Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9293/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.08.2019-cu il tarixli müqaviləyə əsasən Philips markalı fen-daraq və fen üçün 150 (yüzəlli) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 12.03.2019-cu il tarixli müqaviləyə əsasən Braun markalı ütü üçün 125 (yüz iyirmi beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 14.01.2019-cu il tarixli müqaviləyə əsasən Philips markalı ütü üçün 186 (yüz səksən altı) ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 12.01.2019-cu il tarixli müqaviləyə əsasən Philips markalı tozsoran, ütü, fen və Panasonic markalı saçqırxan üçün 519.3 (beş yüz on doqquz manat, otuz qəpik) ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə olmaqla. 4 müqavilə üzrə ümumilikdə 980.3 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 21.08.2019cu il, 12.03.2019-cu il, 14.01.2019-cu il və 12.01.2019-cu il tarixli müqavilələrə əsasən Philips markalı fen-daraq, 2 ədəd fen, 2 ədəd ütü, tozsoran, Panasonic markalı saçqırxan və Braun markalı ütü almış və nəticədə 995.3 (doqquz yüz doxsan beş manat, otuz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 21.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 180 (yüz səksən) manat (6 ay x 30 manat + 0 manat ilkin ödəniş) Philips markalı fen-daraq və fen üçün ümumilikdə 1165 (yüz altmış beş) manat olmaqla ondan 150 (yüz əlli) manat ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 0 (sıfır) manat cərimə cərimə borcu yaranmışdır. 12.03.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 253 (iki yüz əlli üç) manat (11 ay x 23 manat + 0 manat ilkin ödəniş) Braun markalı ütü üçün ümumilikdə 125 (yüz iyirmi beş) manat olmaqla ondan 125 (yüz iyirmi beş) manat ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu yaranmışdır. 14.01.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 306 (iüç yüz altı) manat (18 ay x 17 manat +0 manat ilkin ödəniş) Philips markalı ütü üçün ümumilikdə 186 (yüz səksən altı) manat olmaqla ondan 186 (yüz səksən altı) ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu yaranmışdır. 12.01.2019-cu ii tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1278 (min iki yüz yetmiş səkkiz) manat (18 ay x 71 manat + 0 manat ilkin ödəniş) Philips markalı tozsoran, ütü, fen və Panasonic markalı saçqırxan üçün ümumilikdə 519.3 (beş yüz on doqquz manat, otuz qəpik) manat olmaqla ondan 519.3 (beş yüz on doqquz manat, otuz qəpik) ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdeh 12.01.2019-cu il tarixli müqaviləyə əsasən, 14.01.2019-cu il tarixində Philips markalı ütüdən imtina etmiş və məhsul 342 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır Cavabdehin 12.01.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 416.7 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 342 manat, ümumilikdə 758.7 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 263 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan alqı-satqı müqavilələrindən görünür ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 21.08.2019-cu il, 12.03.2019-cu il, 14.01.2019-cu il və 12.01.2019-cu il tarixli müqavilələrə əsasən Philips markalı fen-daraq, 2 ədəd fen, 2 ədəd ütü, tozsoran, Panasonic markalı saçqırxan və Braun markalı ütü almış və nəticədə 980.3 manat borc yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə Philips markalı fen-daraq, 2 ədəd fen, 2 ədəd ütü, tozsoran, Panasonic markalı saçqırxan və Braun markalı ütü üçün 980.3 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq pul ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Philips markalı fendaraq, 2 ədəd fen, 2 ədəd ütü, tozsoran, Panasonic markalı saçqırxan və Braun markalı ütü üçün 980.3 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1010.3 manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Philips markalı fen-daraq, 2 ədəd fen, 2 ədəd ütü, tozsoran, Panasonic markalı saçqırxan və Braun markalı ütü üçün 980.3 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1010.3 manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-9293/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9293/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver