Məhkəmə qərarları › İş №2(060)-9304/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9304/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9304/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodları **********55842 və **********18719 olan X1 7 markalı telefonlar üçün 800 manat ödənilməmiş hissə, 19.07.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı musiqi mərkəzi üçün 130 (yüz otuz) manat ödənilməmiş hissə, 19.07.2019-cu il tarixli müqaviləyə əsasən TRUST Leva markalı qulaqlıq üçün 33 (otuz üç) manat ödənilməmiş hissə, 09.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodları **********546 olan Redmi Note 7, **********48209 olan HOFFMANN T110 markalı telefonlar və Marshall Major markalı qulaqlıq üçün 56 (əlli altı) manat ödənilməmiş hissə, 09.09.2019-cu il tarixli müqaviləyə əsasən Headphones markalı qulaqlıq üçün 176 (yüz yetmiş altı) manat ödənilməmiş hissə, 05.03.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic markalı şirə çəkən və HOFFMANN markalı mini soba üçün 174 (yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 11.09.2018-ci il tarixli müqaviləyə əsasən SAMSUNG markalı tozsoran və Philips markalı ütü üçün 114 (yüz on dörd) manat ödənilməmiş hissə, 09.11.2018-ci il tarixli müqaviləyə əsasən LG markalı televizor üçün 562 (beş yüz altmış iki) manat ödənilməmiş hissə, ümumilikdə 2045 manat borc və 40.45 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, ABC TELECOM” MMC ilə bağladığı 22.03.2019, 19.07.2019, 19.07.2019, 09.09.2019, 09.09.2019, 05.03.2019, 11.09.2018, 09.11.2018-ci il tarixlərindəki müqavilələrə əsasən İMEİ Kodları **********55842, **********18719 və **********546 olan 3 ədəd X1 7, **********48209 olan HOFFMANN T110 markalı telefonlar, HOFFMANN markalı musiqi mərkəzi, mini soba, TRUST Leva, Marshall Major, Headphones markalı 3 ədəd qulaqlıq, Panasonic markalı şirə çəkən, SAMSUNG markalı tozsoran, Philips markalı ütü və LG markalı televizor almış və nəticədə mağazaya 2045 (iki min qırx beş) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.03.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1731 (min yeddi yüz otuz bir) manat (18 ay x 93 manat + 57 manat ilkin ödəniş) olan İMEİ Kodları **********55842 və **********18719 olan X1 7 markalı telefonlar üçtin ümumilikdə 800 (səkkiz yüz) manat olmaqla ondan 800 (səkkiz yüz) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə; 19.07.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 187 (yüz səksən yeddi) manat (11 ay x 17 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN markalı musiqi mərkəzi üçün ümumilikdə 130 (yüz otuz) marıat olmaqla ondan 130 (yüz otuz) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə; 19.07.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 90 (doxsan) manat (6 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan TRUST Leva markalı qulaqlıq üçün ümumilikdə 33 (otuz üç) manat olmaqla ondan 33 (otuz üç) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə; 09.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 402 (dörd yüz iki) manat (6 ay x 67 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodları **********546 olan Redmi Note 7, **********48209 olan HOFFMANN T110 markalı telefonlar və Marshall Major markalı qulaqlıq üçün ümumilikdə 56 (əlli altı) manat olmaqla ondan 56 (əlli altı) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə; 09.09.2019-cu ii tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 240 (iki yüz qırx) manat (6 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan Headphones markalı qulaqlıq üçün ümumilikdə 176 (yüzyetmiş altı) manat olmaqla ondan 176 (yüz yetmiş altı) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə; 05.03.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 583 (beş yüz səksən üç) manat (11 ay x 53 manat + 0 manat ilkin ödəniş) olan Panasonic markalı şirə çəkən və HOFFMANN markalı mini soba üçün ümumilikdə 174 (yüz yetmiş dörd) manat olmaqla ondan 174 (yüz yetmiş dörd) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə; 11.09.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 471 (dörd yüz yetmiş bir) manat (18 ay x 26 manat + 3 manat ilkin ödəniş) olan SAMSUNG markalı tozsoran və Philips markalı ütü üçün ümumilikdə 114 (yüz on dörd) manat olmaqla ondan 114 (yüz on dörd) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə; 09.11.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1700 (min yeddi yüz) manat (18 ay x 87 manat + 134 manat ilkin ödəniş) olan LG markalı televizor üçün ümumilikdə 562 (beş yüz altmış iki) manat olmaqla ondan 562 (beş yüz altmış iki) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə hesablanmışdır. Cavabdeh 09.09.2019-cu il tarixli müqaviləyə əsasən 09.09.2019-cu il tarixində Marshall Major markalı qulaqlıqdan imtina eltmiş və məhsul 318 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 11.09.2018-ci il müqaviləsi üzrə sonuncu ödəniş tarixi 18.11.2019-cu ildir. Cavabdehin 09.09.2019-cu il tarixli müqavilə iizrə cəmi ödədiyi məbləğ 28 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 318 manat, ümumilikdə, 346 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 3013 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.03.2019-cu il tarixli, 00577320 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodları **********55842 və **********18719 olan X1 7 markalı iki ədəd telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.07.2019-cu il tarixli, 00792572 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən HOFFMANN markalı musiqi mərkəzi almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.07.2019-cu il tarixli, 00792597 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən TRUST Leva markalı qulaqlıq almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.09.2019-cu il tarixli, 00900395 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodları **********546 olan Redmi Note 7, **********48209 olan HOFFMANN T110 markalı iki ədəd telefon və Marshall Major markalı qulaqlıq qulaqlıq almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.09.2019-cu il tarixli, 00900960 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Headphones JBL markalı qulaqlıq almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.03.2019-cu il tarixli, 00543217 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Panasonic markalı şirə çəkən və HOFFMANN markalı mini soba almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.09.2018-ci il tarixli, 00290146 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən SAMSUNG markalı tozsoran və Philips markalı ütü almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.11.2018-ci il tarixli, 00366147 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən LG markalı televizor almışdır. İş materiallarında olan 26 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə cəmi 2045 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan 24.12.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 22.03.2019-cu il tarixli, 00577320 nömrəli, 19.07.2019-cu il tarixli, 00792572, 19.07.2019-cu il tarixli, 00792597 nömrəli, 09.09.2019-cu il tarixli, 00900395 nömrəli, 09.09.2019-cu il tarixli, 00900960 nörməli, 05.03.2019-cu il tarixli, 00543217 nömrəli, 11.09.2018-ci il tarixli, 00290146 nömrəli, 09.11.2018-ci il tarixli, 00366147 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 2045 (800+130+33+56+176+174+114+562) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 40,45 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 22.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodları **********55842 və **********18719 olan X1 7 markalı telefonlar üçün 800 (səkkiz yüz) manat ödənilməmiş hissə, 19.07.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı musiqi mərkəzi üçün 130 (bir yüz otuz) manat ödənilməmiş hissə, 19.07.2019-cu il tarixli müqaviləyə əsasən TRUST Leva markalı qulaqlıq üçün 33 (otuz üç) manat ödənilməmiş hissə, 09.09.2019-cu ii tarixli müqaviləyə əsasən İMEİ Kodları **********546 olan Redmi Note 7, **********48209 olan HOFFMANN T110 markalı telefonlar və Marshall Major markalı qulaqlıq üçün 56 (əlli altı) manat ödənilməmiş hissə, 09.09.2019-cu il tarixli müqaviləyə əsasən Headphones markalı qulaqlıq üçün 176 (bir yüz yetmiş altı) manat ödənilməmiş hissə, 05.03.2019-cu il tarixli müqaviləyə əsasən Panasonlc markalı şirə çəkən və HOFFMANN markalı mini soba üçün 174 (yüz yetmmiş dörd) manat ödənilməmiş hissə, 11.09.2018-ci il tarixli müqaviləyə əsasən SAMSUNG markalı tozsoran və Philips markalı ütü üçün 114 (bir yüz on dörd) manat ödənilməmiş hissə, 09.11.2018-ci il tarixli müqaviləyə əsasən LG markalı televizor üçün 562 (beş yüz altmış iki) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 2045 manat borc və 40,45 (qırx manat qırx beş qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar