Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9891/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Cavabdeh Sənham qızına qarşı «pul tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Sənham qızına qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149.2.2-ci maddəyə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Lakin yoxlanılan ərizədə qeyd olunan tələblərə əməl edilməmiş, cavabdehin həm rəsmi qeydə alındığı və həm də faktiki ünvanı barədə məlumatlar konkret göstərilməmiş, poçt ünvan olaraq isə Sumqayıt şəhəri, Yataqxana 2, Dirvan d/y göstərilmişdir. Həmin ünvanın rəsmi və ya faktiki ünvan olduğu qeyd olunmamış, göründüyü kimi həm də göstərilən ünvan natamam olmaqla (mənzil, otaq nömrəsi qeyd olunmayıb) məhkəmə sənədlərinin göndərilməsi mümkün deyildir. MPM-nin 134 və 168.1-ci maddəsinə əsasən məhkəm tərəfindən işdə iştirak edən şəxslərə (cavabdehə) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin rəsmi qaydada verilməsi təmin olunmalıdır. Eyni zamanda cavabdehin rəsmi qeydə alındığı ünvanın göstərilməməsi iddia ərizəsinin aidiyyət qaydalarına uyğun olaraq məhkəməyə verilməsi məsələsinə qiymət verilməsini mümkünsüz edir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən MPM-in 149-cu maddəsinin tələbi pozulmuşdur. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Sənham qızına qarşı «pul tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-9891/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9891/2021
13.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver