Məhkəmə qərarları › İş №2(060)-933/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-933/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-933/2022 11.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 oğlunun iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə 11 aprel 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24.12.2019-cu il tarixli, 4-Y-3-300-19 saylı kredit müqaviləsi üzrə 1123.1 manat əsas borc, 80.37 manat faiz borcu və 9.71 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1213.18 manat borcun, 10.07.2019-cu il tarixli, 4-Y-2-0-1724-19 saylı kredit müqaviləsi üzrə 1988.76 manat əsas borc, 122.15 manat faiz borcu olmaqla, ümumilikdə 2110.91 manat borcun və 73.24 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 24 dekabr 2019-cu il tarixli, 4-Y-3-0-3001-19 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 20 faizlə 36 ay müddətinə 2000 manat məbləğində, 10 iyul 2019-cu il tarixli, 4-Y-2-0-1724-19 saylı kredit müqaviləsinə əsasən illik 22 faizlə 35 ay müddətinə 8200 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il dekabrın 06-dək Cavabdeh banka 24 dekabr 2019-cu il tarixli, 4- Y-3-0-3001-19 saylı kredit müqaviləsi üzrə 1123.1 manat əsas borc, 80.37 manat faiz borcu və 19.42 manat cərimə borcu olmaqla, ümumilikdə 1222.89 manat borcu vardır. Cavabdeh 24.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 19.42 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 9.71 manat məbləğində tələb olunur. 2021-ci il dekabrın 06-dək Cavabdeh banka 10 iyul 2019-cu il tarixli, 4- Y-2-0-1724-19 saylı kredit müqaviləsi üzrə isə 1988.76 manat əsas borc, 122.15 manat faiz borcu olmaqla, ümumilikdə 2110.91 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfindən müəyyən ödənişlər edilmiş, ona görə də hər iki müqavilə üzrə cavabdehdən tələb olunan borcun məbləğində azalma olmuşdur. Lakin bununla bağlı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməmişdir. Nümayəndə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 28 mart 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən iş üzrə Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətən də onunla “Yelo Bank’' ASC arasında iki müqavilə bağlanıb. Həmin müqavilələr üzrə olan borcunu iki ay ərzində bağlayacaqdır. Hazırda onun banka cəmi 1200 manat borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə əsasən) iş üzrə Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 10.09.2021-ci il tarixli, KBD-15211 və KBD-15210 nömrəli xəbərdarlıq məktublarından görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq ünvanlanmışdır. İş materiallarında olan 24.12.2019-cu il tarixli 4-Y-3-0-3001-19 nömrəli kredit müqaviləsi və ona edilmiş 24.12.2019-cu il tarixli 4-Y-3-0-3001-19 nömrəli 1 saylı Əlavədən görünür ki, "xxxx" ASC Cavabdeh 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 10.07.2019-cu il tarixli 4-Y-2-0-1724-19 nömrəli kredit müqaviləsi və ona edilmiş 10.07.2019-cu il tarixli, 4-Y-2-0-1724-19 nömrəli 1 saylı Əlavədən görünür ki, "xxxx" ASC Cavabdeh 35 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 8200 manat məbləğində kredit vermişdir. İşdə olan 24.12.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 2000 manat məbləğində pulu "xxxx" ASC-dən qəbul etmişdir. İşdə olan 10.07.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 8200 manat məbləğində pulu "xxxx" ASC-dən qəbul etmişdir. İşdə olan 28.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 10.07.2019-cu il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh banka 737,77 manat əsas borc, 84,34 manat faiz borcu, 2,96 manat cərimə borcu olmaqla, ümumilikdə 825,07 manat borcu yaranmışdır. İşdə olan 28.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 24.12.2019-cu il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh banka 462,1 manat əsas borc, 126,96 manat faiz borcu, 38,42 manat cərimə borcu olmaqla, ümumilikdə 627,48 manat borcu yaranmışdır Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 24.12.2019-cu il tarixli 4-Y-3-0-3001-19 nömrəli və 10.07.2019-cu il tarixli, 4-Y-2-0-1724-19 nömrəli İstehlak kredit müqavilələri imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində 24.12.2019-cu il tarixli müqavilə üzrə 1123,1 manat məbləğində əsas borcun tutulmasını xahiş etsə də, 28.03.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 28.03.2022-ci il tarixə əsas borcu 462,1 manat, faiz borcu 126,96 manat təşkil edir. İddiaçı iddia ərizəsində 10.07.2019-cu il tarixli müqavilə üzrə isə 1988,76 manat məbləğində əsas borcun tutulmasını xahiş etsə də, 28.03.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin həmin müqavilə üzeə 28.03.2022-ci il tarixə əsas borcu 737,77 manat, faiz borcu 84.34 manat təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 24.12.2019-cu il tarixli müqavilə üzrə yaranmış 462,1 AZN əsas və 80,37 AZN faiz borcu (iddia tələbi həddində), tərəflər arasında bağlanmış 24.12.2019-cu il tarixli müqavilə üzrə yaranmış 737,77 AZN əsas və 84,34 AZN faiz borcu cavabdehdən ddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin 24.12.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 9,71 manat cərimə borcu tənasübsüz surətdə yüksək deyil, kreditorun əmlak mənafelərinə uyğundur. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 9,71 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 40% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 73,24 manat dövlət rusumunun 30 manatı cavabdehdən tutulmalı, 43,24 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24.12.2019-cu il tarixli, 4-Y-3-300-19 saylı kredit müqaviləsi üzrə 462,1 (dörd yüz altmış iki manat on qəpik) manat əsas borc, 80,37 (səksən manat otuz yeddi qəpik) manat faiz borcu və 9,71 (doqquz manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 552,18 (beş yüz əlli iki manat on səkkiz qəpik) manat borc, 10.07.2019-cu il tarixli, 4-Y-2-0-1724-19 saylı kredit müqaviləsi üzrə 737,77 (yeddi yüz otuz yeddi manat yetmiş yeddi qəpik) manat əsas borc, 84,34 (səksən dörd manat otuz dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 822,11 (səkkiz yüz iyirmi iki manat on bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar