Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-929/2022 22.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasnda baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 17 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 268,89 ABŞ dolları əsas borc, 128,58 ABŞ dolları faiz borcu və 52.54 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 17.06.2016-cı il tarixdən 03.12.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 84,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 534,66 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 17 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 19100 ABŞ dolları məbləğində kredit götürmüş, Cavabdeh2 və Cavabdeh3 ilə 17 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il dekabrın 03-dək Cavabdeh1 banka 17 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 268,89 ABŞ dolları əsas borc, 128,58 ABŞ dolları faiz borcu və 52,54 ABŞ dolları cərimə borcu olmaqla cəmi 450,01 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 iyun 2014-cü il Bank hesabı, Kredit və Zaminlik müqaviləsindən görünür ki, kreditor borcalana 24 ay müddətinə illik 28 faiz ödənilməsi şərti ilə 19100 ABŞ dolları məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Zaminlər Cavabdeh2 və Cavabdeh3 kredit öhdəliyinin yerinə yetirilməsi ilə bağlı üzərlərinə birgə məsuliyyət götürmüşlər. Maliyyə arayışından görünür ki, Cavabdeh1 03 dekabr 2021-ci il tarixə 17 iyun 2014cü il tarixli kredit müqaviləsi üzrə 268,89 ABŞ dolları əsas, kreditin bitmə tarixinə 128,58 ABŞ dolları faiz, 52,54 ABŞ dolları cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 84,65 ABŞ dolları borcu vardır. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə Mülki Məcəllənin 445-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tərəflər arasında 17.06.2014-cü il tarixli kredit müqaviləsinin bitdiyi 17.06.2016-cı il tarixdən sonrakı dövr nəzərə alınmaqla 03 dekabr 2021-ci il tarixədək ödənilməmiş əsas borc məbləğinə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 84,65 ABŞ dolları pulun tutulması hissədə tələb əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh2 və Cavabdeh3 qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 17 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 268,89 ABŞ dolları əsas borc, 128,58 ABŞ dolları faiz borcu, 52,54 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 84,65 ABŞ dolları, cəmi 534,66 ABŞ dolları (ödəniş gününə manata olan məzzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 17 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 268,89 ABŞ dolları əsas borc, 128,58 ABŞ dolları faiz borcu, 52.54 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 84,65 ABŞ dolları, cəmi 534,66 (beş yüz otuz dörd ABŞ dolları, altmış altı sent) ABŞ dolları (ödəniş gününə manata olan məzzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlilk edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-929/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-929/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver