Məhkəmə qərarları › İş №2(060)-927/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-927/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-927/2022 14.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.09.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********33892 olan Samsung galaxy A01 markalı telefon üçün 231 (iki yüz otuz bir) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 03.10.2020-ci il tarixli müqaviləsinə əsasən LG markalı televizor və Sonorous Surefix asqı üçün 1522 (min beş yüz iyirmi iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 1753 manat borc və 37,53 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 25.09.2020-ci il və 03.10.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kod **********92164 Samsung Galaxy A 51 markalı telefon, İMEİ Kodu **********73297 olan Samsung Galaxy Note 20 markalı telefon almış və nəticədə 3200 (üç min iki yüz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 874 manat (6 ay x 95 manat + 304 manat ilkin ödəniş) İMEİ kod **********92164 Samsung Galaxy A 51 markalı telefon üçün ümumilikdə, 247 manat olmaqla ondan, 190 manat ödənilməmiş hissə, 57 manat dəbbə, 1203.10.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2842 manat (26 ay x 105,5 manat + 99 manat ilkin ödəniş) İMEİ Kodu **********73297 olan Samsung Galaxy Note 20 markalı telefon üçün ümumilikdə, 2953 manat olmaqla ondan, 2638 manat ödənilməmiş hissə, 135 manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 888 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin rəsmi qeydiyyat ünvanına bildiriş göndərilməsinə baxmayaraq o, həmin ünvanda yaşamadığı üçün bildiriş ona təqdim edilməmişdir. Bu barədə Mənzil-Kommunal İstismar sahəsi bildirişə müvafiq qeydlər aparmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.09.2020-ci il və 03.10.2020-ci il tarixli müqavilələrdən görünür ki, həmin müqavilələrə əsasən İMEİ kod **********33892 Samsung Galaxy A 01 markalı telefon, LG markalı televizor və Sonorous Surefix asqı almış, malların 1825,2 manat olan ümumi dəyərindən 72,2 manat ödəniş etmiş, cavabdehin ümumilikdə 1753 manat borcu yaranmışdır. - "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 275,4 manat olan, 18 ay müddətinə, 0 manat ilkin ödəniş, aylıq ödəniş 15,3 manat olmaqla İMEİ kod **********33892 Samsung Galaxy A 01 markalı telefon, ümumi dəyəri 1549 manat olan, 18 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 86,1 manat olmaqla LG markalı televizor və Sonorous Surefix asqı almışdır. Malların 1825,2 manat olan ümumi dəyərindən 72,2 manat ödəniş etmişdir. Bununla da 1753 manat məbləğində borcu yaranmışdır. - "xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx"MMC ilə bağlanmış 25.09.2020-ci il tarixli müqaviləyə əsasən aldığı məhsulun 275,4 manat olan ümumi dəyərindən cəmi 44,4 manat ödəniş etmiş və nəticədə 231 manat borc yaranmışdır. 03.10.2020-ci il tarixli müqaviləyə əsasən aldığı məhsulun 1549,8 manat olan ümumi dəyərindən cəmi 27,8 manat ödəniş etmiş, nəticədə 1522 borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh malların 1825,2 manat olan ümumi dəyərindən 72,2 manat ödəniş etmiş və nəticədə 1753 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 1753 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 37,53 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 25.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ kod **********33892 Samsung Galaxy A 01 markalı telefon üçün 231 (iki yüz otuz bir) manat ödənilməmiş hissə, 03.10.2020-ci il tarixli müqavilə üzrə LG markalı televizor və Sonorous Surefix asqı üçün 1522 (min beş yüz iyirmi iki) manat ödənilməmiş hissə, ümumilikdə 1753 manat borc, 37,53 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 25.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ kod **********33892 Samsung Galaxy A 01 markalı telefon üçün 231 (iki yüz otuz bir) manat ödənilməmiş hissə, 03.10.2020-ci il tarixli müqavilə üzrə LG markalı televizor və Sonorous Surefix asqı üçün 1522 (min beş yüz iyirmi iki) manat ödənilməmiş hissə, ümumilikdə 1753 manat borc və 37,53 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC -nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar