Məhkəmə qərarları › İş №2(060)-95/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-95/2024

12.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-95/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X2 ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın tutulması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz tikilinin sökülməsi, cavabdehdən 150.000 manat zərər və 400 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus ev ünvan 1 ünvanında yerləşir. Torpaq sahəsinin ölçüsü 0,03 ha-dır. Həmin evi 12 ildir ki tikmişdir. Evdə heç bir çat və ya problem olmayıb. Lakin cavabdeh İdeal-İnşaat Company onun evinin 2 metrliyində bina inşa etməyə bağlamış və nəticədə evdə çatlar meydana gəlmişdir. Həmin binanın tikintisi 2022-ci ilin əvvələrində başlanmışdır. Ev hazırda qəzalı vəziyyətdə olduğundan ölüm təhlükəsi var. Ona dəymiş zərər 150.000 manat həcmində qiymətləndirir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 26 oktyabr 2023-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinə ünvanlandığı məktubdan müəyyən edilmişdir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ev 39 olan Cavabdeh (VÖEN **********) direktoru və 100% iştirak payına malik təsisçisi X1r. Göründüyü kimi, mülki iş üzrə cavabdehin hüquqi ünvanı Abşeron rayonu ərazisində qeydiyyatda oldugundan mülki işə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarından göründüyü kimi, hazırki tələb maddi ziyanın ödənilməsi üzrə yaranmış borcun tutulması barədədir və müstəsna aidiyyət qaydalarının təsiri altına düşmür. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, hazırki mülki işdə cavabdeh Abşeron rayonunda qeydiyyatda olduğundan, mülki işə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın tutulması tələbinə dair 2(060)- 95/2024 saylı mülki iş aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar