Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9276/2021 20.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı “Finca Azerbaijan” X4 Bank Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Finca Azerbaijan” X4 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi”nə dair iddiası üzrə mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Finca Azerbaijan” X4 Bank Kredit Təşkilatı (bundan sonra mətndə “Finca Azerbaijan” MM QBKT) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, əsas borc üzrə 1977.00 manat, faiz borcu üzrə 278.15 manat, cərimə borcuna görə 2.54 manat olmaqla, cəmi 2257.69 (iki min iki yüz əlli yeddi manat, altmış doqquz qəpik) manat məbləğində borcun və 42.57 manat məbləğində ödənilmiş dövlət rüsumunun "FİNCA Azerbaijan" MMQBKTnın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı “Finca Azerbaijan” X4 Bank Kredit Təşkilatının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı "FİNCA Azerbaijan" MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 08.06.2015-ci il tarixli, **********0148 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 41.50% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2.500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 156 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 08.06.2015ci il tarixli, **********0148 saylı kredit müqaviləsi 13.04.2016- cı il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2002.00 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. 13.04.2016-cı il tarixli **********7054-591234 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, 12.10.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 1977.00 manat, faiz borcu üzrə 278.15 manat, cərimə borcuna görə 2.54 manat olmaqla cəmi 2257.69 (iki min iki yüz əlli yeddi manat, altmış doqquz qəpik) manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, əsas borc üzrə 1977.00 manat, faiz borcu üzrə 278.15 manat, cərimə borcuna görə 2.54 manat olmaqla, cəmi 2257.69 (iki min iki yüz əlli yeddi manat, altmış doqquz qəpik) manat məbləğində borcun və 42.57 manat məbləğində ödənilmiş dövlət rüsumunun "FİNCA Azerbaijan" MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. İddiaçı “Finca Azerbaijan” X4 Bank Kredit Təşkilatının nümayəndəsi X3 məhkəməyə yazılı ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılmalıdır. Məhkəmə işdə iştirak edən iddiaçı “Finca Azerbaijan” X4 Bank Kredit Təşkilatının nümayəndəsi X2 izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Finca Azerbaijan” X4 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 08 iyun 2015-ci il tarixdə bağlanmış № **********0148 saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 24 ay müddətinə illik 41,50% olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən borcverən 2500 manat məbləğində pulu 24 ay müddətinə illik 41,50 % ödəmək şərti ilə borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 08.06.2015-ci il tarixli **********0148 saylı Kredit Müqaviləsinin Restrukturizasiyasına dair 13.04.2016-cı il tarixli Sazişdən görünür ki, “Finca Azerbaijan” X4 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 08.06.2015-ci il tarixli, **********0148 saylı Kredit müqaviləsinin restrukturizasiyası olunması barədə razılığa gələrək, tərəflər qalıq borcu olaraq, 2002 manat məbləğində borcu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13 aprel 2016-cı il tarixdə bağlanmış № **********7054- 591234 saylı Zaminlik müqaviləsindən görünür ki, 13.04.2016-cı il tarixli kredit müqaviləsinin restrukturizsiyasına dair sazişə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) Mirzəbəyov İmanverdi Mirzə oğlu ilə “Finca Azerbaijan” X4 Bank Kredit Təşkilatı arasında 13 aprel 2016-cı il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən 13 aprel 2016-ci il **********2808 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İş materiallarında olan “Finca Azerbaijan” X4 Bank Kredit Təşkilatı tərəfindən verilmiş 12.10.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 12.10.2021-ci il tarixli № **********7054 saylı kredit müqaviləsi üzrə 12.10.2021-ci il tarixinə əsas borc üzrə 1977 (bir min doqquz yüz yeddi yetmiş) manat, faiz borcuna görə 278 (iki yüz yetmiş səkkiz) manat 15 (on beş) qəpik, cərimə borcuna görə 2 (iki) manat 54 (əlli dörd) qəpik, cəmi 2257 (iki min iki yüz əlli yeddi) manat 69 (altmış doqquz) qəpik məbləğində borc təşkil edir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 66/67, mənzil 49-da qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid, məhəllə 23, ev 1/1-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında əsas borc üzrə 1977 manat, kredit müqaviləsinə əsasən hesablanmış 278,15 manat faiz borcu üzrə edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri və nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1977 (bir min doqquz yüz yetmiş yeddi) manat, faiz borcuna görə 278 (iki yüz yetmiş yeddi) manat 15 (on beş) qəpik, cərimə borcuna görə 2 (iki) manat 54 (əlli dörd) qəpik, cəmi 2257 (iki min iki yüz əlli yeddi) manat 69 (altmış doqquz) qəpik məbləğində borcun və 42 (qırx iki) manat 57 (əlli yeddi) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun “Finca Azerbaijan” MMQBKT-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-240 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1977 (bir min doqquz yüz yetmiş yeddi) manat, faiz borcuna görə 278 (iki yüz yetmiş yeddi) manat 15 (on beş) qəpik, cərimə borcuna görə 2 (iki) manat 54 (əlli dörd) qəpik, cəmi 2257 (iki min iki yüz əlli yeddi) manat 69 (altmış doqquz) qəpik məbləğində borcun və 42 (qırx iki) manat 57 (əlli yeddi) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun “Finca Azerbaijan” MMQBKT-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-9276/2021
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-9276/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver