Məhkəmə qərarları › İş №2(060)-9302/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9302/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9302/2021 29.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx"MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 08.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********10644 Samsung Galaxy A50 markalı telefon, Power Bank mi üçün 52 (əlli iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 22.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********56439 HUAWEİ P30 markalı telefon üçün 2054 (iki min əlli dörd) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 2106 manat borc və 41,06 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, cavabdeh, "xxxx" MMC ilə 08.05.2019-cu il və 22.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********10644 Samsung Galaxy A50 markalı telefon, Power Bank mi və İMEİ kodu **********56439 HUAWEİ P30 markalı telefon almış və nəticədə 2106 (iki min yüz altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08,05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 962 (doqquz yüz altmış iki) manat (16 ay x 60 manat + 2 manat ilkin ödəniş) İMEİ kodu **********10644 Samsung Galaxy A50 markalı telefon, Power Bank mi üçün ümumilikdə, 52 (əlli iki) manat olmaqla ondan, 52 (əlli iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, 22.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2359 (iki min üç yüz əlli doqquz) manat (20 ay x 113 manat + 99 manat ilkin ödəniş) İMEİ kodu **********56439 HUAWEİ P30 markalı telefon üçün ümumilikdə, 2054 (iki min əlli dörd) manat olmaqla ondan, 2054 (iki min əlli dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin 08.05.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 12 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 898 manat, ümumilikdə 910 manat təşkil edir. Digər müqavilə üzrə cəmi ödədiyi məbləğ isə 305 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.05.2019-ci il tarixli 00650173 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 962 manat, İMEİ kodu **********10644 Samsung Galaxy A50 markalı telefon və Power Bank mi almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.05.2019-cu il tarixli 00676626 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 2359 manat, İMEİ kodu **********56439 HUAWEİ P30 markalı telefon almışdır. -08.05.2019-ci il və 22.05.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Samsung markalı paltaryuyan, İMEİ kodu **********10644 Samsung Galaxy A50 markalı telefon və Power Bank mi, İMEİ kodu **********56439 HUAWEİ P30 markalı telefon Cavabdeh təhvil verilmişdir. -ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16 ay müddətinə, ilkin 2 manat ödənişlə, aylıq ödəniş 60 manat olmaqla, İMEİ kodu **********10644 Samsung Galaxy A50 markalı telefon və Power Bank mi və 20 ay müddətinə, ilkin 99 manat ödənişlə, aylıq ödəniş 113 manat olmaqla İMEİ kodu **********56439 HUAWEİ P30 markalı telefon almış və 1215 manat ödəniş etmişdir. -"xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx"MMC ilə bağlanmış 08.05.2019-ci il və 22.05.2019-cu il tarixli müqavilələrə əsasən alınan malların 3321 manat olan ümumi dəyərindən cəmi 1215 manat ödəniş etmiş və nəticədə 2106 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 631.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.05.2019-ci il və 22.05.2019-cu il tarixli əşyanın alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 3321 manat ümumi dəyərindən cəmi 1215 manat ödəniş etmiş və nəticədə 2106 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli,cavabdehdən ödənilmiş 41,06 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284- 6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 08.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********10644 Samsung Galaxy A50 markalı telefon, Power Bank mi üçün 52 (əlli iki) manat ödənilməmiş hissə , 22.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********56439 HUAWEİ P30 markalı telefon üçün 2054 (iki min əlli dörd) manat ödənilməmiş hissə, ümumilikdə 2106 manat borc və 41,06 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMCnə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar