Məhkəmə qərarları › İş №2(060)-9185/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9185/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9185/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra Bank) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 770 (yeddi yüz yetmiş) ABŞ dollar 32 (otuz iki) sent əsas, 118 (bir yüz on səkkiz) ABŞ dolları 40 (qırx) sent faiz və 44 (qırx dörd) ABŞ dolları 52 (əlli iki) sent cərimə olmaqla, cəmi 933 (doqquz yüz otuz üç) ABŞ dolları 24 (iyirmi dörd) sent borcun və tərəflərindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10.11.2016-cı il tarixli məhkəmə əmrinə əsasən, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, borclu Cavabdeh2 (ünvanı: Sumqayıt şəhəri, 12-ci mkr, ev 8, mənzil 15) və 06.04.1966-cı ildə Bakı şəhərində anadan olmuş borclu Cavabdeh1 (ünvanı: ünvan 3) əsas borc üzrə 770,32 ABŞ dolları, faiz borcu 118,40 ABŞ dolları, cərimə borcu 44,52 ABŞ dolları, cəmi 933,24 ABŞ dolları, ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla və 20 manat ödənilmiş dövlət rüsumunun kreditor İddiaçı ASC-nin (ünvan: ünvan 4lmışdır. Cavabdeh1 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 10.11.2016-cı il tarixli məhkəmə əmrinin ləğvinə dair 08.10.2021-ci il tarixli etiraz ərizəsi verilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 22.10.2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 10.11.2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş və mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra Bank) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 09 sentyabr 2015-ci il tarixli, 106.LN.2102.09.0915.00002 saylı kredit müqaviləsinə, 09 sentyabr 2015-ci il tarixli 106.CL.090915.00002/B saylı zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 479 (dörd yüz yetmiş doqquz) ABŞ dolları əsas, 74 (yetmiş dörd) ABŞ dolları faiz, 90 (doxsan) ABŞ dolları cərimə, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 132 ABŞ dolları faiz borcu olmaqla, cəmi 775 (yeddi yüz yetmiş beş) ABŞ dolları borcun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək göstərdi ki, 09 sentyabr 2015-ci il tarixli 106.LN.2102.090915.00002 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 23 faizlə 12 ay müddətinə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 08 sentyabr 2016-cı il tarixə Cavabdeh1 banka kredit müqaviləsi üzrə 479 (dörd yüz yetmiş doqquz) ABŞ dolları əsas, 74 (yetmiş dörd) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 132 ABŞ dolları faiz borcu olmaqla, cəmi 775 (yeddi yüz yetmiş beş) ABŞ dolları borcu vardır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 ödənişlər üzrə gecikdirilmələri aradan qaldırılmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Göstərilənləri nəzərə alaraq, 09 sentyabr 2015-ci il tarixli, 106.LN.2102.09.0915.00002 saylı kredit müqaviləsinə, 09 sentyabr 2015-ci il tarixli 106.CL.090915.00002/B saylı zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 479 (dörd yüz yetmiş doqquz) ABŞ dolları əsas, 74 (yetmiş dörd) ABŞ dolları faiz, 90 (doxsan) ABŞ dolları cərimə, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 132 ABŞ dolları faiz borcu olmaqla, cəmi 775 (yeddi yüz yetmiş beş) ABŞ dolları borcun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının tələbini əsassız və qanunsuz hesab edir. Belə ki, 09.09.2015-ci il tarixli, 106.LN.2102.090915.00002 saylı kredit müqaviləsinə əsasən 1000 ABŞ dolları götürmüşdür. Həmin kredit məbləğini vaxtı vaxtında ödəyirdi. Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentin Fərmanı imzalamışdır. Fərmana əsasən Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf, yaşayış səviyyəsinin yaxşılaşdırılması göstərilmişdir. 2019-cu ilin oktyabr ayında 09.09.2015-ci il tarixli, 106.LN.2102.090915.00002 saylı kredit müqaviləsinə 1 saylı əlavə olunmuşdur. Həmin məbləğ manatla əvəz olunmuşdur. Ona verilən cədvəl üzrə də vaxtında ödənişlərini etmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında 09 sentyabr 2015-ci il tarixdə bağlanmış 106.LN.2102.090915.00002 saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 12 ay müddətinə illik 23% olmaqla 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 09 sentyabr 2015-ci il tarixdə bağlanmış 106.LN.090915.00002/b saylı Zaminlik müqaviləsindən görünür ki, 09.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) Cavabdeh2 ilə İddiaçı ASC-nin “Sumqayıt” filialı arasında 09 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən 09 sentyabr 2015-ci il 01 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İş materiallarında olan İddiaçı ASC-nin ləğvedicisi ƏSF tərəfindən verilmiş 30.11.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 09.09.2015-ci il tarixli 106.LN.2102.090915.00002 saylı kredit müqaviləsi üzrə 24 noyabr 2021-ci il tarixinə 479 (dörd yüz yetmiş doqquz) ABŞ dolları əsas, 74 (yetmiş dörd) ABŞ dolları faiz, 90 (doxsan) ABŞ dolları cərimə, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 132 ABŞ dolları faiz borcu olmaqla, cəmi 775 (yeddi yüz yetmiş beş) ABŞ dolları məbləğində borc təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 07.09.2016-cı il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh1 Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, “V” Y/S, ev 2, mənzil 95-də qeydiyyatdadır. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin 07.09.2016-cı il tarixli arayışın surətindən müəyyən edilir ki, Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci m/rayon, ev 8, mənzil 15-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında əsas borc üzrə 479 (dörd yüz yetmiş doqquz) ABŞ dolları əsas, 74 (yetmiş dörd) ABŞ dolları faiz, 90 (doxsan) ABŞ dolları cərimə, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 132 ABŞ dolları faiz borcu olmaqla, cəmi 775 (yeddi yüz yetmiş beş) ABŞ dolları məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinin tələbinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə mürtaciət edildiyi zaman işin əmr icraatı qaydasında baxılması ilə əlaqədar 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Şərh edilənləri və cavabdehlərin əmlak mənafelərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09.09.2015-ci il tarixli, 106.LN.2102.090915.00002 saylı kredit müqaviləsi üzrə 30.11.2021-ci il tarixinə 479 (dörd yüz yetmiş doqquz) ABŞ dolları əsas, 74 (yetmiş dörd) ABŞ dolları faiz, 5 (beş) ABŞ dolları cərimə, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 132 ABŞ dolları faiz borcu olmaqla, cəmi 690 (altı yüz doxsan) ABŞ dolları məbləğində pul vəsaitin ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xeyrinə tutulmalı və dövlət büdcəsinə ödənilməmiş qalan 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq müvafiq olaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09.09.2015-ci il tarixli, 106.LN.2102.090915.00002 saylı kredit müqaviləsi üzrə 30.11.2021-ci il tarixinə 479 (dörd yüz yetmiş doqquz) ABŞ dolları əsas, 74 (yetmiş dörd) ABŞ dolları faiz, 5 (beş) ABŞ dolları cərimə, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 132 ABŞ dolları faiz borcu olmaqla, cəmi 690 (altı yüz doxsan) ABŞ dolları məbləğində pul vəsaitin ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək ödənilməmiş qalan 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar