Məhkəmə qərarları › İş №2(060)-9349/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9349/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9349/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudova İddiaçı ASC-nin, cavabdehlər Şirinova (Müslümova) Sədaqət Müslüm qızı və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə İddiaçı ASC tərəfindən daxil olmuş ərizəyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Şirinova (Müslümova) Sədaqət Müslüm qızı və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 11.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1298,45 manat əsas, 76,33 manat faiz borcu və kredit müqaviləsi üzrə 17.10.2021-ci il tarixdən 22.10.2021-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 0,8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1375,58 manat borcun və ödənilmiş 33,76 manat dövlət rüsumunun cavabdeh Şirinova (Müslümova) Sədaqət Müslüm qızı və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə cavabdehlər Şirinova (Müslümova)Sədaqət Müslüm qızı və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə tələb olunan borc məbləğinin ödənilməsi barədə cavabdeh ilə məhkəmədənkənar razılıq əldə olunduğu üçün iddia ərizəsini və ona əlavə olunan sənədləri geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, İddiaçı ASC-nin cavabdehlər Şirinova (Müslümova) Sədaqət Müslüm qızı və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 13.4, 170, 259-260, 263, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Şirinova (Müslümova) Sədaqət Müslüm qızı və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı ASC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar