Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9802/2021 09.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsininin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2227,35 manat əsas borc, 431,18 manat faiz borcu və 100,58 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2759,11 manat borcun və 47,59 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində kiçik iddialar üzrə işlərin baxılmasına istinad etməyinə baxmayaraq, ümumi qaydada olan normalara istinad etməklə məhkəmədən ümumilikdə 2759,11 manat borcun və 47,59 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu isə məhkəməyə iddiaya hansı qaydada baxılmasını müəyyən etməkdə çətinlik yaratmaqla, qanunvericiliyin normalarına uyğun deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci və 149.2.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları və iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin Həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən, iddia ərizəsinin məhkəmə icraatında baxılmağa götürülməsi mümkün deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149, 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı ASC ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-9802/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9802/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver