Məhkəmə qərarları › İş №2(060)-9682/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-9682/2021

30.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-9682/2021 30.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********72633 olan Samsung Galaxy A30s markalı telefon və Samsung markalı qoruyucu üzlük üçün 518 (beş yüz on səkkiz) manat ödənilməmiş hissə, 21.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********48091 olan Samsung Galaxy A6 markalı telefon üçün 262 (iki yüz altmış iki) manat ödənilməmiş hissə, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********90752 olan Samsung Galaxy A10 markalı telefon üçün 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, 16.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********06143 olan Samsung Galaxy J6 markalı telefon üçün 191 (yüz doxsan bir) manat ödənilməmiş hissə, 03.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********876191olan Xiaomi Redmi 8 markalı telefon üçün 245 (iki yüz qırx beş) ödənilməmiş hissə, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********73452 olan X1 8 markalı telefon üçün 527 (beş yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, ümumilikdə 1888 manat borcun və 38.88 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 19.03.2020, 21.04.2019, 13.09.2019, 16.03.2019, 03.01.2020 və 09.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodları **********72633 olan Samsung Galaxy A30s, **********48091 olan Samsung Galaxy A6, **********90752 olan Samsung galaxy A10, **********06143 olan Samsung Galaxy J6, **********76191 və **********73452 olan 2 ədəd X1 8 markalı telefonlar və Samsung markalı qoruyucu üzlük almış, nəticədə mağazaya 1888 (min səkkiz yüz səksən səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 701 (yeddi yüz bir) manat (18 ay x 37 manat + 35 manat ilkin ödəniş) olan İMEİ Kodu **********72633 olan Samsung Galaxy A30s markalı telefon və Samsung markalı qoruyucu üzlük üçün ümumilikdə 518 (beş yüz on səkkiz) manat olmaqla ondan 518 (beş yüz on səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 0 (sıfır) manat cərimə, 21.04.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 707 (yeddi yüz yeddi)) manat (18 ay x 36 manat +59 manat ilkin ödəniş) İMEİ Kodu **********48091 olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə 262 (iki yüz altmış iki) manat olmaqla ondan 262 (iki yüz altmış iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 0 (sıfır) manat cərimə, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 297 (iki yüz doxsan yeddi) manat (12 ay x 22 manat + 33 manat ilkin ödəniş) İMEİ Kodu **********90752 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 145 (yüz qırx beş) manat olmaqla ondan 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 0 (sıfır) manat cərimə, 16.03.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 522 (beş yüz iyirmi iki) (18 ay x 29 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********06143 olan Samsung Galaxy J6 markalı telefon üçün ümumilikdə 191 (yüz doxsan bir) manat olmaqla ondan 191 (yüz doxsan bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 0 (sıfır) manat cərimə, 03.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 378.8 (üç yüz yetmiş səkkiz manat, səksən qəpik) manat (12 ay x 29.4 manat + 26 manat ilkin ödəniş) İMEİ Kodu **********76191 olan Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə 245 (iki yüz qırx beş) manat olmaqla ondan 245 (iki yüz qırx beş) ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 0 (sıfır) manat cərimə, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 620 (altı yüz iyirmi) manat (20 ay x 31 manat +0 manat ilkin ödəniş) İMEİ Kodu **********73452 olan X1 8 markalı telefon üçün ümumilikdə 527 (beş yüz iyirmi yeddi) manat olmaqla ondan, 527 (beş yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1337.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.03.2020-ci il tarixli, 20187193 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********72633 olan Samsung Galaxy A30s markalı telefon və Samsung markalı qoruyucu üzlük almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.04.2019-cu il tarixli, 00623108 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********48091 olan Samsung Galaxy A6 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.09.2019-cu il tarixli, 00909057 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********90752 olan Samsung galaxy A10 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.03.2019-cu il tarixli, 00565466 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********06143 olan Samsung Galaxy J6 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.01.2020-ci il tarixli, 20006695 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********876191olan Xiaomi Redmi 8 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.12.2019-cu il tarixli, 01113527 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********73452 olan X1 8 markalı telefon almışdır. İş materiallarında olan 30 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilələr üzrə cəmi 1888 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan 19.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 19.03.2020-ci il tarixli, 20187193 nömrəli, 21.04.2019-cu il tarixli, 00623108 nömrəli, 13.09.2019-cu il tarixli, 00909057 nömrəli, 16.03.2019-cu il tarixli, 00565466 nömrəli, 03.01.2020-ci il tarixli, 20006695 nömrəli, 09.12.2019-cu il tarixli, 01113527 nömrəli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 1888 (518 + 262 + 145 + 191 + 245 + 527) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 38,88 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 19.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********72633 olan Samsung Galaxy A30s markalı telefon və Samsung markalı qoruyucu üzlük üçün 518 (beş yüz on səkkiz) manat, 21.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********48091 olan Samsung Galaxy A6 markalı telefon üçün 262 (iki yüz altmış iki) manat, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********90752 olan Samsung galaxy A10 markalı telefon üçün 145 (bir yüz qırx beş) manat, 16.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********06143 olan Samsung Galaxy J6 markalı telefon üçün 191 (bir yüz doxsan bir) manat, 03.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********876191olan Xiaomi Redmi 8 markalı telefon üçün 245 (iki yüz qırx beş) manat, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********73452 olan X1 8 markalı telefon üçün 527 (beş yüz iyirmi yeddi) manat, ümumilikdə 1888 (bir min səkkiz yüz səksən səkkiz) manat borc və 38,88 (otuz səkkiz manat səksən səkkiz qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar