Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-920/2022 18.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx"MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qızına qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 24.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********77199 olan Samsung galaxy A10 markalı telefon üçün 237 (iki yüz otuz yeddi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 20.06.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********39666 olan Xiaomi Redmi 8markalı telefon üçün 364 (üç yüz altmış dörd)nıanat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 08.02.2020-ci il tarixli müqaviləyə əsasən LG markalı televizor və Yupiter markalı kronşteyn üçün 857 (səkkiz yüz əlli yeddi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 1458 manat borc və 34, 58 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "ABC TELECOM” MMC ilə 24.01.2020, 20.06.2020 və 08.02.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ Kodları **********77199 olan Samsung galaxy A10, **********39666 olan Xiaomi Redmi 8 markalı telefonlar, LG markalı televizor və Yupiter markalı kronşteyn almış və nəticədə 1458 (min dörd yüz əlli səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 397, 8 (üç yüz doxsan yeddi manat, səksən qəpik) manat (18 ay x 22,1 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********77199 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 237 (iki yüz otuz yeddi) manat olmaqla ondan 237 (iki yüz otuz yeddi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 20.06.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 524, 6 (beş yüz iyirmi dörd manat, altmış qəpik) manat (12 ay x 42,3 manat + 17 manat ilkin ödəniş) İMEİ Kodu **********39666 olan Xiaomi Redmi 8markalı telefon üçün ümumilikdə 364 (üç yüz altmış dörd) manat olmaqla ondan 364 (üç yüz altmış dörd)manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 08.02.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1195,2 (min yüz doxsan beş manat, iyirmi qəpik) manat (24 ay x 49,8 manat + 0 manat ilkin ödəniş) LG markalı televizor və Yupiter markalı kronşteyn üçün ümumilikdə 857 (səkkiz yüz əlli yeddi) manat olmaqla ondan 857 (səkkiz yüz əlli yeddi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 659,6 manat təşkil edir. Cavabdeh qızına iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh qızı arasında bağlanmış 24.01.2020-ci il tarixli 20056591 saylı müqavilədən görünür ki, Cavabdeh qızı ümumi dəyəri 397, 8 (üç yüz doxsan yeddi manat, səksən qəpik) manat İMEİ Kodu **********77199 olan Samsung galaxy A10 markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh qızı arasında bağlanmış 08.02.2020-ci il tarixli 20086404 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1195,2 (min yüz doxsan beş manat, iyirmi qəpik) manat olan LG markalı televizor və Yupiter markalı kronşteyn almışdır. - "xxxx" MMC ilə Cavabdeh qızı arasında bağlanmış 20.06.2020-ci il tarixli 20362897 saylı müqavilədən görünür ki, Cavabdeh qızı ümumi dəyəri 524, 6 (beş yüz iyirmi dörd manat, altmış qəpik) manat (12 ay x 42,3 manat + 17 manat ilkin ödəniş) İMEİ Kodu **********39666 olan Xiaomi Redmi 8markalı telefon almışdır. -24.01.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********77199 olan Samsung galaxy A10 markalı telefon Cavabdeh qızına təhvil verilmişdir. -08.02.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, LG markalı televizor və Yupiter markalı kronşteyn Cavabdeh qızına təhvil verilmişdir. - 20.06.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********39666 olan Xiaomi Redmi 8markalı telefon Cavabdeh qızına təhvil verilmişdir. -ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 22,1 manat olmaqla, İMEİ Kodu **********77199 olan Samsung galaxy A10 markalı telefon, 24 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 49,8 manat olmaqla LG markalı televizor və Yupiter markalı kronşteyn, 12 ay müddətinə, ilkin 17 manat ödənişlə, aylıq ödəniş 42,3 manat olmaqla İMEİ Kodu **********39666 olan Xiaomi Redmi 8markalı telefon almış və 659,6 manat ödəniş etmişdir. -"xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh qızı"xxxx"MMC ilə bağlanmış 24.01.2020-ci il, 08.02.2020-ci il və 20.06.2020-ci il tarixli müqavilələrə əsasən alınan malların 2117,6 manat olan ümumi dəyərindən cəmi 659,6 manat ödəniş etmiş və nəticədə 1458 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 631.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh qızı arasında bağlanmış 24.01.2020-ci il, 08.02.2020-ci il və 20.06.2020-ci il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 2117,6 manat ümumi dəyərindən cəmi 659,6 manat ödəniş etmiş və nəticədə 1458 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 34,58 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. 24.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********77199 olan Samsung galaxy A10 markalı telefon üçün 237 (iki yüz otuz yeddi) manat ödənilməmiş hissə, 20.06.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********39666 olan Xiaomi Redmi 8 markalı telefon üçün 364 (üç yüz altmış dörd) manat ödənilməmiş hissə, 08.02.2020-ci il tarixli müqaviləyə əsasən LG markalı televizor və Yupiter markalı kronşteyn üçün 857 (səkkiz yüz əlli yeddi) manat ödənilməmiş hissə, ümumilikdə 1458 manat borc və 34, 58 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsindən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-920/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-920/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver