Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9305/2021 29.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx"MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 19.12.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd Xiaomi Mi band qol saatı üçün 136.2 (yüz otuz altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd GİGİLLİ markalı qazan dəsti üçün, 210 (iki yüz on) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 09.08.2019-cu il tarixli müqaviləsinə əsasən, BEURER markalı fen və HOFFMANN markalı blender üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 26.03.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı səsucaldıcı üçün 82 (səksən iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 07.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********22238 olan Huawei P30 Lite markalı telefon üçün 670 (altı yüz yetmiş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 09.02.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı mini soba və GORENJE markalı kombayn üçün 32 (otuz iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 03.09.2018-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG markalı mikrodalğalı soba üçün 49 (qırx doqquz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 05.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********73789 olan Huawei Y7 2019 markalı telefon üçün 380 (üç yüz səksən) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 27.12.2018-ci il tarixli müqaviləsinə əsasən. İMEİ Kodu **********20353 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 1677 manat borc və 36,77 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "ABC TELECOM” MMC ilə 19.12.2019, 20.08.2019, 09.08.2019, 26.03.2019. 07.05.2019, 09.02.2019. 03.09.2018, 05.10.2019 və 27.12.2018-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd Xiaomi Mi band markalı qol saatı, 2 ədəd GİGİLLİ markalı qazan dəsti, BEURER markalı fen, HOFFMANN markalı blender, səsucaldıcı, mini soba, GORENJE markalı kombayn, SAMSUNG markalı mikrodalğalı soba, İMEİ Kodları **********22238 olan Huawei P30 Lite, **********73789 olan Huawei Y7 2019 və **********20353 olan Xiaomi Mi A2 Lite markalı telefonlar almış və nəticədə 1677 (min altı yüz yetmiş yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 211,2 (iki yüz on bir manat, iyirmi qəpik) manat (12 ay x 17.6 manat + 0 manat ilkin ödəniş) 2 ədəd Xiaomi Mi band qol saatı üçün ümumilikdə, 136, 2 (yüz otuz altı manat, iyirmi qəpik) manat olmaqla ondan, 136.2 (yüz otuz altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qivməti 440 (dörd yüz qırx) manat (11 ay x 40 manat + 0 manat ilkin ödəniş) 2 ədəd GİGİLLİ markalı qazan dəsti üçün ümumilikdə, 210 (iki yüz on) manat olmaqla ondan, 210 (iki yüz on) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 169 (yüz altmış doqquz) manat (11 ay x 15 manat + 4 manat ilkin ödəniş BEURER markalı fen və HOFFMANN markalı blender üçün ümumilikdə, 70 (yetmiş) manat olmaqla ondan, 70 (yetmiş) manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 300 (üç yüz) manat (12 ay x 25 manat + 0 manat ilkin ödəniş) HOFFMANN markalı səsucaldıcı üçün ümumilikdə, 82 (səksən iki) manat olmaqla ondan, 82 (səksən iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.05.2019-cıı il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1000 (min) manat (20 ay x 50 manat +0 manat ilkin ödəniş) İMEİ Kodu **********22238 olan Huawei P30 Lite markalı telefon üçün ümumilikdə, 670 (altı yüz yetmiş) manat olmaqla ondan, 670 (altı yüz yetmiş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.02.2019-cıı il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 620 (altı yüz iyirmi) manat (11 ay x 56 manat + 4 manat ilkin ödəniş) HOFFMANN markalı mini soba və GORENJE markalı kombayn üçün ümumilikdə, 32 (otuz iki) manat olmaqla ondan, 32 (otuz iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 283 (iki yüz səksən üç) manat (18 ay x 15 manat + 13 manat ilkin ödəniş) SAMSUNG markalı mikrodalğalı soba üçün ümumilikdə, 49 (qırx doqquz) manat olmaqla ondan, 49 (qırx doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 460 (dörd yüz altmış) manat (12 ay x 38 manat 4 manat ilkin ödəniş) İMEİ Kodu **********73789 olan Huawei Y7 2019 markalı telefon üçün ümumilikdə, 380 (üç yüz səksən) manat olmaqla ondan, 380 (üç yüz səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 552 (beş yüz əlli iki) manat (12 ay x 46 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********20353 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün ümumilikdə, 48 (qırx səkkiz) manat olmaqla ondan, 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2358, 2 manat təşkil edir. Cavabdehin 03.09.2018-ci il müqaviləsi üzrə sonuncu ödəniş tarixi 19.12.2019-cu ildir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli 01138100 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 211,2 manat oln 2 ədəd Xiaomi Mi band qol saatı almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.08.2019-cu il tarixli 00857992 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 440 manat olan 2 ədəd GİGİLLİ markalı qazan dəsti almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.08.2019-cu il tarixli 00833169 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 169 manat olan BEURER markalı fen və HOFFMANN markalı blender almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.03.2019-cu il tarixli 00584008 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 300 manat olan HOFFMANN markalı səsucaldıcı almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.05.2019-cu il tarixli 00648693 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 1000 manat olan İMEİ Kodu **********22238 olan Huawei P30 Lite markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.02.2019-cu il tarixli 00506024 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 620 manat olan HOFFMANN markalı mini soba və GORENJE markalı kombayn almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.09.2019-cu il tarixli 00278226 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 283 manat olan SAMSUNG markalı mikrodalğalı soba almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.10.2019-cu il tarixli 00959147 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 460 manat olan İMEİ Kodu **********73789 olan Huawei Y7 2019 markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.12.2018-ci il tarixli 00439661 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 552 manat olan İMEİ Kodu **********20353 olan Xiaomi Mi A2 Lite markalı telefon almışdır. -19.12.2019, 20.08.2019, 09.08.2019, 26.03.2019. 07.05.2019, 09.02.2019. 03.09.2018, 05.10.2019 və 27.12.2018-ci il əşyaların təhvil-təslim aktından görünür ki, 2 ədəd Xiaomi Mi band markalı qol saatı, 2 ədəd GİGİLLİ markalı qazan dəsti, BEURER markalı fen, HOFFMANN markalı blender, səsucaldıcı, mini soba, GORENJE markalı kombayn, SAMSUNG markalı mikrodalğalı soba, İMEİ Kodları **********22238 olan Huawei P30 Lite, **********73789 olan Huawei Y7 2019 və **********20353 olan Xiaomi Mi A2 Lite markalı telefonlar Cavabdeh təhvil verilmişdir. -ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 2 ədəd Xiaomi Mi band markalı qol saatı, 2 ədəd GİGİLLİ markalı qazan dəsti, BEURER markalı fen, HOFFMANN markalı blender, səsucaldıcı, mini soba, GORENJE markalı kombayn, SAMSUNG markalı mikrodalğalı soba, İMEİ Kodları **********22238 olan Huawei P30 Lite, **********73789 olan Huawei Y7 2019 və **********20353 olan Xiaomi Mi A2 Lite markalı telefonlar üçün, onların ümumi 4035,2 manat olan ümumi dəyərindən və cəmi 2358,2 manat ödəniş etmişdir. -"xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə "xxxx"MMC ilə bağlanmış 19.12.2019, 20.08.2019, 09.08.2019, 26.03.2019. 07.05.2019, 09.02.2019. 03.09.2018, 05.10.2019 və 27.12.2018-ci il müqavilələrə əsasən alınan malların 4035,2 manat olan ümumi dəyərindən cəmi 2358,2 manat ödəniş etmiş və nəticədə 1677 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 631.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019, 20.08.2019, 09.08.2019, 26.03.2019. 07.05.2019, 09.02.2019. 03.09.2018, 05.10.2019 və 27.12.2018-ci il tarixli əşyanın alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 4035,2 manat ümumi dəyərindən cəmi 2358,2 manat ödəniş etmiş və nəticədə 1677 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli,cavabdehdən ödənilmiş 36,77 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 19.12.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd Xiaomi Mi band qol saatı üçün 136,2 (yüz otuz altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 20.08.2019cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd GİGİLLİ markalı qazan dəsti üçün, 210 (iki yüz on) manat ödənilməmiş hissə, 09.08.2019-cu il tarixli müqaviləsinə əsasən, BEURER markalı fen və HOFFMANN markalı blender üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 26.03.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı səsucaldıcı üçün 82 (səksən iki) manat ödənilməmiş hissə, 07.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********22238 olan Huawei P30 Lite markalı telefon üçün 670 (altı yüz yetmiş) manat ödənilməmiş hissə, 09.02.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı mini soba və GORENJE markalı kombayn üçün 32 (otuz iki) manat ödənilməmiş hissə, 03.09.2018-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG markalı mikrodalğalı soba üçün 49 (qırx doqquz) manat ödənilməmiş hissə, 05.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********73789 olan Huawei Y7 2019 markalı telefon üçün 380 (üç yüz səksən) manat ödənilməmiş hissə, 27.12.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********20353 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, ümumilikdə 1677 manat borc və 36,77 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-9305/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9305/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver