Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-951/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 11-TK-1-0-1647-23 saylı kredit müqaviləsi üzrə 999,24 manat əsas borc, 96,05 manat faiz borcu və 8,38 manat cərimə borcu olmaqla cəmi 1103,67 manat borcun; xx.xx.2023-cü il tarixli, 11-Y-2-0-1648-23 saylı kredit müqaviləsi üzrə 11515,88 manat əsas borc, 645,61 manat faiz borcu və 270,68 manat cərimə borcu olmaqla, cəmi 12432,17 manat məbləğində borcun və 130,61 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 11-TK-1- 0-1647-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə, 48 ay müddətinə 1000 manat kredit, xx.xx.2023-cü il tarixli 11-Y-2-0-1648-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 13,9 faizlə, 24 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2024-cü ilin oktyabrın 3-dək cavabdehin banka xx.xx.2023-cü il tarixli 11-TK-1-0-1647-23 saylı kredit müqaviləsi üzrə 999,24 manat əsas borc, 96,05 manat faiz borcu, 16,75 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1112,04 manat borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli 11-TK-1-0-1647-23 saylı kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 16,75 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 8,38 manat məbləğində tələb olunur. 2024-cü ilin oktyabrın 3-dək cavabdehin banka xx.xx.2023-cü il tarixli 11-Y-2-0-1648-23 saylı kredit müqaviləsi üzrə 11515,88 manat əsas borc, 645,61 manat faiz borcu, 1082,7 manat cərimə borcu olmaqla, cəmi 13244,19 manat borcu vardır. Cavabdehin xx.xx.2023-cü il tarixli 11-Y-2-0-1648-23 saylı kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1082,7 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 270,68 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiklərini, işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11-TK-1-0-1647- 23 nömrəli kredit müqaviləsindən görünür ki, borcluya 48 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 1000 manat kredit verilmişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11-Y-2-0- 1648-23 nömrəli kredit müqaviləsindən görünür ki, borcluya 24 ay müddətinə, illik 13,9 faiz dərəcəsi ilə 20000 manat kredit verilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 11-TK-1-0-1647-23 saylı kredit müqaviləsi üzrə banka 999,24 manat əsas borc, 96,05 manat faiz borcu, 16,75 manat cərimə borcu olmaqla, ümumilikdə 1112,04 manat borcu vardır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 11-Y-2-0-1648-23 saylı kredit müqaviləsi üzrə banka 11515,88 manat əsas borc, 645,61 manat faiz borcu, 1082,7 manat cərimə borcu olmaqla, ümumilikdə 13244,19 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11-TK-1-0-1647-23 saylı kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, 25 faiz dərəcəsi ilə birlikdə 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2023-cü il tarixli, 11-TK-1-0- 1647-23 saylı kredit müqaviləsi üzrə banka 999,24 manat məbləğində əsas borc və 96,05 manat faiz borcu, 8,38 manat cərimə borcu olmaqla, ümumilikdə 1103,67 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 11-Y-2-0-1648-23 nömrəli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, 13,9 faiz dərəcəsi ilə birlikdə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2023-cü il tarixli, 11-Y-2-0- 1648-23 nömrəli kredit müqaviləsi üzrə banka 11515,88 manat əsas borc, 645,61 manat faiz borcu, 270,68 manat cərimə borcu olmaqla, cəmi 12432,17 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixli, 11-TK-1-0-1647- 23 saylı və xx.xx.2023-cü il tarixli, 11-Y-2-0-1648-23 nömrəli kredit müqavilələri üzrə öhdəliklərini icra etməyərək kredit müqavilələrinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2023-cü il tarixli, 11-TK-1- 0-1647-23 saylı və xx.xx.2023-cü il tarixli, 11-Y-2-0-1648-23 nömrəli kredit müqavilələri üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 13535,84 manat olduğundan (11515,88 manat əsas + 645,61 manat faiz + 270,68 manat cərimə borcu + 999,24 manat əsas + 96,05 manat faiz + 8,38 manat cərimə = 13535,84) iddiaçı tərəfindən ödənilmiş 130,61 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023cü il tarixli, 11-TK-1-0-1647-23 saylı kredit müqaviləsi üzrə 999,24 manat məbləğində əsas borc və 96,05 manat faiz borcu, 8,38 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 11-Y-2- 0-1648-23 nömrəli kredit müqaviləsi üzrə 11515,88 manat əsas borc, 645,61 manat faiz borcu, 270,68 manat cərimə borcu olmaqla, ümumilikdə isə 13535,84 manat borc və 130,61 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan xx.xx.2023-cü il tarixli, 11-TK-1-0-1647-23 saylı kredit müqaviləsi üzrə 999,24 manat məbləğində əsas borc, 96,05 manat faiz borcu, 8,38 manat cərimə borcu olmaqla cəmi 1103,67 manat borc, xx.xx.2023-cü il tarixli, 11-Y-2-0-1648-23 nömrəli kredit müqaviləsi üzrə 11515,88 manat əsas borc, 645,61 manat faiz borcu, 270,68 manat cərimə borcu olmaqla cəmi 12432,17 manat borc, ümumilikdə 13535,84 manat borc və 130,61 manat Dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-951/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-951/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver