Məhkəmə qərarları › İş №2(060)-938/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-938/2022

06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-938/2022 06.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********88296 olan Samsung Galaxy A10 markalı telefon, Samsung markalı telefon aksesuarı, qoruyucu üzlük, Xiaomi Redmi markalı qulaqlıq və Mi Vatch markalı qol saatı üçün 320 (üç yüz iyirmi) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; 15.05.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********10727 olan Samsung Galaxy A51 markalı telefon üçün 784 (yeddi yüz səksən dörd) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; 31.08.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********64436 olan Samsung Galaxy A41 markalı telefon, X1 qol saatı üçün 611 (altı yüz on bir) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 1716 (bir min yeddi yüz on altı) manat borc və 37 (otuz yeddi) manat 16 (on altı) qəpik ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 26.02.2020, 15.05.2020 və 31.08.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********88296 olan Samsung Galaxy A10, **********10727 olan Samsung Galaxy A51, **********64436 olan Samsung A41 markalı telefonlar, Samsung markalı telefon aksesuarı, qoruyucu üzlük, Xiaomi Redmi markalı qulaqlıq, Mi Vatch və X1 markalı 2 ədəd qol saatı almış və nəticədə 1716 (bir min yeddi yüz on altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı satqı qiyməti 640 (altı yüz qırx) manat 80 (səksən) qəpik (12 ay x 53.4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********88296 olan Samsung Galaxy A10 markalı telefon, Samsung markalı telefon aksesuarı, qoruyucu üzlük, Xiaomi Redmi markalı qulaqlıq və Mi Vatch markalı qol saatı üçün ümumilikdə 320 (üç yüz iyirmi) manat 80 (səksən) qəpik olmaqla, ondan 320 (üç yüz iyirmi səkkiz) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1173 (bir yüz yetmiş üç) manat (18 ay x 56 manat + 165 manat ilkin ödəniş) İMEİ Kodu **********10727 olan Samsung Galaxy A51 markalı telefon üçün 784 (yeddi yüz səksən dörd) manat olmaqla ondan, 784 (yeddi yüz səksən dörd) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.08.2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 714 (yeddi yüz on dörd) manat (12 ay x 51 manat + 102 manat ilkin ödəniş) İMEİ Kodu **********64436 olan Samsung Galaxy A41 markalı telefon, X1 markalı qol saatı üçün ümumilikdə, 611 (altı yüz on bir) manat 20 (iyirmi) qəpik olmaqla, ondan 611 (altı yüz on bir) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi 812,3 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 26.02.2020-ci il tarixdə 20129021 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 4.3-cü bəndinə görə müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 15.05.2020-ci il tarixdə 20281446 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 4.3-cü bəndinə görə müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 31.08.2020-ci il tarixdə 21127616 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 4.3-cü bəndinə görə müqavilə imzalandığı andan mal müştərinin mülkiyyətinə keçənə qədər qüvvədədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 04.12.2021-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 26.02.2020, 15.05.2020 və 31.08.2020-ci tarixli müqavilələrə əsasən əsas ödənilməmiş məbləğ 1716 manat cəmiyyətə olan borcu var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 12.11.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 79, mənzil 36-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1716 (bir min yeddi yüz on altı) manat məbləğində borcun və 37 (otuz yeddi) manat 16 (on altı) qəpik dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1716 (bir min yeddi yüz on altı) manat məbləğində borcun və 37 (otuz yeddi) manat 16 (on altı) qəpik dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar