Məhkəmə qərarları › İş №2(060)-991/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-991/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-991/2021 15.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə 1146 (bir min yüz qırx altı) manat 56 (əlli altı) qəpik əsas borc və 727 (yeddi yüz iyirmi yeddi) manat 87 (səksən yeddi) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 1874 (bir min səkkiz yüz yetmiş dörd) manat 43 (qırx üç) qəpik və kredit xətti müqaviləsi üzrə 959 (doqquz yüz əlli doqquz) manat 80 (səksən) qəpik məbləğində əsas borc, 217 (iki yüz on yeddi) manat 74 (yetmiş dörd) qəpik cərimə borcu olmaqla, ümumilikdə 1177 (bir min yüz yetmiş yeddi) manat 54 (əlli dörd) qəpik olmaqla, cəmi 3051 (üç min əlli bir) manat 97 (doxsan yeddi) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə əlavə verərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11.04.2019-cu il tarixli, 200893-PC********** nömrəli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 1146 (bir min yüz qırx altı) manat 56 (əlli altı) qəpik əsas borc və 727 (yeddi yüz iyirmi yeddi) manat 87 (səksən yeddi) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 1874 (bir min səkkiz yüz yetmiş dörd) manat 43 (qırx üç) qəpik və kredit xətti müqaviləsi üzrə 959 (doqquz yüz əlli doqquz) manat 80 (səksən) qəpik məbləğində əsas borc, 217 (iki yüz on yeddi) manat 74 (yetmiş dörd) qəpik cərimə borcu olmaqla, ümumilikdə 1177 (bir min yüz yetmiş yeddi) manat 54 (əlli dörd) qəpik olmaqla, cəmi 3051 (üç min əlli bir) manat 97 (doxsan yeddi) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11.04.2019cu il tarixli, 200801-54980/5 nömrəli istehlak kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmiş və 11 aprel 2019-cu il tarixli, 200893-PC********** nömrəli istehlak krediti müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 3000 (üç min) manat olan məbləğində kredit xətti ayrılmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 14.10.2020-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 1146 (bir min yüz qırx altı) manat 56 (əlli altı) qəpik əsas borc və 727 (yeddi yüz iyirmi yeddi) manat 87 (səksən yeddi) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 1874 (bir min səkkiz yüz yetmiş dörd) manat 43 (qırx üç) qəpik və kredit xətti müqaviləsi üzrə 959 (doqquz yüz əlli doqquz) manat 80 (səksən) qəpik məbləğində əsas borc, 217 (iki yüz on yeddi) manat 74 (yetmiş dörd) qəpik cərimə borcu olmaqla, ümumilikdə 1177 (bir min yüz yetmiş yeddi) manat 54 (əlli dörd) qəpik olmaqla, cəmi 3051 (üç min əlli bir) manat 97 (doxsan yeddi) qəpik məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqavilələrinin şərtlərinə əsasən cavabdeh müqavilələr ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, cavabdeh krediti müqavilələri üzrə yaranmış öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənləri nəzərə alaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11.04.2019-cu il tarixli, 200893-PC********** nömrəli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 1146 (bir min yüz qırx altı) manat 56 (əlli altı) qəpik əsas borc və 727 (yeddi yüz iyirmi yeddi) manat 87 (səksən yeddi) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 1874 (bir min səkkiz yüz yetmiş dörd) manat 43 (qırx üç) qəpik və kredit xətti müqaviləsi üzrə 959 (doqquz yüz əlli doqquz) manat 80 (səksən) qəpik məbləğində əsas borc, 217 (iki yüz on yeddi) manat 74 (yetmiş dörd) qəpik cərimə borcu olmaqla, ümumilikdə 1177 (bir min yüz yetmiş yeddi) manat 54 (əlli dörd) qəpik olmaqla, cəmi 3051 (üç min əlli bir) manat 97 (doxsan yeddi) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahış etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11.04.2019-cu il tarixli, № 200801-54980/5 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11.04.2019-cu il tarixli, 200801-54980/5 nömrəli istehlak krediti müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 11.04.2019-cu il tarixli, № 200893-PC********** saylı “Smile Kredit Xətti Müqaviləsi”ndən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11.04.2019-cu il tarixli, 200893-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 0% dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 14.10.2020-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh 14 oktyabr 2020-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 11 aprel 2019-cu il tarixli 200801- 54980/5 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1146,56 manat və 727,87 faiz borcu, cəmi 1874,43 manat borcu mövcuddur. 11 aprel 2019-cu il tarixli 200893-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən əsas borc üzrə 959,8 manat və 217,74 cərimə borcu, cəmi 1177,54 manat borcu mövcuddur. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 3-cü keçid, məhəllə 24, ev 2-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11.04.2019-cu il tarixli, 200893- PC********** nömrəli kredit müqaviləsinə xitam verilməli, Cavabdeh kredit müqaviləsi üzrə 1146 (bir min yüz qırx altı) manat 56 (əlli altı) qəpik əsas borc və 727 (yeddi yüz iyirmi yeddi) manat 87 (səksən yeddi) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 1874 (bir min səkkiz yüz yetmiş dörd) manat 43 (qırx üç) qəpik və kredit xətti müqaviləsi üzrə 959 (doqquz yüz əlli doqquz) manat 80 (səksən) qəpik məbləğində əsas borc, 21 (iyirmi bir) manat 77 (yetmiş yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 981 (doqquz yüz səksən bir) manat 57 (əlli yeddi) qəpik olmaqla, cəmi 2856 (iki min səkkiz yüz əlli altı) manat məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11.04.2019-cu il tarixli, 200893-PC********** nömrəli kredit müqaviləsinə xitam verilsin. Cavabdeh kredit müqaviləsi üzrə 1146 (bir min yüz qırx altı) manat 56 (əlli altı) qəpik əsas borc və 727 (yeddi yüz iyirmi yeddi) manat 87 (səksən yeddi) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 1874 (bir min səkkiz yüz yetmiş dörd) manat 43 (qırx üç) qəpik və kredit xətti müqaviləsi üzrə 959 (doqquz yüz əlli doqquz) manat 80 (səksən) qəpik məbləğində əsas borc, 21 (iyirmi bir) manat 77 (yetmiş yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 981 (doqquz yüz səksən bir) manat 57 (əlli yeddi) qəpik olmaqla, cəmi 2856 (iki min səkkiz yüz əlli altı) manat məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar