Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9298/2021 10.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********69108 olan Samsung Galaxy A51 markalı telefon üçün 276.2 manat ödənilməmiş hissə, 01.10.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********33950 olan X1 markalı telefon üçün 3201.1 manat ödənilməmiş hissə, 17.06.2020-ci il tarixli müqavilə üzrə Hoffmann markalı kondisioner və İMEİ Kodu **********97069 olan Samsung Galaxy A30s markalı telefon üçün 429.7 manat ödənilməmiş hissə, ümumilikdə 3907 manat borc və 59.07 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.02.2020, 01.10.2020 və 17.06.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodları **********69108 olan Samsung Galaxy A51, **********33950 olan X1 T110, **********97069 olan Samsung Galaxy A30s markalı telefonlar və Hoffmann markalı kondisioner almış, nəticədə 3907 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.02.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 995.4 manat, İMEİ kodu 3**********69108 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 276.2 manat, 01.10.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3732 manat, İMEİ kodu **********33950 olan X1 markalı telefon üçün ümumilikdə 3201.1 manat, 17.06.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2389.2 manat olan Hoffmann markalı kondisioner və İMEİ Kodu **********97069 olan Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə 429.7 manat borcu yaranmışdır. Cavabdehin 17.06.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 308.3 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiyməti 1651.2 manat, ümumilikdə 1959.5 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1250.1 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi 29.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 01.11.2021-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin Cavabdeh həmin ünvanda yaşamadığı üçün bildiriş geri qaytarılmışdır. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13.02.2020-ci il tarixli müqaviləyə əsasən 14 ay müddətində hər ay 71.1 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 995.4 manat, İMEİ kodu **********69108 olan Samsung Galaxy A51 markalı telefona görə 719.2 manat ödəniş etmiş, 276.2 manat borcu qalmış, 01.10.2020-ci il tarixli müqaviləyə əsasən 132 manat ilkin ödəniş edilməklə qalan məbləği 24 ay müddətində hər ay 150 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 3732 manat olan İMEİ kodu İMEİ kodu **********33950 olan X1 markalı telefona görə 530.9 manat ödəniş etmiş, 3201.1 manat borcu qalmış, 17.06.2020ci il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 199.1 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 2389.2 manat olan Hoffmann markalı kondisionerə və İMEİ Kodu **********97069 olan Samsung Galaxy A30s markalı telefona görə 1959 manat (məhsul qaytarıldıqdan sonra qoyulan qiymət) ödəniş etmiş, 429.7 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 13.02.2020-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********69108 olan Samsung Galaxy A51 markalı telefon almışdır. İş materiallarında olan 13.02.2020-ci il tarixli bildiriş-əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 13.02.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********69108 olan Samsung Galaxy A51 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 13.02.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13.02.2020-ci il tarixli müqavilə üzrə 14 ay müddətində hər ay 71.1 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01.10.2020-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********33950 olan X1 markalı telefon almışdır. İş materiallarında olan 01.10.2020-ci il tarixli bildiriş-əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 01.10.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********33950 olan X1 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 01.10.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01.10.2020-ci il tarixli müqavilə üzrə 132 manat ilkin ödəniş edilməklə qalan məbləği 24 ay müddətində hər ay 150 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 17.06.2020-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Hoffmann markalı kondisioner və İMEİ kodu **********97069 olan Samsung Galaxy A30s markalı telefon almışdır. İş materiallarında olan 17.06.2020-ci il tarixli bildiriş-əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən 17.06.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş Hoffmann markalı kondisioneri və İMEİ kodu **********97069 olan Samsung Galaxy A30s markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 17.06.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 17.06.2020-ci il tarixli müqavilə üzrə 12 ay müddətində hər ay 199.1 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.10.2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh tərəfindən geri qaytarılan kondisioner 1651.2 manat dəyərində qiymətləndirilmiş və həmin 1651.2 manat ümumi borcdan silinmiş, Cavabdeh qalan borcu ödənməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC 06.07.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 13.02.2020-ci il, 17.06.2020-ci il və 01.10.2020-ci il tarixdə bağlanmış müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh 13.02.2020-ci il, 17.06.2020-ci il və 01.10.2020-ci il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh 3907 manat borc və ödənilmiş 59.07 manat dövlət rüsumu məbləğində pul tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 3907 (üç min doqquz yüz yeddi) manat məbləğində borc və 59.07 (əlli doqquz manat yeddi qəpik) manat dövlət rüsumu manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-9298/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9298/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver