Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9290/2021 29.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx"MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 18.01.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavə olan 10.03.2021-ci il tarixli əlavəsinə əsasən Braun markalı ütü, blender, HOFFMANN markalı ətçəkən və SAMSUNG markalı tozsoran üçün 366,3 (üç yüz altmış altı manat, otuz qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 18.01.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavə olan 10.03.2021-ci il tarixli əlavəsinə əsasən Gorenje markalı plitə, toster, HOFFMANN markalı soba, aspirator, ətçəkən və Braun markalı blender üçün 1020, 5 (min iyirmi manat, əlli qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 24.02.2020-ci il tarixli müqaviləsinə İMEİ Kodu **********85442 olan Samsung Galaxy A20s markalı telefon, Headset Ergo markalı qulaqlıq və Wall Charger usb telefon aksesuarı üçün 506,2 (beş yüz altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 1893 borc və 38.93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "ABC TELECOM” MMC ilə 18.01.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə 10.03.2021, 18.01.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə 10.03.2021, 24.02.2020-ci il tarixli müqavilələrinə əsasən, Braun markalı ütü, 2 ədəd blender, HOFFMANN markalı 2 ədəd ətçəkən, aspirator, soba, Gorenje markalı toster, plitə, SAMSUNG markalı tozsoran, İMEİ Kodu **********85442 olan Samsung Galaxy A20s markalı telefon, Headset Ergo markalı qulaqlıq və Wall Charger usb telefon aksesuarı almışdır. Cavabdehin 18.01.2020-ci il tarixli müqaviləsinə 10.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir. Cavabdehin 18.01.2020-ci il tarixli müqaviləsinə 10.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir. Cavabdeh, "ABC TELECOM” MMC ilə 18.01.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavə olan 10.03.2021-ci il tarixli, 18.01.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavə olan 10.03.2021-ci il tarixli və eyni zamanda 24.02.2020-ci il tarixli müqavilələr üzrə nəticədə 1893 (min səkkiz yüz doxsan üç ) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.01.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavə olan 10.03.2021-ci il tarixli əlavəsinə əsasən alqı-satqı qiyməti 532,8 (beş yüz otuz iki manat, səksən qəpik) manat (15 ay x 33.3 manat + 33,3 manat ilkin ödəniş) Braun markalı ütü, blender, HOFFMANN markalı ətçəkən və SAMSUNG markalı tozsoran üçün ümumilikdə 366.3 (üç yüz altmış altı manat, otuz qəpik) manat olmaqla ondan 366,3 (üç yüz altmış altı manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.01.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavə olan 10.03.2021-ci il tarixli əlavəsinə əsasən alqı-satqı qiyməti 1413 (min dörd yüz on üç) manat (17 ay x 78.5 manat + 78.5 manat ilkin ödəniş) Gorenje markalı plitə, toster, HOFFMANN markalı soba, aspirator, ətçəkən və Braun markalı blender üçün ümumilikdə 1020,5 (min iyirmi manat, əlli qəpik) manat olmaqla ondan 1020,5 (min iyirmi manat, əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, 24.02.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 553,2 (beş yüz əlli üç manat, iyirmi qəpik) manat (12 ay x 46.1 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********85442 olan Samsung Galaxy A20s markalı telefon, Headset Ergo markalı qulaqlıq və Wall Charger usb telefon aksesuarı üçün ümumilikdə 506,2 (beş yüz altı manat, iyirmi qəpik) manat olmaqla ondan 506,2 (beş yüz altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 606 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.01.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavə olan 10.03.2021-ci il tarixli əlavədən görünür ki, cavabdeh, ümumi dəyəri 532,8 manat olan Braun markalı ütü, blender, HOFFMANN markalı ətçəkən və SAMSUNG markalı tozsoran almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.01.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavə olan 10.03.2021-ci il tarixli əlavədən görünür ki, cavabdeh, ümumi dəyəri 1413 manat olan Gorenje markalı plitə, toster, HOFFMANN markalı soba, aspirator, ətçəkən və Braun markalı blender almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.02.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh, ümumi dəyəri 553,2 manat olan İMEİ Kodu **********85442 olan Samsung Galaxy A20s markalı telefon, Headset Ergo markalı qulaqlıq və Wall Charger usb telefon aksesuarı almışdır. -18.01.2020-ci il, 18.01.2020-ci il və 24.02.2020-ciil tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Braun markalı ütü, blender, HOFFMANN markalı ətçəkən, SAMSUNG markalı tozsoran, Gorenje markalı plitə, toster, HOFFMANN markalı soba, aspirator, ətçəkən və Braun markalı blender, İMEİ Kodu **********85442 olan Samsung Galaxy A20s markalı telefon, Headset Ergo markalı qulaqlıq və Wall Charger usb telefon aksesuarı Cavabdeh təhvil verilmişdir. -ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Braun markalı ütü, blender, HOFFMANN markalı ətçəkən, SAMSUNG markalı tozsoran, Gorenje markalı plitə, toster, HOFFMANN markalı soba, aspirator, ətçəkən və Braun markalı blender, İMEİ Kodu **********85442 olan Samsung Galaxy A20s markalı telefon, Headset Ergo markalı qulaqlıq və Wall Charger usb telefon aksesuarı üçün, onların ümumi 2499 manat olan ümumi dəyərindən və cəmi 606 manat ödəniş etmişdir. -"xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İbbadulla oğlu ilə "xxxx"MMC ilə bağlanmış 19. 18.01.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə 10.03.2021, 18.01.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə 10.03.2021, 24.02.2020-ci il tarixli müqavilələrə əsasən alınan malların 2499 manat olan ümumi dəyərindən cəmi 606 manat ödəniş etmiş və nəticədə 1893 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 631.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.01.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə 10.03.2021, 18.01.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə 10.03.2021, 24.02.2020-ci il tarixli əşyanın alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 2499 manat ümumi dəyərindən cəmi 606 manat ödəniş etmiş və nəticədə 1893 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli,cavabdehdən ödənilmiş 38,93 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. 18.01.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavə olan 10.03.2021-ci il tarixli əlavəsinə əsasən Braun markalı ütü, blender, HOFFMANN markalı ətçəkən və SAMSUNG markalı tozsoran üçün 366,3 (üç yüz altmış altı manat, otuz qəpik) manat ödənilməmiş hissə, 18.01.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavə olan 10.03.2021-ci il tarixli əlavəsinə əsasən Gorenje markalı plitə, toster, HOFFMANN markalı soba, aspirator, ətçəkən və Braun markalı blender üçün 1020,5 (min iyirmi manat, əlli qəpik) manat ödənilməmiş hissə, 24.02.2020-ci il tarixli müqaviləsinə İMEİ Kodu **********85442 olan Samsung Galaxy A20s markalı telefon, Headset Ergo markalı qulaqlıq və Wall Charger usb telefon aksesuarı üçün 506,2 (beş yüz altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, ümumilikdə 1893 borc və 38,93 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-9290/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9290/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver