissə, 304.2 (üç yüz dörd manat, iyirmi qəpik) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4397.8 manat təşkil edir. Cavabdehin 20.09.2018-ci il müqaviləsi üzrə sonuncu ödəniş tarixi 18.02.2020-ci ildir. Göstərilənləri nəzərə alaraq, 07.08.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı televizor üçün 166.2 (yüz altmış altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat dəbbə pulu; 27.07.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd SONY markalı PLAYSTATİON üçün 1415.2 (min dörd yüz on beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 424.8 (dörd yüz iyirmi dörd manat, səksən qəpik) manat dəbbə pulu; 31.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********32590 olan Samsung galaxy A10 markalı telefon üçün 174.3 (yüz yetmiş dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 52.5 (əlli iki manat, əlli qəpik) manat dəbbə pulu; 25.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Power Bank üçün 10.8 (on manat, səksən qəpik) manat ödənilməmiş hissə, 3.3 (üçmanat, otuz qəpik) manat dəbbə pulu hesablanmışdır. 29.03.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********33853 olan Xiaomi Mi A2 markalı telefon üçün 287.9 (iki yüz səksən yeddi manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 86.4 (səksən altı manat, qırx qəpik) manat dəbbə pulu hesablanmışdır. 12.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********87981 olan Samsung Galaxy A20 markalı telefon üçün 167.4 (yüz altmış yeddi manat, qırx qəpik) manat ödənilməmiş hissə, 50.4 (əlli manat, qırx qəpik) manat dəbbə pulu hesablanmışdır. 20.09.2018-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı seksiya üçün 60 (altmış) manat ödənilməmiş hissə, 144 (yüz qırx dörd) manat dəbbə pulu hesablanmışdır. 10.05.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd HOFFMANN markalı televizor üçün 543.6 (beş yüz qırx üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 163,2 (yüz altmış üç manat, iyirmi qəpik) manat dəbbə pulu hesablanmışdır. 05.09.2019-cu il tarixli müqaviləsinə əsasən, SONY markalı PLAYSTATİON və PANASONİC DECT markalı ev telefonu üçün 879.3 (səkkiz yüz yetmiş doqquz manat, otuz qəpik) manat ödənilməmiş hissə, 264 (iki yüz altmış dörd) manat dəbbə pulu hesablanmışdır. 06.07.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd SONY markalı PLAYSTATİON üçün 1013.5 (min on üç manat, əlli qəpik) manat ödənilməmiş hissə, 304,2 (üç yüz dörd manat, iyirmi qəpik) manat dəbbə pulu hesablanmışdır. ümumilikdə, 6282 manat borc və 82.82 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh oğlu qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbayçan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İşə əlavə edilmiş 06.07.2019-ci il tarixli № 00763593 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 06.07.2019-cu il tarixdə 00763593 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 1582 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 05.09.2019-cu il tarixli № 00890134 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 05.09.2019-cu il tarixdə 00890134 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 1320 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 10.05.2019-cu il tarixli № 00654710 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 10.05.2019-cu il tarixdə 00654710 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 816 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 20.09.2018-ci il tarixli № 00303592 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 20.09.2018-ci il tarixdə 00303592 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 540 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 12.09.2019-cu il tarixli № 00906464 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 12.09.2019-cu il tarixdə 00906464 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 421 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 29.03.2019-cu il tarixli № 00588911 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 29.03.2019-cu il tarixdə 00588911 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 660 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 25.08.2019-cu il tarixli № 00868902 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 25.08.2019-cu il tarixdə 00868902 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 66 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 29.03.2019-cu il tarixli № 00588911 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 29.03.2019-cu il tarixdə 00588911 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 660 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 31.08.2019-cu il tarixli № 00879110 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 31.08.2019-cu il tarixdə 00879110 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 300 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 27.07.2019-cu il tarixli № 00807801 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 27.07.2019-cu il tarixdə 00807801 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 2124 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 07.08.2019-cu il tarixli № 00830402 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 07.08.2019-cu il tarixdə 00830402 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 1287 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 08.10.2021-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 25.08.2019, 29.03.2019, 12.09.2019, 20.09.2018, 10.05.2019, 05.09.2019 və 06.07.2019-cu il tarixli müqavilələr cəmiyyətə olan borcu əsas borcu üzrə 4718,2 manat, dəbbə borcu üzrə 1563,8 manat, ümumilikdə 6282 manat ödənilməmiş hissə təşkil edir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22/3, mənzil 26-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 25.08.2019, 29.03.2019, 12.09.2019, 20.09.2018, 10.05.2019, 05.09.2019 və 06.07.2019-cu il tarixindəki müqavilələr üzrə icra edilməmiş borc olaraq əsas borc üzrə 4718,2 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmə Cavabdeh 4718 (dörd min yeddi yüz on səkkiz) manat 20 (iyirmi) qəpik əsas borc, 98 (doxsan səkkiz) manat 30 (otuz) qəpik dəbbə pulu olmaqla, ümumilikdə 4816 (dörd min səkkiz yüz on altı) manat 50 (əlli) qəpik məbləğində borc və 82 (səksən iki) manat 82 (səksən iki) qəpik ödənilməmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4718 (dörd min yeddi yüz on səkkiz) manat 20 (iyirmi) qəpik əsas borc, 98 (doxsan səkkiz) manat 30 (otuz) qəpik dəbbə pulu olmaqla, ümumilikdə 4816 (dörd min səkkiz yüz on altı) manat 50 (əlli) qəpik məbləğində borc və 82 (səksən iki) manat 82 (səksən iki) qəpik ödənilməmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar