Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-922/2022 04.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə birgə Sumqayıt şəhərində fəaliyyət göstərən gözəllik salonlarında bir yerdə işləmişlər. Cavabdeh 2020-ci ilin sentyabr ayında ona bildirmişdir ki, telefonu nasazdır, işləmir. Krediti olduğu üçün özünə telefon ala bilmir, xahiş etmişdir ki, onun yerinə öz adına "‘Kontakt home” mağazasından kreditə telefon götürüb cavabdehə versin. Alınan telefonun dəyərini o, özü ödəyəcəkdir. O, ilk əvvəl razılaşmamış, cavabdehin anası işlədikləri gözəllik salonunun rəhbəri idi. O xahiş etmiş ki, telefonu öz adına kreditə götür, dəyərini özləri ödəyəcəklər. O, bundan sonra razılaşmış, “Kontakt home” mağazası ilə 07.09.2020-ci ildə 21146364:1 saylı müqavilə bağlayaraq mağazadan 18 ay müddətinə, dəyəri 2885,40 manat olan “İphone XS max 64 GB Dual gold” markalı mobil telefon götürərək cavabdehə vermişdir. Cavabdeh gecikmələrlə 9 ayın kredit ödənişini icra etmişdir. Cavabdeh sonuncu ödənişi 2021-ci ilin avqust ayında etmişdir. Avqust ayından sonra cavabdeh kredit ödənişini icra etməmişdir. Kredit götürdüyü və adına olan telefonu isə hal-hazırda da işlətməkdə davam edir. Halhazırki tarixə kredit müqaviləsi üzrə borcun məbləği 1628,73 manat təşkil edir. Borcun 1552,06 manatı əsas borc, 76,67 manat isə əsas borca hesablanmış faiz borcudur. Cavabdehə kredit borcunu ödəmək xahişi ilə müraciət etmişdir. Lakin cavabdeh borcu ödəməkdən boyun qaçmış və telefonu qaytarmaqdan imtina etmişdir. Məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, Sumqayıt şəhər Pİ-nin 4-cü Polis Bölməsi 28.10.2021-ci il tarixli məktubu ilə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hesab edir ki, “İphone XS max 64 GB Dual gold” markalı mobil telefonun işlək, saz vəziyyətdə ona qaytarılması və yaxud mobil telefon qaytarılan günə qədər ona hesablanmış əsas borcun, faizlərin və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən “İphone XS max 64 GB Dual gold” markalı mobil telefonun işlək, saz vəziyyətdə ona qaytarılması və yaxud mobil telefon qaytarılan günə qədər ona hesablanmış əsas borcun, faizlərin və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə 27.01.22-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “İphone XS max 64 GB Dual gold” markalı mobil telefonun dəyəri kimi 1628,73 manatın və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh rəsmi qaydada məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında bildirdi ki, İddiaçı ilə əvvəllər birlikdə salonda işləmişlər. Cavabdeh müdirin qızıdır. Dürxanım Pərvanənin adına telefon götürərək ödəyəcəyini bildirmiş, lakin sonradan ödənişləri etməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında bildirdi ki, o, Pərvanə xanımın daimi müştərisidir. Dəfələrlə Pərvanə xanım Dürdanənin adına mobil telefon götürməsi və Dürdanənin telefonun pulunu ödəməməsi barədə söhbətlərə şahid olmuşdur. Özü də paltar sifariş etmiş, lakin əyninə olmaması səbəbindən Dürdanəyə satmış, lakin Dürdanə onu da aldadaraq pulunu ödəməmişdir. İş materiallarında olan 07.09.2020-ci il tarixli təsdiq edilmiş zəmanət talonunun surətindən görünür ki, İddiaçı “Kontakt Home”-dan İphone XS max 64 GB Dual gold markalı telefon almışdır. İş materiallarında olan 09.12.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İphone XS max 64 GB Dual gold markalı telefon üçün 20.10.2020-ci il tarixdən 20.08.2021-ci il tarixədək müxtəlif məbləğlərə ödənişlər edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı onun yerinə öz adına "‘Kontakt home” mağazasından kreditə telefon götürməsini xahiş etmiş, kredit borcunun isə özü tərəfindən ödəniləcəyini bildimişdir. Cavabdeh tərəfindən 20.10.2020-ci il tarixdən 20.08.2021-ci il tarixədək müxtəlif məbləğlərə ödənişlər edilmiş, lakin sonra o, öz üzərinə götürdüyü öhdəliyi icra etməyərək kredit borcunu ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda həmin telefon Cavabdeh istifadəsindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar). Məhkəmə iddia tələbinin əsaslı olmasını işdə tərəf olan şəxslərin yaxın münasibətdə olub bir yerdə işləmələri, həmin münasibətdən irəli gələrək salonun sahibi olan şəxsin qızının yerinə kreditə telefon götürməsi və ödənişləri edəcəyinə vəd verməsinə baxmayaraq həmin ödənişləri etməsindən boyun qaçırmasını işin mübahisə edilməyən halı hesab edir. Məhkəmə iclasında iştirak edən şahidlər verdikləri izahatlarla həmin halı təsdiq etmiş, Cavabdeh ödənişləri etməsindən yayınması sübut olunmuşdur. Məhkəmə Cavabdeh qanunla nəzərədə tutulmuş qaydada məlumatlı edib, iddia tələbinə dair etiraz və mülhaizələri barədə məhkəməyə sübut təqdim etməsinə şərait yaratmasına baxmayaraq, iddia tələbini təqzib edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək “İphone XS max 64 GB Dual gold” markalı mobil telefonun dəyəri kimi 1628,73 manat və ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “İphone XS max 64 GB Dual gold” markalı mobil telefonun dəyəri kimi 1628,73 (min altı yüz iyirmi səkkiz manat yetmiş üç qəpik) manat və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-922/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-922/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver