Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-943/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.05.2020-ci il tarixli müqaviləyə əsasən Apple AirPods, Xiaomi Redmi markalı 3 ədəd qulaqlıq üçün 312.8 manat ödənilməmiş hissə, 17.11.2019-cu il tarixli müqaviləyə əsasən 02072-mətbəx mebeli üçün 1222 manat ödənilməmiş hissə, 27.12.2018-ci il tarixli müqaviləyə əsasən Canon markalı fotoaparat və SAMSUNG markalı yaddaş kartı üçün 760 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 17.11.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic markalı ətçəkən üçün 471.2 manat ödənilməmiş hissə, ümumilikdə 2766 manat borc və 47.66 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 08.05.2020, 17.11.2019, 27.12.2018 və 17.11.2019-cu il tarixli müqavilələrə əsasən Apple AirPods, Xiaomi Redmi markalı 3 ədəd qulaqlıq, 02072-mətbəx mebeli, Canon markalı fotoaparat, SAMSUNG markalı yaddaş kartı və Panasonic markalı ətçəkən almış və nəticədə mağazaya 2766 (iki min yeddi yüz altmış altı) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.05.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 790.8 (yeddi yüz doxsan manat, səksən qəpik) manat (12 ay x 62.9 manat + 36 manat ilkin ödəniş) olan Apple AirPods, Xiaomi Redmi markalı 3 ədəd qulaqlıq üçün ümumilikdə 312.8 (üç yüz on iki manat, səksən qəpik) manat olmaqla ondan 312.8 (üç yüz on iki manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə; 17.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1360 (min üç yüz altmış) manat (20 ay x 68 manat + 0 manat ilkin ödəniş) 02072-mətbəx mebeli üçün ümumilikdə 1222 (min iki yiiz iyirmi iki) manat olmaqla ondan 1222 (min iki yüz iyirmi iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə; 27.12.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1920 (min doqquzyüz iyirmi) manat (24 ay x 80 manat + 0 manat ilkin ödəniş) Canon markalı fotoaparat və SAMSUNG markalı yaddaş kartı üçün ümumilikdə 760 (yeddi yüz altmış) manat olmaqla ondan 760 (yeddi yiiz altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə; 17.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 594 (beş yüz doxsan dörd) manat (18 ay x 33 manat + 0 manat ilkin ödəniş) Panasonic markalı ətçəkən üçün ümumilikdə 471.2 (dörd yüz yetmiş bir manat, iyirmi qəpik) manat olmaqla ondan 471.2 (dörd yiız yetmiş bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1898.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.05.2020-ci il tarixli, 20267295 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Apple AirPods, Xiaomi Redmi markalı 3 ədəd qulaqlıq almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.11.2019-cu il tarixli, 01057268 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 02072-mətbəx mebeli almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.12.2018-ci il tarixli, 00440847 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Canon markalı fotoaparat, SAMSUNG markalı yaddaş kartı almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.11.2019-cu il tarixli, 01057144 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Panasonic markalı ətçəkən almışdır. İş materiallarında olan 08.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə dörd müqavilə üzrə cəmi 2766 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan 27.12.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 08.05.2020, 17.11.2019, 27.12.2018 və 17.11.2019-cu il tarixli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf hər dörd müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mA 11arda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 2766 (312,8+1222+760+471,2) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 47,66 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 08.05.2020-ci il tarixli müqaviləyə əsasən Apple AirPods, Xiaomi Redmi markalı 3 ədəd qulaqlıq üçün 312,8 (üç yüz on iki manat, səksən qəpik) manat ödənilməmiş hissə, 17.11.2019-cu il tarixli müqaviləyə əsasən 02072-mətbəx mebeli üçün 1222 (bir min iki yüz iyirmi iki) manat ödənilməmiş hissə, 27.12.2018-ci il tarixli müqaviləyə əsasən Canon markalı fotoaparat və SAMSUNG markalı yaddaş kartı üçün 760 (yeddi yüz altmış) manat ödənilməmiş hissə, 17.11.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic markalı ətçəkən üçün 471,2 (dörd yüz yetmiş bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, ümumilikdə 2766 (iki min yeddi yüz altmış altı) manat borc və 47.66 (qırx yeddi manat altmış altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-943/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-943/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver