Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9289/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.04.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic markalı ətçəkən üçün 218 (iki yiiz on səkkiz) manat ödənilməmiş hissə, 17.02.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********65918 olan Samsung Galaxy A3 markalı telefon üçün 126 (yüz iyirmi altı) manat ödənilməmiş hissə, 15.04.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan, GORENJE markalı tozsoran, 2 ədəd Panasonic markalı və Philips markalı ütü üçün 811 (səkkiz yüz on bir) manat ödənilməmiş hissə, 07.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********65653 olan Samsung Galaxy A6 markalı telefon üçün 580 (beş yüz səksən) manat ödənilməmiş hissə, 04.09.2019-cu il tarixli müqaviləyə əsasən Epson markalı printer üçün 488 (dörd yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 06.08.2019cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********70227 olan Samsung galaxy A10 markalı telefon üçün 269 (iki yüz altmış doqquz) manat ödənilməmiş hissə, ümumilikdə 2492 manat borc və 44.92 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 17.04.2019, 17.02.2018, 15.04.2019, 07.08.2019, 04.09.2019 və 06.08.2019cu il tarixli müqavilələrə əsasən İMEİ Kodları **********65918 olan Samsung Galaxy A3, **********65653 olan Samsung Galaxy A6 və **********70227 olan Samsung galaxy A10 markalı telefonlar, 3 ədəd Panasonic markalı ətçəkən, Samsung markalı paltaryuyan, GORENJE markalı tozsoran, Philips markalı ütü və Epson markalı printer almış və nəticədə mağazaya 2492 (iki min dörd yüz doxsan iki) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.04.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (18 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan Panasonic markalı ətçəkən üçün ümumilikdə 218 (iki yüz on səkkiz) manat olmaqla ondan 218 (iki yüz on səkkiz) manat ödənilmənıiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə, 17.02.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 936 (doqquz yüz otuz altı) manat (24 ay x 39 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********65918 olan Samsung Galaxy A3 markalı telefon üçün ümumilikdə 126 (yüz iyirmi altı) manat olmaqla ondan 126 (yüz iyirmi altı) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə, 15.04.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1638 (min altı yiiz otuz səkkiz) manat (18 ay x 91 manat +0 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan, GORENJE markalı tozsoran, 2 ədəd Panasonic markalı və Philips markah ütü üçün ümumilikdə 811 (səkkiz yüz on bir) manat olmaqla ondan 811 (səkkiz yüz on bir) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə, 07.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 764 (yeddi yüz altmış dörd) manat (12 ay x 62 manat + 20 manat ilkin ödəniş) olan İMEİ Kodıı **********65653 olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə 580 (beş yüz səksən) manat olmaqla ondan 580 (beş yüz səksən) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə, 04.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (12 ay x 48 manat + 0 manat ilkin ödəniş) olan Epson markalı printer üçün ümumilikdə 488 (dörd yüz səksən səkkiz) manat olmaqla ondan 488 (dörd yüz səksən səkkiz) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə, 06.08.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 370 (üç yüz vetmiş) manat (9 ay x 41 manat + 1 manat ilkin ödəniş) olan İMEİ Kodu **********70227 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 269 (iki yüz altmış doqquz) manat olmaqla ondan 269 (iki yüz altmış doqquz) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə hesablanmışdır. Cavabdeh 15.04.2019-cu il tarixli müqaviləyə əsasən 16.05.2019-cu il tarixində Panasonic markalı ətçəkəndən imtina etmiş və məhsul 360 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 17.02.2018-ci il müqaviləsi üzrə sonuncu ödəniş tarixi 29.07.2020-ci ildir. Cavabdehin 15.04.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 467 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 360 manat, ümumilikdə 827 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1325 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.02.2018-ci il tarixli, 51274 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********65918 olan Samsung Galaxy A3 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.04.2019-cu il tarixli, 00618363 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Panasonic markalı ətçəkən almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.04.2019-cu il tarixli, 00615961 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Samsung markalı paltaryuyan, GORENJE markalı tozsoran, 2 ədəd Panasonic markalı ətçəkən və Philips markalı ütü almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.08.2019-cu il tarixli, 00829122 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********65653 olan Samsung Galaxy A6 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.09.2019-cu il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Epson markalı printer almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06.08.2019-cu il tarixli, 00828934 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********70227 olan Samsung galaxy A10 markalı telefon almışdır. İş materiallarında olan 21 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə cəmi 2492 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan 04.10.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 17.02.2018-ci il tarixli, 51274 nömrəli, 17.04.2019-cu il tarixli, 00618363 nömrəli, 15.04.2019-cu il tarixli, 00615961 nömrəli, 07.08.2019-cu il tarixli, 00829122 nömrəli, 04.09.2019-cu il tarixli, ********* nömrəli, 06.08.2019-cu il tarixli, 00828934 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 2492 (218+126+811+580+488+269) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 44,92 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 17.04.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic markalı ətçəkən üçün 218 (iki yüz on səkkiz) manat ödənilməmiş hissə, 17.02.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********65918 olan Samsung Galaxy A3 markalı telefon üçün 126 (yüz iyirmi altı) manat ödənilməmiş hissə, 15.04.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan, GORENJE markalı tozsoran, 2 ədəd Panasonic markalı və Philips markalı ütü üçün 811 (səkkiz yüz on bir) manat ödənilməmiş hissə, 07.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********65653 olan Samsung Galaxy A6 markalı telefon üçün 580 (beş yüz səksən) manat ödənilməmiş hissə, 04.09.2019-cu il tarixli müqaviləyə əsasən Epson markalı printer üçün 488 (dörd yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 06.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********70227 olan Samsung galaxy A10 markalı telefon üçün 269 (iki yüz altmış doqquz) manat ödənilməmiş hissə, ümumilikdə 2492 (iki min dörd yüz doxsan iki) manat borc və 44.92 (qırx dörd manat doxsan iki qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMCyə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-9289/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9289/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver