Məhkəmə qərarları › İş №2(060)-961/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-961/2024

03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-961/2024 03.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sədrlik edən Tağızadə Gülnarə Fikrət qızının sədrliyi Məhkəmə iclasının katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2 və nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş ziyanın ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş 13050 manat məbləğində maddi ziyanın və 129.15 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 əvvəllər onunla şərik olmuşdur. Daha sonra o, cavabdehlə şəriklikdən çıxmışdır. Cavabdehin ona 9000 manat məbləğində borcu olmuşdur. O, bir müddət sonra borcu geri qaytarmadığı üçün Sumqayıt şəhəri 4 -cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Xəyal polis Bölməsinə dəvət edilib ifadəsi alınmışdır. Orada da ona borcunun olduğunu təsdiq etmişdir. Bundan sonra qardaşı Cavabdeh1 ona olan 9000 manatdan borcdan hissə - hissə 1750 manat məbləğində olan borcunu ödəmişdir. Hal - hazırda Cavabdeh2 ona 7250 manat məbləğində borcu vardır. Cavabdeh2 məhkəmə hökmü ilə müəyyən müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Xəyalın ona olan borcunu qardaşı Cavabdeh1 da təsdiqləyir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-113/2023 saylı işi üzrə şahid qismində dindirilərkən o öz ifadəsində qeyd etmişdir ki, Xəyalın ona 9000 manat borcu olmuşdur. Cavabdeh2 şərik olduqları zaman onun aldığı “Merkuri” qayığını Xəyalın əsgər yoldaşı olmuş Rövşən adlı şəxsdən 2700 manat məbləğində almışdır. Halbuki həmin qayığı o, şəxsi vəsaitləri hesabına almışdır. Belə ki, o, həmin qayığı almaqda məqsədi o idi ki, Rövşənlə Xəyal həmin qayıqdan birgə istifadə edib gəlir əldə etsinlər və ordan Xəyalın əldə etdiyi gəliri onunla bərabər paylar şəklində bölünsün. O, Xəyal ilə şəriklikdən çıxdıqdan sonra cavabdehlər həmin qayığı Rövşəndən almışdılar. Bundan başqa şərik olduqları dövrdə 2 ədəd inək almışdır. Onlardan birinin qiyməti 1800 manat, digərinin qiyməti isə 1300 manat təşkil edir. O, şəriklikdən ayrıldıqdan sonra həmin inəkləri də cavabdehlər ələ keçirmişlər. Bununla da, qeyd olunan halla üzrə ona 13050 manat məbləğində maddi ziyan vurmuşlar. Məhkəmədə İddiaçı Cavabdeh2 9000 manat pulunu, digər Cavabdeh1 isə 4050 manat pulun tələb edilməsini bildirib, eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi M.M. Fətullayev eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı qardaşı ilə şərik olub və tələb olunan pul məbləği qardaşı Xəyal tərəfindən alınıb. Xəyalın Fəxriyə 9000 manat borcu olub və həmin məbləğdə tam şəkildə Fəxriyə ödənilib. Bundan əlavə Fəxri onlara məxsus torpaq sahəsini zəbt edib ona şər-böhtan atır. Hazırda iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının qeyd etdikərini onun oğlu Xəyal almışdır. Xəyal həbsə düşməmişdən əvvəl ondan heç nə tələb etməmişdir. Hazırda həbsdə olduğuna görə Xəyala qarşı belə bir iddia qaldırmışdır. Bundan əlavə iddiaçı özü onun bağ evini talan edib. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X1 bildirdi ki, Fəxri onun tanışıdır. Fəxrinin iki inək alması barədə məlumatı olub və həmin inəkləri cavabdehlərə məxsus bağ evinə apardığı haqda məlumatlıdır. Cavabdehlərlə Fəxri arasında olan pul məsələlərindən məlumatsızdır. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı İlqar oğlunun ona qarşı qaldırdığı iddia ilə razı deyildir və bildirir ki, onun iddiaçıya heç bir borcu yoxdur. Əlavə olaraq qeyd emək istərdi ki, İddiaçı ona məxsus torpaq sahəsinə özbaşına soxulmuş, orada olan tikililəri sökmüş, ona külli miqdarda ziyan vurmuşdur. Məhkəmə tərəflərin, nümayəndələrin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı 11872 (on bir min səkkiz yüz yetmiş iki) manat və ödənilmiş 125,62 (bir yüz iyirmi beş manat altmış iki qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Nümayəndə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırma zamanı və iş materiallarında olan qətnamədəın müəyyən edildi ki, iddia tələbi üzrə iddiaçıya Xəyalın 9000 (doqquz min) manat borcu olmuş və həmin borcdan 1850 (bir min səkkiz yüz əlli) manat qaytarıldığı üçün məhkəmə hesab edir ki, iddia tələbi yalnız Cavabdeh2 qarşı hissədə qismən təmin edilməklə 7150 (yeddi min yüz əlli) manat pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər Cavabdeh1 qarşı hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı Cavabdeh2 şərik olduqları zaman aldığı Rövşənlə Xəyalın qayıqdan birgə istifadə edib gəlir əldə etməklə və əldə edilən gəlirin onunla bərabər paylar şəklində bölünməsi üçün “Merkuri” qayığını Xəyalın əsgər yoldaşı olmuş Rövşən adlı şəxsdən 2700 manat məbləğində aldığını və daha sonra Rövşənin həmin qayığı Cavabdeh1 verdiyini iddia etsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şahid ifadəsinə qiymət verərək, hesab edir ki, həmin ifadə iddianın Cavabdeh1 qarşı tələbin irəli sürüldüyü halı sübuta yetirmir. Belə ki, həmin şahid iddiaçı tərəfindən inəklərin almasını bildirsədə, həmin inəklərin iddiaçı tərəfindən Cavabdeh1 verilməsi barədə məlumatı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 7150 (yeddi min yüz əlli) manat məbləğində maddi ziyanın və 129 (bir yüz iyirmi doqquz) manat 15 (on beş) qəpik dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 qarşı hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar