Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9306/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında 13 dekabr 2021-ci il tarixdə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.12.2018-ci il tarixli müqaviləyə əsasən Violetta künc, 2 ədəd Venetsiya FS-5, Yeni loca masa mebel əşyaları üçün 920 (doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********09828 olan Samsung galaxy A10s markalı telefon üçün 181.6 (yüz səksən bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 20.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********49115 olan X1 markalı telefon üçün 266 (iki yüz altmış altı) manat ödənilməmiş hissə,16.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********86299 olan Xiaomi Redmi 8A markalı telefon üçün 361.2 (üç yüz altmış bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 17.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********31838 olan Samsung Galaxy A20s markalı telefon üçün 386.4 (üç yüz səksən altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 26.12.2019cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********77564 olan Samsung galaxy A10 markalı telefon üçün 304.8 (üç yüz dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 24.06.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı kondisioner üçün 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, ümumilikdə 2750 manat borc və 47.5 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh, "xxxx" MMC ilə bağladığı 11.12.2018, 19.11.2019, 20.10.2019, 16.01.2020, 17.12.2019, 26.12.2019 və 24.06.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodları **********09828 olan Samsung galaxy A10s, **********49115 olan X1, **********86299 olan Xİaomi Redmi 8A, **********31838 olan Samsung Galaxy A20s, **********77564 olan Samsung galaxy A10 markalı telefonlar, Violetta künc, 2 ədəd Venetsiya FS-5, Yeni loca masa mebel əşyaları və HOFFMANN markalı kondisioner almış və nəticədə mağazaya 2750 (iki min yeddi yüz əlli) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.12.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2892 (iki min səkkiz yüz doxsan iki) manat (24 ay x 120 manat +12 manat ilkin ödəniş) Violetta künc, 2 ədəd Venetsiya FS-5, Yeni loca masa mebel əşyaları üçün ümumilikdə, 920 (doqquz yüz iyirmi) manat olmaqla ondan 920 (doqquz yüz iyirmi) manat ödənilməmiş hissə məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 390 (üç yüz doxsan) manat (6 ay x 55 manat + 60 manat ilkin ödəniş) İMEİ Kodu **********09828 olan Samsung galaxy A10s markalı telefon üçün ümumilikdə 181.6 (yüz səksən bir manat. altmış qəpik) manat olmaqla ondan, 181.6 (yüz səksən bir manat, altmış qəpik) manat ödənilməmiş hissə məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 390 (üç yüz doxsan) manat (12 ay x 32 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********49115 olan X2 markalı telefon üçün ümumilikdə 266 (iki yüz altmış altı) manat olmaqla ondan, 266 (iki yüz altmış altı) manat ödənilməmiş hissə məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 361.2 (üçyüz altmış bir manat, iyirmi qəpik) manat (12 ay x 30.1 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********86299 olan Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə, 469.2 (dörd yüz altmış doqqüz manat, iyirmi qəpik) manat olmaqla ondan, 361.2 (üç yüz altmış bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 410.4 (dörd yüz on manat, qırx qəpik) manat (6 ay x 68.4 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********31838 olan Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə, 508.8 (beş yüz səkkiz manat, səksən qəpik) manat olmaqla ondan, 386.4 (üiç yiiz səksən altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 304.8 (üç yüz dörd manat, səksən qəpik manat (12 ay x 25.4 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********77564 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 304.8 (üç yüz dörd manat, səksən qəpik) manat olmaqla ondan, 304.8 (üç yüz dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.06.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 693 (altı yüz doxsan üç) manat (11 ay x 63 rnanat + 0 manat ilkin ödəniş) HOFFMANN markalı kondisioner üçün ümumilikdə, 330 (üç yüz otuz) manat olmaqla ondan, 330 (üç yüz otuz) manat ödənilməmiş hissə məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2691.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.12.2018-ci il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Violetta künc, 2 ədəd Venetsiya FS-5, Yeni loca masa mebel əşyaları almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.11.2019-cu il tarixli, 01062775 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********09828 olan Samsung galaxy A10s markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.10.2019-cu il tarixli, 00994883 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodı **********49115 olan X1 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.01.2020-ci il tarixli, 20041709 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodı **********86299 olan Xiaomi Redmi 8A markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.12.2019-cu il tarixli, 01134695 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodı **********31838 olan Samsung Galaxy A20s markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli, 01161554 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********77564 olan Samsung galaxy A10 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.06.2019-cu il tarixli, 00741337 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən HOFFMANN markalı kondisioner almışdır. İş materiallarında olan 22.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilələr üzrə cəmi 2750 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan 26.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdehn yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 11.12.2018ci il tarixli, ********* nömrəli 19.11.2019-cu il tarixli, 01062775 nömrəli, 20.10.2019-cu il tarixli, 00994883 nömrəli, 16.01.2020-ci il tarixli, 20041709 nömrəli, 17.12.2019-cu il tarixli, 01134695 nömrəli, 26.12.2019-cu il tarixli, 01161554 nömrəli, 24.06.2019-cu il tarixli, 00741337 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf hər bir müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mA 11arda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarıarı sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 2750 (920+181,6+266+361,2+386,4+304,8+330) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 47,5 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11.12.2018-ci il tarixli müqaviləyə əsasən Violetta künc, 2 ədəd Venetsiya FS-5, Yeni loca masa mebel əşyaları üçün 920 (doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********09828 olan Samsung galaxy A10s markalı telefon 181.60 (bir yüz səksən bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 20.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİKodı **********49115 olan X1 markalı telefon 266 (iki yüz altmış altı) manat ödənilməmiş hissə, 16.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********86299 olan Xiaomi Redmi 8A markalı telefon üçün 361.20 (üç yüz altmış bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 17.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********31838 olan Samsung Galaxy A20s markalı telefon üçün 386.40 (üç yüz səksən altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 26.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********77564 olan Samsung galaxy A10 markalı telefon üçün 304.80 (üç yüz dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 24.06.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı kondisioner üçün 330 (üç yüz otuz) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 2750 (iki min yeddi yüz əlli) manat borc və 47.5 (qırx yeddi manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-9306/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9306/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver