Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9216/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında 13 dekabr 2021-ci il tarixdə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********61611 olan Samsung Galaxy A51 markalı telefon üçün 273.8 (iki yüz yetmiş üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 16.04.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı televizor üçün 183.2 (yüz səksən üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 04.04.2019-cu il tarixli müqaviləyə əsasən, TOSHİBA markalı kondisioner üçün 472 (dörd yüz yetmiş iki) manat ödənilməmiş hissə, 04.04.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********46344 olan Samsung Galaxy A50 markalı telefon üçün 184 (yüz səksən dörd) manat ödənilməmiş hissə,11.11.2019-cu il tarixli müqaviləyə əsasən, Panasonic markalı ətçəkən üçün 130 (yüz otuz) manat ödənilməmiş hissə, 01.06.2019-cu il tarixli müqaviləyə əsasən, Smart Segway üçün 89 (səksən doqquz) manat ödənilməmiş hissə, 12.12.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd Simple markalı çalışma masası, Walnut stul və Adona markalı jurnal masası üçün 1063 (min altmış üç) manat ödənilməmiş hissə, ümumilikdə 2395 manat borc və 43.95 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 04.03.2020, 16.04.2019, 04.04.2019, 04.04.2019, 11.11.2019, 01.06.2019 və 12.12.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ Kodları **********61611 olan Samsung Galaxy A51 və **********46344 olan Samsung Galaxy A50 markalı telefonlar, Samsung markalı televizor, Smart Segway, TOSHİBA markalı kondisioner, Panasonic markalı ətçəkən, 2 ədəd Simple markalı çalışma masası, Walnut stul və Adona markalı jurnal masası almış və nəticədə mağazaya 2395 (iki min üç yüz doxsan beş) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 928.8 (doqquz yüz iyirmi səkkiz manat, səksən qəpik) manat (18 ay x 51.6 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********61611 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 273.8 (iki yüz yetmiş iiç manat, səksən qəpik) manat olmaqla ondan 273.8 (iki yüz yetmiş üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; 16.04.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1674 (min altı yüz yetmiş dörd) manat (18 ay x 93 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı televizor üçün ümumilikdə, 183.2 (yüz səksən üç manat, iyirmi qəpik) manat olmaqla ondan 183.2 (yüz səksən üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; 04.04.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1170 (imin yüz yetmiş) manat (18 ay x 65 manat +0 manat ilkin ödəniş) olan TOSHİBA markalı kondisioner üçün ümumilikdə 472 (dörd yüz yetmiş iki) manat olmaqla ondan 472 (dörd yüz yetmiş iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; 04.04.2019-cu il tarixli müqavibsinə əsasən, alqı-satqı qiyməti 912 (doqquz yüz on iki) manat (16 ay x 57 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********46344 olan Samsung Galaxy A50 nıarkalı telefon üçün ümumilikdə 184 (yüz səksən dörd) manat olmaqla ondan 184 (yüz səksən dörd) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; 11.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 288 (iki yüz səksən səkkiz) manat (12 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan Panasonic markalı ətçəkən üçün ümumilikdə 130 (yüz otuz) manat olmaqla ondan 130 (yüz otuz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; 01.06.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 480 (dörd yüz səksən) manat (15 ay x 32 manat + 0 manat ilkin ödəniş) olan Smart Segway üçün ümumilikdə 89 (səksən doqquz) manat olmaqla ondan 89 (səksən doqquz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; 12.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1224 (min iki yüz iyirmi dörd) manat (20 ay x 61 manat + 4 manat ilkin ödəniş) olan 2 ədəd Simple markalı çalışma masası, Walnut stul və Adona markalı jurnal masası üçün ümumilikdə 1063 (min altmış üç) manat olmaqla ondan 1063 (min altmış üç) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4281.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.03.2020-ci il tarixli, 20142773 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********61611 olan Samsung Galaxy A51 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.04.2019-cu il tarixli, 00616738 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Samsung markalı televizor almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.04.2019-cu il tarixli, 00597717 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********46344 olan Samsung Galaxy A50 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.04.2019-cu il tarixli, 00597744 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən TOSHİBA markalı kondisioner almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.11.2019-cu il tarixli, 01042859 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Panasonic markalı ətçəkən almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.06.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən X1 BT almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.12.2019-cu il tarixli, 01120183 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 2 ədəd Simple markalı çalışma masası, Walnut stul və Adona markalı jurnal masası almışdır. İş materiallarında olan 13.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə qeyd edilən müqavilələr üzrə cəmi 2395 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan 07.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 04.03.2020ci il tarixli, 20142773 nömrəli, 16.04.2019-cu il tarixli, 00616738 nömrəli, 04.04.2019-cu il tarixli, 00597717 nömrəli, 04.04.2019-cu il tarixli, 00597744 nömrəli, 11.11.2019-cu il tarixli, 01042859 nömrəli, 01.06.2019-cu il tarixli, ******* nömrəli, 12.12.2019-cu il tarixli, 01120183 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mA 11arda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarıarı sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 2395 (273,8+183,2+472+184+130+89+1063) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 43,95 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 04.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********61611 olan Samsung Galaxy A51 markalı telefon üçün 273.80 (iki yüz yetmiş üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 16.04.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı televizor üçün 183.20 (bir yüz səksən üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 04.04.2019-cu il tarixli müqaviləyə əsasən, TOSHİBA markalı kondisioner üçün 472 (dörd yüz yetmiş iki) manat ödənilməmiş hissə, 04.04.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********46344 olan Samsung Galaxy A50 markalı telefon üçün 184 (bir yüz səksən dörd) manat ödənilməmiş hissə, 11.11.2019-cu il tarixli müqaviləyə əsasən, Panasonic markalı ətçəkən üçün 130 (bir yüz otuz) manat ödənilməmiş hissə, 01.06.2019-cu il tarixli müqaviləyə əsasən, Smart Segway üçün 89 (səksən doqquz) manat ödənilməmiş hissə, 12.12.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd Simple markalı çalışma masası, Walnut stul və Adona markalı jurnal masası üçün 1063 (bir min altmış üç) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 2395 (iki min üç yüz doxsan beş) manat borc və 43.95 (qırx üç manat doxsan beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-9216/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9216/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver