Məhkəmə qərarları › İş №2(060)-9192/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9192/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9192/2021 20.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, kredit borcun tutulması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 25 oktyabr 2019-cu il tarixli SUMG1-9229-2156 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə 696 (altı yüz doxsan altı) manat 51 (əlli bir) qəpik əsas borcu, 3 (üç) manat 85 (səksən beş) qəpik cari faiz borcu olmaqla, cəmi 700 (yeddi yüz) manat 36 (otuz altı) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" bank olmayan kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında imzalanmış 25.10.2019-cu il tarixli SUMG1-9229- 2156 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 734,17 (yeddi yüz otuz dörd) manat 17 (on yeddi) qəpik məbləğində güzəştli kredit vermişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 arasında 25 oktyabr 2019-cu il tarixli SUMG1-9229-2156+SUMG1-9233 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən ilk 12 (on iki) ay ərzində hər ay 1.00 (bir) manat, növbəti 48 (qırx səkkiz) ay ərzində isə hər ay 15,60 (on beş manat altmış qəpik) manat ödəniş etməli idi. Lakin borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Beləliklə, 18 oktyabr 2021-ci il tarixi üçün Cavabdeh1 25 oktyabr 2019-cu il tarixli SUMG1-9229-2156-2156 saylı Kredit (Resturkturizasiya) müqaviləsi üzrə 696,51 manat əsas borcu, 3,85 manat cari faiz borcu olmaqla, cəmi 700,36 manat borcu movcuddur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 ilə bağlanmış 25 oktyabr 2019-cu il tarixli SUMG1-9229-2156 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə 696 (altı yüz doxsan altı) manat 51 (əlli bir) qəpik əsas borcu, 3 (üç) manat 85 (səksən beş) qəpik cari faiz borcu olmaqla, cəmi 700 (yeddi yüz) manat 36 (otuz altı) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasına dair qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdilər. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirdib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25.10.2019-cu il tarixli № SUMG1-9229-2156 saylı “Kredit (Restrukturizasiya) Müqaviləsi”nin surətindən görünür ki, "xxxx" bank olmayan kredit X2 cəmiyyəti tərəfindən Cavabdeh1 illik 1% faiz dərəcəsi ilə 60 ay müddətinə 734,17 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 25.10.2019-cu il tarixli № SUMG1-9229-2156+SUMG1-9233 saylı “Zaminlik Müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh2 25.10.2019-cu il tarixli № SUMG1-9229-2156 saylı “Kredit (Restrukturizasiya) Müqaviləsi” üzrə öhdəlik olaraq Cavabdeh1 zamin durmuşdur. İş materiallarında olan 25.10.2019-cu il tarixli № SUMG1-9229-2156 saylı “Kredit (Restrukturizasiya) Müqaviləsi” üzrə kreditin qaytarılma qrafikindən (ödəniş cədvəli) görünür ki, Cavabdeh1 verilmiş kreditin 29.10.2019-cu il tarixdən 29.10.2024-cü il tarixədək kreditin əsas məbləğinin ödənişi faiz daxil olmaqla 756,58 manat təşkil edir. İş materiallarında olan "xxxx" BOKT MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 25.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 18.10.2021-ci il tarixə ödənilməmiş əsas borcu 696,51 manat, faiz üzrə 3,85 manat və cərimə üzrə 0.00 manat, cəmi 700,36 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 16.09.2021-ci il tarixli arayışlarından müəyyən edilir ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca içra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli SUMG1-9229-2156 saylı Kredit (Restrukturizasiya) müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 696 (altı yüz doxsan altı) manat 51 (əlli bir) qəpik əsas borc, 3 (üç) manat 85 (səksən beş) qəpik cari faiz borcu olmaqla, cəmi 700 (yeddi yüz) manat 36 (otuz altı) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli SUMG1-9229-2156 saylı Kredit (Restrukturizasiya) müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 696 (altı yüz doxsan altı) manat 51 (əlli bir) qəpik əsas borc, 3 (üç) manat 85 (səksən beş) qəpik cari faiz borcu olmaqla, cəmi 700 (yeddi yüz) manat 36 (otuz altı) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar