Məhkəmə qərarları › İş №2(060)-965/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-965/2024

05.03.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-965/2024 05.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü ildə Sumqayıt şəhərində doğulmuş mərhum atası X3 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 onun atasıdır. Bunu onun adına verilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsi təsdiq edir. Atası xx.xx.1963-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası 3-cü dərəcəli ümumi xəstəlik səbəbindən əlil olmuşdur. 2017-ci ilin iyun-iyul aylarında işləmək adı ilə evdən çıxıb getmiş və bir daha qayıtmamışdır. Atasının axtarışı heç bir səmərə verməmişdir. Atasının axtarılıb tapılması xahişi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Müraciətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli arayışı ilə bildirilmişdir ki, X3 axtarılıb tapılması mümkün olmamışdır. O, xx.xx.2019-cu ildə atasının axtarılıb tapılması xahişi ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Mərhum atasının itkin düşməsi səbəbindən tibb müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Bu səbəbdən də məhkəməyə mərhum atasının xəbərsiz itkin düşmüş hesab edilməsi barədə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, axırıncı dəfə atasını 2017-ci ilin sonlarında küçədə sərxoş vəziyyətdə görmüşdür. Buna qədər dəfələrlə onu evə gətirmiş, lakin sonuncu hər dəfə evi tərk etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X5 ifadəsində göstərdi ki, o, ərizəçinin əmisioğludur. X2 içki düşkünü olmuş, tüfeyli həyat sürmüşdür.7-8 il olar ki, əmisindən xəbər yoxdur. Məhkəmədə şahid X7 ifadəsində göstərdi ki, o, ərizəçinin qonşusudur. X6 içki düşkünü olmuşdur. Evlərində dava-dalaş olurdu. X4 axırıncı dəfə 2016-cı ilin axırında görmüşdür. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 16, otaq 38 ünvanında yaşayan X3 itkin düşməsi ilə bağlı oğlu Ərizəçi xx.xx.2019-cu il tarixdə müraciət edərək atasının 2017-ci ilin iyun-iyul aylarından evdən çıxdığını bildirməsi faktı ilə bağlı 1-ci PB-də araşdırma aparılmış, müraciətlə əlaqədar olaraq 730366 saylı axtarış işi açılmış, zəruri əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin qeyd edilən şəxsin tapılması mümkün olmamışdır. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlər Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında X1 dəfə xx.xx.2007-ci ildə ölkəyə girişi qeydə alınmışdır. - Azərbaycan Respublikası Vətəndaşının Pasportundan görünür ki, X6 xx.xx.1963cü ildə doğulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin atası X6 2017-ci ilin iyun-iyul aylarında işləmək adı ilə evdən çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Ərizəçi xx.xx.2019-cu il tarixdə müraciət edərək atasının 2017-ci ilin iyuniyul aylarından evdən çıxdığını bildirməsi faktı ilə bağlı 1-ci PB-də araşdırma aparılmış, müraciətlə əlaqədar olaraq saylı axtarış işi açılmış, zəruri əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin qeyd edilən şəxsin tapılması mümkün olmamışdır. Həmin tarixdən etibarən onun barəsində hər hansı məlumat ailəsinə, yaxınlarına və hüquq mühafizə oqranlarına daxil olmamışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1 və 40.2-ci maddələrinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikasının MPM-nin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Bu Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 314-cü maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin etməyi təklif edə bilər. Bu Məcəllənin 315-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göründüyü kimi, fiziki şəxs iki halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Mülki qanunvericiliyin müvafiq müddəasının tələblərindən göründüyü kimi, həmin norma imperativ olmamaqla bu halın müəyyən edilməsi üçün kifayət qədər məlumatların olması halında edilə bilməsininin mükünlüyünü nəzərdə tutmuşdur. Belə məlumatların olmaması halında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qənaətə gəlinməsi mümkün deyildir. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra edilə bilər. Beləliklə, məhkəməyə təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, X3 harada olması barədə artıq iki ildən çoxdur ki, məlumat yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X3 xəbərsiz itkin düşmüş şəxs elan edilməsi üçün yetərli əsaslar vardır. Məhkəmə onu da qeyd edir ki, X3 itkin düşməsi haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadığından onun xəbərsiz itkin düşmüş sayılması üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, yəni 2018-ci ilin yanvar ayının 1-dən başlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1963-cü ildə Sumqayıt şəhərində doğulmuş X6 xəbərsiz itkin düşmüş hesab edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311, 355-25 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1963-cü ildə Sumqayıt şəhərində doğulmuş X6 xx.xx.2018-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar